989) “ Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsi vətəndaşların hansı hüququnu təsbit edir?
A) Güzəştli şərtlərlə sanatoriya-kurort müalicəsi almaq
B) Sağlamlığını qorumaq və tibbi yardım almaq
C) Sanitariya-gigiyenik tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq
D) Əmək qabiliyyətini itirdikdə tibbi-sosial yardım almaq
E) Sağlamlığa təsir göstərən amillər haqqında müntəzəm və düzgün məlumat almaq
Ədəbiyyat: Ədəbiyyat: “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu
990) “ Sanitariya-epidemioloji salamatlıq haqqında ” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsi vətəndaşların hansı hüququnu təsbit edir?
A) epidemioloji vəziyyət və radiasiya şəraiti haqqında məlumat almaq hüququnu
B) əlverişli ətraf mühitdə yaşamaq hüququni
C) sanitariya normaları və qaydaları, gigiyena normativləri haqqında məlumat almaq hüququnu
D) ətraf mühitin vəziyyəti haqqında məlumat almaq hüququnu
E) əhalinin xəstələnmə dərəcəsi haqqında məlumat almaq hüququnu
Ədəbiyyat: Ədəbiyyat: “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanunu.
991) “ Sanitariya-epidemioloji salamatlıq haqqında ” Azərbaycan Respublikasının qanununun 8-ci maddəsi vətəndaşların hansı hüququnu təsbit edir?
A) epidemioloji vəziyyət və radiasiya şəraiti haqqında məlumat almaq hüququnu
B) əlverişli ətraf mühitdə yaşamaq hüququnu
C) sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsi hüququnu
D) ətraf mühitin vəziyyəti barədə məlumat almaq hüququnu
E) əhalinin xəstələnmə dərəcəsi haqqında məlumat almaq hüququnu
Ədəbiyyat: Ədəbiyyat: “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanunu.
992) “ Sanitariya-epidemioloji salamatlıq haqqında ” Azərbaycan Respublikasının qanununun 24-cü maddəsi hansı vəzifələri təsbit edir?
A) dövlət və işçi qəbul komissiyalarının obyektlərin istismara qəbul edilməsi dövründə vəzifələrini
B) təsərrüfat-içməli su təchizatı sahəsində vəzifələri
C) dövlət orqanlarının, müəssisələrin, idarələrin və vətəndaşların layihələşdirmə və tikinti dövründə vəzifələrini
D) tibbi müayinələrdən keçmək vəzifələrini
E) dövlət orqanlarının, müəssisələrin idarələrin və vətəndaşların radiasiya təhlükəsizliyini təmin etmək sahəsində vəzifələrini
Ədəbiyyat: Ədəbiyyat: “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanunu.
993) “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsi hansı vəzifələri təsbit edir?
A) təsərrüfat-içməli su təchizatı sahəsində vəzifələri
B) layihələşdirmə və tikinti dövründə dövlət orqanlarının ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin və vətəndaşların vəzifələrini
C) normativ-texniki sənədləri hazırlayan dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin və vətəndaşların vəzifələrini
D) dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin və vətəndaşların radiasiya təhlükəsizliyini təmin etmək sahəsində vəzifələrini
E) dövlət və işçi komissiyaların obyektlərin istismara qəbul edilməsi dövründə vəzifələrini
Ədəbiyyat: Ədəbiyyat: “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanunu.
994) “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsi hansı qaydada sanitariya nəzarətinin həyata keçirilməsini nəzərdə tutur?
A) idarə sanitariya nəzarəti
B) dövlət və idarə sanitariya nəzarəti həyata keçirərkən qarşılıqı əlaqəni
C) ictimai-sanitariya nəzarəti
D) dövlət sanitariya nəzarəti
E) istehsalat sanitariya nəzarəti
Ədəbiyyat: Ədəbiyyat: “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanunu.
995) “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanununun 34-cü maddəsi kimlərin hüquqlarını təsbit edir?
A) yerli idarəetmə orqanlarının
B) idarələrin, müəssisələrin, ictimai birliklərin və vətəndaşların
C) dövlət sanitariya-epidemioloji xidmətinin vəzifəli şəxslərinin hüquqlarını
D) dövlət orqanlarının
E) bələdiyyələrin
Ədəbiyyat: Ədəbiyyat: “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanunu.
996) “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanununun 39-cu maddəsi hansı məsuliyyəti nəzərdə tutur?
