Gigiyena ixtisası üzrə nümuməvi test sualları siyahısına əlavələr və dəyişikliklər edilmişdir


) “Yeyinti məhsullarının keyfiyyəti” anlayışı hansıdır?



Yüklə 1,62 Mb.
səhifə3/16
tarix21.06.2018
ölçüsü1,62 Mb.
#54321
1   2   3   4   5   6   7   8   9   ...   16

157) “Yeyinti məhsullarının keyfiyyəti” anlayışı hansıdır?
A) Qida məhsullarının insan həyatı və sağlamlığı üçün təhlükəli olmamasına zəmanət verən texniki, ekoloji, sanitariya, baytarlıq və fitosanitar standartlara, norma, qayda və tələblərə uyğunluğu

B) Yeyinti məhsullarının insanların həyatının təhlükəsizliyini və sağlamlığını təmin edən istehlak xassələrinin məcmusu

C) Ölkə əhalisinin sağlamlığı və fəaliyyəti üçün vacib olan yeyinti məhsullarına tələbatın təmin edilməsi məqsədilə dövlətin həyata keçirdiyi iqtisadi, hüquqi və təşkilati tədbirlər sistemi

D) Bitki, heyvan, mikrobioloji və mineral mənşəli məhsulların, habelə qida məhsullarının istehsalında, dövriyyəsində, saxlanmasında tətbiq edilən təhlükəsizlik tədbirlər sistemi

E) İnsanların qidalılıq, bioloji və fizioloji tələbatını təmin edən, habelə müvafiq məqsədlər üçün nəzərdə tutulan və istifadə edilən yeyinti məhsullarının xüsusiyyələri
Ədəbiyyat: Ədəbiyyat: “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 1
158) “Əhalinin ərzaq təhlükəsizliyi” anlayışı hansıdır?
A) Bitki, heyvan, mikrobioloji və mineral mənşəli məhsulların, habelə qida məhsullarının istehsalında, dövriyyəsində, saxlanmasında tətbiq edilən təhlükəsizlik tədbirlər sistemi

B) Ölkə əhalisinin sağlamlığı və fəaliyyəti üçün vacib olan yeyinti məhsullarına tələbatın təmin edilməsi məqsədilə dövlətin həyata keçirdiyi iqtisadi, hüquqi və təşkilati tədbirlər sistemi

C) Yeyinti məhsullarının insanların həyatının təhlükəsizliyini və sağlamlığını təmin edən istehlak xassələrinin məcmusu

D) Qida məhsullarının insan həyatı və sağlamlığı üçün təhlükəli olmamasına zəmanət verən texniki, ekoloji, sanitariya, baytarlıq və fitosanitar standartlara, norma, qayda və tələblərə uyğunluğu

E) İnsanların qidalılıq, bioloji və fizioloji tələbatını təmin edən, habelə müvafiq məqsədlər üçün nəzərdə tutulan və istifadə edilən yeyinti məhsullarının xüsusiyyələri
Ədəbiyyat: Ədəbiyyat: “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 1
159) “Qida məhsulları” anlayışı hansıdır?
A) Ərzaq xammalı və qida məhsulları

B) Uşaq orqanizminin fizioloji xüsusiyyətlərinə uyğunlaşdırılmış xüsusi qida məhsulları

C) Ərzaq xammalı, qida məhsulları və əlavələri (inqrediyentlər), tamlı mallar qrupuna daxil edilmiş məhsullar

D) Profilaktiki və müalicəvi məqsədlər üçün istifadə edilən xüsusi qida məhsulları

E) İnsan tərəfindən təbii və ya emal edilmiş halda istifadə olunan məhsullar
Ədəbiyyat: Ədəbiyyat: “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 1
160) Azərbaycan Respublikasına idxal edilən yeyinti məhsullarının dövlət gigiyena qeydiyyatı hansı icra hakimiyyəti orqanı tərfindən həyata keçirilir?
A) Kənd Təsərrüfatı Nazirliyi

B) Səhiyyə Nazirliyi

C) Ekologiya və Təbii Sərvətlər Nazirliyi

D) Dövlət Gömrük Komitəsi

E) İqtisadi İnkişaf Nazirliyi
Ədəbiyyat: Ədəbiyyat: “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2005 - ci il tarixli 969 nömrəli fərmanı
161) Konservləşdirilmiş qida məhsullarının hansı qrupu yarımkonservlərə aiddir?
A) Yalnız “E” qrupu

B) Yalnız “D” qrupu

C) Yalnız “A” və “B” qrupları

D) Yalnız “B” və “D” qrupları

E) Yalnız “D” və “E” qrupları
Ədəbiyyat: Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30. 04. 2010 - cu il tarixli 25 № - li əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya - epidemioloji qaydalar və normativlər”. səh 137
162) Qida məhsullarının hazırlanması üçün istifadə edilən qida əlavələrinə hansılar aiddir?
A) Konservantlar, stabilizatorlar, turşuluq tənzimləyiciləri, qatılaşdırıcılar, emulqatorlar, dad və aromat gücləndiriciləri

B) Konservantlar, stabilizatorlar, emulqatorlar, vitaminlər, mineral maddələr

C) Konservantlar, stabilizatorlar, emulqatorlar, vitaminlər, mikroelementlər

D) Konservantlar, stabilizatorlar, emulqatorlar, mikroelementlər

E) Konservantlar, stabilizatorlar, emulqatorlar, vitaminlər
Ədəbiyyat: Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30. 04. 2010 - cu il tarixli 25 № - li əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya - epidemioloji qaydalar və normativlər” səh 124
163) Ətdə, ət məhsullarında və qida üçün əlavə ət məhsulllarında, quş ətində hansı antibiotiklərə nəzarət edilir?
A) Streptomisin, penisillin, tetrasiklin, qrizin

B) Qrizin, basitrasin, tetrasiklin, levomisetin

C) Qrizin, basitrasin, tetrasiklin, penisillin

D) Streptomisin, penisillin, levomisetin, basitrasin

E) Penisillin, tetrasiklin, levomisetin, qrizin
Ədəbiyyat: Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30. 04. 2010 - cu il tarixli 25 № - li əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya - epidemioloji qaydalar və normativlər”. səh 4
164) Süddə və süd məhsullarında hansı antibiotiklərə nəzarət edilir?
A) Qrizin, basitrasin, streptomisin, levomisetin

B) Penisillin, streptomisin, levomisetin, tetrasiklin

C) Qrizin, penisillin, streptomisin, tetrasiklin

D) Basitrasin, streptomisin, levomisetin, penisillin

E) Qrizin, penisillin, streptomisin, levomisetin
Ədəbiyyat: Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30. 04. 2010 - cu il tarixli 25 № - li əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya - epidemioloji qaydalar və normativlər”. səh 4
165) Yumurta və yumurta məhsullarında hansı antibiotiklərə nəzarət edilir?
A) Penisillin, tetrasiklin, streptomisin, levomisetin

B) Basitrasin, tetrasiklin, streptomisin, levomisetin

C) Qrizin, basitrasin, penisillin, tetrasiklin

D) Basitrasin, penisillin, streptomisin, levomisetin

E) Qrizin, tetrasiklin, streptomisin, levomisetin
Ədəbiyyat: Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30. 04. 2010 - cu il tarixli 25 № - li əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya - epidemioloji qaydalar və normativlər”. səh 4
166) Peşə xəstəliklərinin klinik gedişatına görə hansı növləri olur ?

A) Kəskin və xroniki

B) Latent

C) Yalnız kəskin

D) Yalnız xroniki

E) Remissiyalı gedişatı


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
167) Xroniki peşə xəstəliklərinin (zəhərlənmələrinin) tərifi hansıdır?

A) Zərərli peşə amillərlə bir dəfəlik (bir iş növbəsindən artıq olmamaq şərti ilə) təmasda olduğu halda baş verən xəstəliklər

B) İlk dəfə təmasda olduqda

C) Zərərli peşə amilləri ilə bir dəfə təmasda olduqda

D) Zərərli peşə amilləri ilə təkrarən və uzunmüddətli təmasda olduğu halda baş verən xəstəliklər

E) Zərərli peşə amillərlə təkrarən (bir iş növbəsindən artıq olmamaq şərti ilə) təmasda olduğu halda baş verən xəstəliklər


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
168) Xroniki peşə xəstəliyinin (zəhərlənmənin ) sonuncu diaqnozu haqqında məlumat alandan sonra bu xəstəliyin və ya zəhərlənmənin həkim gigiyenist tərəfindən araşdırılması neçə müddət ərzində aparılır?

A) 3 sutka

B) 5 gün

C) 1 sutka

D) 20 gün

E) 10 gün


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
169) Peşə xəstəliklərinin (zəhərlənmələrinin) araşdırmalarını aparan zaman aktda hansı məsələləri əks etdirirlər?