A) istehsalat nəzarətini həyata keçirən vəzifəli şəxslərin və vətəndaşların məsuliyyətini
B) dövlət sanitariya-epidemioloji xidmətin vəzifəli şəxslərinin məsuliyyətini
C) vəzifəli şəxslərin və vətəndaşların sanitariya qanunvericiliyini pozmağa görə məsuliyyətini
D) idarə sanitariya nəzarətini həyata keçirən xüsusi sanitariya xidmətlərinin vəzifəli şəxslərinin məsuliyyətini
E) dövlət sanitariya-epidemioloji xidmətin mütəxəssislərinin məsuliyyətini
Ədəbiyyat: Ədəbiyyat: “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanunu.
997) “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanununun 38-ci maddəsi hansını təsbit edir?
A) vəzifəli şəxslərin və vətəndaşların sanitariya qanunvericiliyini pozmağa görə məsuliyyətini
B) dövlət sanitariya-epidemioloji xidmətin vəzifəli şəxslərinin məsuliyyətini
C) dövlət sanitariya-epidemioloji xidmətin mütəxəssislərinin məsuliyyətini
D) sanitariya sahəsində hüquq pozuntuları və onları törətməyə görə məsuliyyətin növlərini
E) idarə sanitariya nəzarətini həyata keçirən xüsusi sanitariya xidmətlərinin vəzifəli şəxslərinin məsuliyyətini
Ədəbiyyat: Ədəbiyyat: “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanunu.
998) Azərbaycan Respublikasının Sanitariya qanunvericiliyinin pozulması hallarında istifadə edilən sənədlərin tərtibi və tətbiqi qaydaları hansı sənədlə təsdiq edilmişdir?
A) Azərbaycan Respublikası Konstitusiyası
B) Azərbaycan Respublikası Səhiyyə Nazirinin əmri
C) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
D) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi
E) Azərbaycan Respublikası Prezidentinin fərmanı
Ədəbiyyat: Ədəbiyyat: Sanitariya-Karantin işi. N.Məmmədov, V.Abdullayev, Ə.Mehdiyev – 2004
999) Sanitariya-epidemioloji sahədə inzibati xəta haqqında protokol neçə nüsxədə tərtib olunmalıdır?
A) 2 nüsxədə
B) 1 və ya 2 nüsxədə
C) 2 və ya 3 nüsxədə
D) 1 nüsxədə
E) 3 nüsxədə
Ədəbiyyat: Ədəbiyyat: Sanitariya-Karantin işi. N.Məmmədov, V.Abdullayev, Ə.Mehdiyev – 2004
1000) Sanitariya-epidemioloji sahədə inzibati xəta haqqında protokol inzibati xəta faktı aşkar edildikdən sonra hansı müddətdə tərtib edilir?
A) 3 günədək müddətdə
B) dərhal və ya 2 günədək müddətdə
C) dərhal
D) 2 günədək müddətdə
E) vaxtın əhəmiyyəti yoxdur
Ədəbiyyat: Ədəbiyyat: Sanitariya-Karantin işi. N.Məmmədov, V.Abdullayev, Ə.Mehdiyev – 2004
1001) İnzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan sonra hansı müddətdə dövlət sanitariya nəzarəti xidmətinin vəzifəli şəxsinə təqdim edilir?
A) vaxtın əhəmiyyəti yoxdur
B) üç günədək müddətdə
C) bir günədək müddətdə
D) iki günədək müddətdə
E) dərhal
Ədəbiyyat: Ədəbiyyat: Sanitariya-Karantin işi. N.Məmmədov, V.Abdullayev, Ə.Mehdiyev – 2004
1002) Sanitariya-epidemioloji qanunvericiliyin hansı pozulmalarına görə şəxslərin işdən kənarlaşdırılması haqqında təqdimat verilə bilər?
A) yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan, habelə sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini müntəzəm yerinə yetirməyən şəxsləri
B) bir və ya bir neçə dəfə sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini yerinə yetirməyən şəxsləri
C) yalnız sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini müntəzəm yerinə yetirməyən şəxsləri
D) yalnız yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan şəxsləri
E) göstərilən hər bir pozuntuya yol vermiş şəxsləri
Ədəbiyyat: Ədəbiyyat: Sanitariya-Karantin işi. N.Məmmədov, V.Abdullayev, Ə.Mehdiyev – 2004
1003) “ Sanitariya Epidemioloji Salamatlıq haqqında ” Azərbaycan Respublikasının qanunun 34-cü maddəsinin 3-cü bəndinə əsasən istismarın müvəqqəti dayandırılması, fəaliyyətin qadağan edilməsi haqqında qərar kim tərəfindən qəbul edilə bilər?