A) Baş vermə şəraiti, səbəbləri, görüləcək profilaktik tədbirlərin siyahısı və yerinə yetirilmə müddəti

B) Laborator və cihazların müayinəsinin nəticələri

C) Qayda-qanunun pozulmalarına yol verənlərin məsuliyyəti

D) Baş vermə şəraiti, səbəbləri, laborator və cihazlarla müayinəsinin nəticələri, profilaktik tədbirlərin siyahısı və onların yerinə yetirilmə müddəti

E) Təhlükəsizlik qaydalarına cavab verən mühüm şəxslərin məsuliyyəti


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
170) Yeni texnoloji proseslər, avadanlıq, kimyəvi maddələrin tətbiqi ilə bağlı olan normativ-texniki sənədləşdirmənin gigiyenik ekspertizası nəzarətin hansı kateqoriyasına aiddir?

A) Cari sanitar nəzarət

B) Xəbərdaredici sanitar nəzarət

C) Müəyyən sənaye sahəsi tərəfindən qoyulan nəzarət

D) Xəbərdaredici və cari sanitar nəzarət

E) İnzibati nəzarət


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
171) İstehsalat müəssisələrində fəhlələrə tibbi xidmət hansı prinsipə görə təşkil edilir?

A) Müəssisələrin işçilərinin yaşına görə

B) Müəssisələrin statusuna görə

C) İqtisadi prinsipə

D) Ərazi-istehsalat

E) Sosial prinsipə


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
172) Sanitar-epidemioloji xidmətin nümayəndələri tərəfindən qoyulan inzibati ölçülər hansılardır?

A) Yazılı xəbərdarlıq

B) Sərəncam vermə

C) Xəbərdarlıq və ya cərimə

D) Töhmət

E) Fəaliyyətə qadağa


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
173) Sənaye müəssisələrində ilkin tibbi idarə hansıdır?

A) Həkim və ya feldşer tibb məntəqəsi

B) Tibbi-sanitar hissə

C) Zavod və ya fabrikin profilaktik sanatoriyası

D) Xəstəxana

E) Ərazi poliklinika


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
174) İşə qəbul olunan zaman tibbi komissiyanın rəyi olmadan şəxsin işə qəbul edilməsi haqda hüquqi cavabdehliyi kim daşıyır?

A) Tibb bacısı

B) Müəssisənin rəhbərliyi

C) Sex həkimi

D) Əmək gigiyenası üzrə həkim

E) Müəssisənin tibbi-sanitar hissənin baş həkimi


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
175) İş yerlərin havasının tərkibində olan fibrogen təsirli aerozolların nəzarəti zamanı onların hansı konsentrasiyası yoxlanılır?

A) Birdəfəlık minimal

B) Yol verilən hədd konsentrasiyası

C) Orta növbə

D) Birdəfəlik maksimal

E) Orta sutka


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
176) Tənəffüs orqanlarının 2 sinifdən ibarət olan mühafizə vasitələri hansılardır?

A) Zərərsizləşdirici və oksigenli

B) İzolyasiyaedici və filtredici

C) İzolyasiyaedici və əlehqazlar

D) Oksigenli və borulu

E) Oksigenli və filtredici


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
177) İşçilərdə dəri xərçəngini əmələ gətirən peşə kanserogenləri kimyəvi birləşmələrin hansı sinfinə daxildir?

A) Halogenli hidrogenlər

B) Aromatik hidrogenlər

C) Polisiklik aromatik karbohidrogenlər

D) Aromatik aminlər

E) Xlorüzvi maddələr


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
178) İstehsalat ventilyasiyasının tərifi hansıdır?

A) Texnoloji (zərərli maddələrin əmələ gəlməsinə yol verməmək)

B) Komfort mühit üçün

C) Texniki (istehsalat mühitinə zərərli maddələrin olmasının qarşısını almaq)

D) Gigiyenik normalar səviyyəsinə qədər zərərli maddələrin azalması

E) İş yerlərinin hava mühafizəsinin sanitar-texniki vasitəsi (zərərli maddələrin gigiyenik həddlər səviyyəsinə qədər sorulması)


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
179) Yol verilən həddən artıq olan istilik şüalanma mənbəyi olduğu halda hansı ventilyasiya növü istifadə olunur?

A) Sorucu şkaf

B) Ümumi axın

C) Zont


D) Yerli axın

E) Ümumi dəyişkən axın və sovrulma


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
180) Axın ventilyasiyasında yerləşən çıxış dəliklərində hava cərəyanını təyin etmək üçün hansı cihaz istifadə edilir?

A) Anemometr

B) Reometr

C) Aktinometr

D) Mikromanometr

E) Barometr


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
181) Qalvanik sexlərdə vannaların üst səthindən buxarlanan maddələrin qarşısını almaqdan ötrü nədən istifadə olunur?

A) Sorucu qəfəs

B) Əhəmiyyəti yoxdur

C) Sorucu şkaf

D) Sorucu zont

E) Böyürdən sorulma


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
182) Hamarlayıcı dəzgahın üzərindəki hamarlama işi aparılan zaman əmələ gələn tozun qarşısı nə ilə alınır?

A) Böyürdən sorulma

B) Örtük

C) Sorucu şkaf

D) Zont

E) Boks


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
183) Xırda detalları rəngləməkdən ötrü istifadə olunan həlledicilərin buxarını sormaq üçün nədən istifadə olunur?

A) Örtük


B) Sorucu şkaf

C) Böyürdən sorulma

D) Boks

E) Sorucu zont


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
184) Yeni texnologiyanın kanserogen təhlükəsini proqnozlaşdırmaq üçün hansı üsullardan istifadə olunur?

A) Kliniki

B) Statistik

C) Toksikoloji

D) Fizioloji

E) Epidemioloji


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
185) Kanserogen təhlükəsi olan müəssisənin işindən çıxmış şəxslər hansı tezlikdə tibbi baxışdan keçməlidirlər?

A) Hər rüb

B) Hər həftə

C) Hər 6 ay

D) Hər il

E) Hər ay


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
186) Adı çəkilən patoloji hallardan hansı peşə xəstəliklərinin (zəhərlənmələrinin) tərifinə aid deyil?

A) Bakteriyalarla çirklənmiş qida qəbulu nəticəsindən sonra

B) Zoonoz infeksiyalarının patogen törədicilərinin təsiri nəticəsindən sonra

C) Zərərli istehsalat amillərin təsiri nəticəsindən sonra

D) Tozların təsiri nəticəsindən sonra

E) Əmək şəraitinin zərərli təsiri nəticəsində somatik xəstəliklərin gedişatının ağırlaşması


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
187) Əmək gigiyenası həkiminin peşə fəaliyyətinin nəzarət funksiyası nədən ibarətdir?

A) Sexlərdəki həkim-profpatoloqlara kömək

B) Müəssisələrdə gigiyena maarifini həyata keçirmək

C) Cari və xəbərdaredici sanitar nəzarətin aparılması

D) Müəssisələrdə istehsalat nəzarətinin aparılması

E) İşçilərlə təhlükəsizlık instruktajını keçirmək


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
188) Əmək gigiyenası həkiminin peşə fəaliyyətinin təbliğat funksiyası nədən ibarətdir?

A) Cəzalandırmaqda

B) Fəhlələr arasında məqsədli gigiyenik maarifin keçirilməsi

C) Xroniki xəstəlikləri olanları iş ilə təmin etmək

D) Cari və xəbərdaredici sanitar nəzarətdə

E) Tibbi baxışların keçirilməsində iştirak etməkdə


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
189) Əmək gigiyenası həkminin iş vəzifələrinə nə aid deyil?

A) Fizioloji tədqiqatlar

B) Sanitar maarifləndirici iş

C) Xəbərdaredici sanitar nəzarət

D) Cari sanitar nəzarət

E) Tibbi baxışlarda iştirak


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
190) Əmək gigiyenası həkiminin əsas fəaliyyətinə nə daxil deyil?

A) Maarifləndirmə

B) Cəzavermə üçün sənədlərin tərtibi

C) Təşkilatçılıq

D) Cəzanı yerinə yetirmə

E) Nəzarət


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
191) Hansı zərərli istehsalat amillə bağlı olduqda fəhlələr üçün səhiyyə məntəqələrində inqalyatorlar quraşdırılır?

A) Yüksəktezlikli küy

B) Radionuklidlər

C) Radiotezlikli elektromaqnit sahələr

D) Qıcıqlandırıcı təsirə malik olan buxar və qazlar

E) Vibrasiya


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
192) Əmək gigiyenası üzrə sanitariya həkimi dövrü tibbi müayinənin nəticələrinə görə hansı işləri aparmalıdır?