A) Dövlət sanitariya nəzarəti xidmətinin vəzifəli şəxsi
B) Yerli icra hakimiyyəti orqanının rəhbərinin
C) Dövlət sanitariya nəzarəti xidmətinin yoxlama aparmış hər bir mütəxəssisi
D) Dövlət sanitariya nəzarəti xidmətinin vəzifəli şəxsi və ya inzibati xəta haqqında protokolu tərtib etmiş mütəxəssisi
E) Dövlət sanitariya nəzarəti xidmətinin inzibati xəta haqqında protokolu tərtib etmiş mütəxəssisi
Ədəbiyyat: Sanitariya-Karantin işi. N.Məmmədov, V.Abdullayev, Ə.Mehdiyev – 2004
__________________________________
Əlavə istifadə olunan ədəbiyyat:
Normativ sənədlər: “ГОСТ 2874-82 İçməli su”, “İçməli su ambarlarının və ya çənlərinin təmizlənməsi, yuyulması və dezinfeksiyası”na dair Metodiki təlimat (Azərbaycan Respublikası Baş Dövlət sanitariya həkiminin müavini tərəfindən 22.08.2011-ci il tarixdə təsdiq olunmuş).
Ədəbiyyat: “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 1.
(Normativ sənədlər: “Müxtəlif əhali qrupları üçün qida maddələrinə və enerjiyə olan fizioloji tələbat normaları”-№5786-91, “Hazır qidanın C vitaminləşdirilməsi, qidalanma rasionunun vitamin keyfiyyəti, kütləvi istifadə edilən vitaminli məhsullarda vitaminlərin miqdarı və sənaye müəssislərində vitamin preparatlarının verilməsi üzərində nəzarət sahəsində sanitariya-epidemioloji xidmətin işinə dair təlimat”-№997-72).
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30. 04. 2010 - cu il tarixli 25 № - li əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya - epidemioloji qaydalar və normativlər”.
Normativ sənəd: “Qida zəhərlənməsi zamanı sanitariya-epidemioloji xidmət idarələrində tədqiqat, qeydiyyat və laboratoriya müayinələrinin aparılması qaydalarına dair məlumat” (1135-73№-li)
Normativ sənəd: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 37 nömrəli 07.04.2009-cu il tarixli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair qaydalar”.
Ədəbiyyat: В.Р.Кучма “Гигиена детей и подростков М., 2008
Normativ sənəd: Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli, 796 nömrəli fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”.
Normativ sənədlər: Səhiyyə Nazirliyinin 25 №li 30.04.2015-ci il tarixli, “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitaiya-epidemioloji qaydalar və normativlər, “Mütəşəkkil kollektivlərdə qidalanmaya gigiyenik nəzarət” 4237-86 nömrəli, 29.11.1986-cı il tarixli metodik göstərişlər.
Normativ sənədlər: Müalicə-profilaktika idarələrində kompleks sanitariya-gigiyenik tədbirlərə bakterioloji nəzarət üzrə təlimat (Səhiyyə Nazirliyinin 720 nömrəli 31.07.1978-ci il tarixli əmri ilə təsdiq edilmişdir).
Ədəbiyyat: М.М. Гимадеев. «Коммунальная гигиена». М., 2006
Normativ sənədlər: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 2012-ci il 13 dekabr tarixli, 46 nömrəli “İcbari tibbi müayinələrin təkmilləşdirilməsi barədə Qərar” (1 nömrəli əlavə) və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 15.05.2014-cü il tarixli, 24/2 nömrəli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi müayinələrin keçirilməsi Qaydası” və “İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin siyahısına dair təlimat”.
Normativ sənəd: 4436-87 №li “Fibrogen təsirin üstünlüyü ilə aerozolun qatılığının ölçülməsi” Metodik göstərişlər; 2391-81№li “Bir sıra növlü tozların tərkibində sərbəst silisium 2 oksidin təyini” Metodik göstərişlər.
Normativ sənədlər: 11-49/6-29 №li 16.06.80-ci il tarixli “Məktəbəqədər müəssisələrdə uşaqların möhkəmləndirilməsi üzrə Metodik tövsiyələr”, 11-12/6-25 №li 17.03.85-ci il tarixli “Tez-tez xəstələnən uşaqların sağlamlaşdırılmasının təşkilati, profilaktik və müalicə prinsipləri” Metodik göstərişlər.
Dostları ilə paylaş: |