A) Peşə xəstəliyinə şübhəli şəxslərə sanitar-gigiyenik xarakteristikasının verilməsi

B) Aşkar olunmuş xəstələri işlədiyi peşədən azad edilməsi

C) Sağlamlıqları ilə əlaqədar pozuntuları olan işçilərin işlə təmin olunmaqlarında iştirak etməlidirlər

D) Aşkar olunmuş xəstələri müalicə olunmaqdan ötrü kurort-sanatoriyalara göndərilməlidir

E) Aşkar olunmuş xəstələri stasionara yerləşdirməlidir


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
193) Hal-hazırda peşə onkoloji xəstəliklərinin (şişlərin) hansı nozoloji formaları qeyd olunmur?

A) Dəri


B) Süd vəzisi

C) Ağ ciyərlər

D) Sidik kisəsi

E) Bronxların


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
194) Hansı sənaye müəssisələrində ağciyər xərçəngin əmələ gəlmə riski daha çoxdur?

A) Qazanxanalarda

B) Azbestotexnoloji müəssisədə

C) Anilinrəngləyici müəssisələrdə

D) Qamma quraşdırıcıları tezləşdirici qulluğu

E) Polietilenin istehsalında


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
195) Hansı adı çəkilən tədbir onkoloji peşə xəstəliklərinin profilaktikası üçün radikal sayılmır?

A) Müalicə-profilaktika

B) Zərərli maddələrə qoyulan gigiyenik reqlamentlər

C) Texnoloji

D) Fərdi mühafizə vasitələrindən istifadə

E) Texniki və sanitar-texniki


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
196) Hansı əlamət qadının anatomik-fizioloji xüsusiyyətlərinə aid deyıl?

A) Reproduktiv sistemin olması

B) Ağ ciyərlərin həyat həcminin aşağı olması

C) Əzələ qüvvəsinin aşağı olması

D) Dəri qatının az vaskulizasiya olunması

E) Nisbətən balaca boy


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
197) Peşə xəstəliyi aşkar olunan zaman xəstənin klinikada müayinəsi üçün dövlət sanepidnəzarət orqanları tərəfindən təqdim olunan sənəd hansıdır?

A) Müalicə-profilaktika idarəsinin göndərişi

B) Xəstənin tibbi vərəqəsi

C) Əmək şəraitinin sanitariya-gigiyenik xarakteristikası

D) Əmək kitabçasının nüsxəsi

E) İş qabiliyyətinin müvəqqəti itirilmə vərəqəsi


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
198) Əmək şəraitinin sanitar-gigiyenik xarakteristikasının əsas müddəası nədir?

A) Xəstəlik anamnezi

B) Xəstənin şikayəti

C) Yaşadığı ətraf mühitin sanitar vəziyyəti

D) Peşənin ətraflı təsviri və əlverişsiz istehsalat amillərin gigiyenik səciyyələndirilməsi

E) Xəstənin məişət şəraitinin əlverişsiz amilləri


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
199) Qoruyucu iş paltarına xas olan cəhət nədir?

A) Qoruyucu iş paltarı fəhlənin pulu ilə alınır

B) Əhəmiyyəti yoxdur

C) Fəhlənin ev geyimini çirklənmədən qorumaq üçün

D) İş qabiliyyətini aşağa salmaq üçün

E) İstehsalat zərərlərindən fəhlənin qorunması üçün


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
200) Fəhlələr üçün sanitar-məişət otaqlarının layihələşdirilməsi nədən asılı deyil?

A) İşçilərin cinsi heyətindən

B) İşçilərin yaş tərkibindən

C) İşçilərin sayından

D) İstehsalat prosesinin sanitar xarakteristikasından

E) İşçilərin peşəsindən


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
201) Zərərli istehsalat faktoru ilkin olaraq nəyə səbəb ola bilər?

A) Ateroskleroz, ürək-damar çatmazlığına

B) Yanığlara

C) İş qabiliyyətinin aşağa düşməsi, müvəqqəti olaraq itirilməsinə

D) Travmatik zədələnmələr

E) İş qabiliyyətini həmişəlik itirilməsinə, əlilliyə


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
202) Təhlükəlı istehsalat faktoru nəyə səbəb ola bilər?

A) Ömrün qısalmasına

B) Ateroskleroz, ürək-damar çatmamazlığına

C) Travmatik zədələnmələr, şikəstliyə

D) Gələcək nəslin sağlamlığına

E) İş qabiliyyətin aşağa düşməsi


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
203) Dövlət və müəyyən sənaye sahəsinə aid sanitariya norma və qaydaları hansı təşkilat tərəfindən işlənib hazırlanır?

A) Elmi-tədqiqat və ya layihə institutları tərəfindən

B) Nazirlər Kabineti tərəfindən

C) İcra hakimiyyəti tərəfindən

D) Dövlət sanepidnəzarət qurumları tərəfindən

E) Parlament tərəfindən


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
204) Sanitar normalar hansı sənəddə əks olunmur?

A) İnşaat norma və qanunları

B) Texniki şərtlər

C) Sənaye standartları

D) Əmək qanunları kodeksində

E) Texnoloji layihələşdirmə normaları


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
205) Hansı hallarda əmək gigiyenası həkimi araşdırılma komissiyasının tərkibinə cəlb olunmalıdır?

A) Kəskin zəhərlənmələr, şüa xəstəliyi

B) İsti vurma, gün vurma

C) Yanığlar, elektrik cərəyanın vurması

D) Ayaq, əl barmaqların və bütün bədənin donması

E) Zədələnmə,travma


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
206) Nəyə əsasən xroniki peşə xəstəliklərinin qeydiyatı aparılır?

A) Tibbi sanitar hissənin həkimi tərəfindən qoyulan ilkin diaqnoz

B) Təcili yardım həkimi tərəfindən qoyulmuş ilkin diaqnoz

C) Sahə polikninika həkimi tərəfindən qoyulmuş ilkin diaqnoz

D) Peşə patologiyası klinikası və ya mərkəzi tərəfindən qoyulan sonuncu diaqnoz

E) Sex həkimi tərəfindən qoyulan diaqnoz


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
207) Yorğunluq nədir?

A) Baş beyin mərkəzlərində durğun tormozlanmanın əmələ gəlməsi

B) Baş ağrısı

C) İşi icra edən zaman əmək qabiliyyətinin müvəqqəti olaraq aşağı düşməsi

D) Orqanizmdə funsksional dəyişikliklər

E) İstehsalatda dinamik stereotipin pozulması


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
208) Növbə ərzində reqlamentli fasilələr iş növbəsinin hansı dövründə verilir?

A) Yüksək iş qabiliyyətinin orta fazasında

B) Yorulma fazasının sonunda

C) “Son qırılma” fazası zamanı

D) Əhəmiyyəti yoxdur

E) İş qabiliyyətinin aşağı düşməsinin əvvəlində


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
209) İşə dözümlük nədir?

A) İş şəraitindən asılı olmayan orqanizmin dözümlük qabiliyyəti

B) Xəstə orqanizmin işə dözümlük qabiliyyəti

C) Müəyyən vaxt müddətində fəhlənin qaldırdığı yükün çəkisi

D) Sərf olunan qüvvə vasitəsi ilə icra olunan işə ayrılan vaxt

E) Stress zamanı orqanizmin dözümlük qabiliyyəti


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
210) “ Aktiv istirahət ” anlayışı nəyi təyin edir?

A) İş qabiliyyətini sabit səviyyədə saxlamaq üsulları

B) Yorğunluq nəticəsində aşağı düşmüş iş qabiliyyətinin fizioloji tədbirlərə əsaslanaraq bərpası

C) Yüngül işin icrası

D) Dinamik stereotip prosesini tarazlaşma yolu ilə təmin etmək

E) Əmək vərdişlərinin mükəmməl olmasını təmin etmək


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
211) Universal xronorefleksometr ilə nəyi təyin edirlər?

A) Dərk etmə

B) Vətər reflekslərinin gizli dövrü

C) Diqqət

D) Görmə-motor və eşitmə-motor reaksiyasının gizli dövrü

E) Yaddaş həcmi


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
212) Statik iş hansıdır?

A) Aşağı enmə üzərində

B) Hərəkətsiz olduğu halda yükün qaldırılması

C) Ağırlıq qüvvətinin əks istiqamətində olan yükün daşınması

D) Əhəmiyyəti yoxdur

E) Ağırlıq qüvvətinin istiqamətində olan yükün daşınması


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
213) İnsanın peşə əhəmiyyətli psixiki funksiyalarına hansı aid deyil?

A) Görmə itiliyi

B) Düşünmə

C) Diqqət

D) Sinir-emosional gərginlik

E) Yaddaş


Ədəbiyyat: Н.Ф.Измеров. «Гигиена труда» М., 2008
Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin