Gigiyena ixtisası üzrə nümuməvi test sualları siyahısına əlavələr və dəyişikliklər edilmişdir


) İri şəhərlərdə yaşayış ərazisində yaradılan yaşayış rayonuna neçə mikrorayon daxil olur?



Yüklə 1,62 Mb.
səhifə8/16
tarix21.06.2018
ölçüsü1,62 Mb.
#54321
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

504) İri şəhərlərdə yaşayış ərazisində yaradılan yaşayış rayonuna neçə mikrorayon daxil olur?

A) 2-3


B) 8-12

C) 1-2


D) 3-8

E) 4-5
Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006


505) Əhalinin sayına görə şəhərlər aşağıdaki hansı qruplara bölünür?

A) Köhnə, yeni, cavan

B) Böyük, orta, kiçik

C) Kiçik, orta, böyük, iri, çox iri

D) İnkişaf edən, inkişafı qurtarmış, sabit

E) Miqrasiyalı, miqrasiyasız, sabit yerləşmiş


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
506) Kənd yaşayış məskənləri ərazisi hansı zonalara bölünür?

A) Yaşıllıqlar, nəqliyyat, anbarlar zonaları

B) Mədəni-istirahət, kommunal təsərüffat, ictimai zonalar

C) Şəhərlərarası nəqliyyat, kənd təsərrüfatı zonaları

D) Yaşayış zonası, təsərrüfat-istehsalat zonası, ictimai mərkəz

E) Taxılçılıq, tərəvəzçilik, üzümçülük zonaları


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
507) Urbanizasiya nə deməkdir?

A) Əhalinin yaradıcılıq qabiliyyətinin artması

B) Əhali gəlirlərinin artması

C) Əhalinin idman rekordlarının artması

D) Əhalinin sağlamlıq səviyyəsinin artması

E) Əhalinin şəhərlərdə məskunlaşmasının artması


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
508) Urbanizasiyanın müsbət təsirlərinə nə aid edilə bilər?

A) Əhaliyə yeni məlumatların çatdırılmasının sürətlənməsi

B) İdman-sağlamlıq komplekslərinin iriləşməsi

C) Əhaliyə tibbi xidmət göstərənlərin sayının artması

D) Cinayətkarlığın azalması

E) Əhalinin maddi və mənəvi həyat tərzinin yüksəlməsi


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
509) Temperatura inversiyası nədir?

A) Havanın temperaturasının mövsümü dəyişkənliyi

B) Atmosferdə soyuq hava kütləsinin aşağı düşüb, isti hava kütləsinin onun üzərini ötrməsi

C) Relyefin havanın temperaturasına təsiri

D) Havanın temperaturasının isti istehsalat tullantıları hesabına dəyişməsi

E) Gün ərzində havanın temperaturasının dəyişkənliyi


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
510) Temperatura inversiyasının uzun müddət davam etməsinin əsas səbəbi nədir?

A) Havanın hərəkətinin zəifliyi

B) Hava cərəyanının çox yüksək olması

C) Havanın həddən artıq çirklənməsi

D) Ultrabənövşəyi şüaların kəskin çatışmamazlığı

E) Havada turbulent hərəkət zonalarının yaranması


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
511) Belçika , Donora , Londonda qeyd olunan “toksiki dumanlar” nə ilə nəticələndi?

A) Yaşayış məskənlərində işıqlanmanın pisləşməsi ilə

B) Əhalinin sanitariya həyat tərzinin pisləşməsi ilə

C) Ümumi xəstələnmənin artması ilə

D) Evlərdə ultrabənövşəyi şüalanmanın azalması ilə

E) Tənəffüs yolları xəstəlikləri və ölümün artması ilə


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
512) Sənaye tullantılarından təmizlənməsinin gigiyenik effektliyi atmosfer havanın keyfiyyətini aşağıdakı hansı yerdə təyin etməklə qiymətləndirilir?

A) Sənaye meydançaları ərazisində

B) Sanitariya – mühafizə zonası daxilində

C) Şəhərkənarı xarici nəqliyyat zonasında

D) Sanitariya – mühafizə seliteb (yaşayış) zonaları sərhədində

E) Atmosfer tullantıların havaya daxil olduğu yerdə


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
513)

Müasir şəhərlərdə havanın aşağı qatlarında fotokimyəvi dəyişkənliklərin əsas səbəbi nədir?

A) Havanın kanseroqen maddələrlə çirklənməsidir

B) Havanın temperaturasının yüksəlməsidir

C) Havanın yüksək səviyyədə üzvi maddələr və azot oksidləri ilə çirklənmişdir

D) Havanın karbon qazı və dəm qazı ilə çirklənməsidir

E) Havanın tozlanmasıdır


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
514) Fotokimyəvi dumanın əmələ gəlməsi zamanı mühüm ilkin reaksiya nədən ibarətdir?

A) Karbon qazının oksigenlə birləşməsi

B) Havaya iri ölçülü tozların daxil olması

C) Günəş şüaları ultrabənövşəyi spektrının təsiri altında azot iki oksidin azot oksidi və atom halında oksigenə parçalanması

D) Havanın tüstü və qurumlu çirklənməsi

E) Kükürd qazının havada sürətlə yayılması


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
515) Fotokimyəvi parçalanmanın son məhsullarina nə aiddir?

A) Kanserogen maddələr

B) Karbon oksidi və karbon iki oksid, üzvi aerozollar

C) Kükürd oksidləri

D) Azot oksidləri

E) Qurğuşun birləşmələri


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
516) Müasir şəraitdə planetimizin iqliminin dəyişə bilməsini nə ilə əlaqələndirirlər?

A) Daha çox yanacağın yandırılması

B) Havada fotokimyəvi proseslərin getməsi

C) Havaya daxil olan karbon qazının miqdarının artması

D) Havanın tozlanma dərəcəsinin artması

E) Havada kükürd qazının toplanması


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
517) Karbon qazının iqlimin dəyişməsinə təsir edə bilməsinin səbəbi nədir?

A) Günəş şüalarını yerə tərəf buraxır , əmələ gələn infraqırmızı (istilik) şüalarını geri fəzaya buraxmır

B) Havaya soyuducu təsir göstərir

C) Havada aerozolları özündə birləşdirir

D) Özündən istilik şüalarını buraxır

E) Havada bütün qazların bir səviyyədə qalmasına təsir edir


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
518) Şəhərlərdə ən çox yayılmış atmosfer çirkləndiricilərinə nə aiddir?

A) Asılı maddələr , kükürd və oksidləri, karbon oksidi , oksidontlar

B) Allergenlər

C) Kanserogen maddələr

D) Karbohidrogenlər

E) Xlor birləşmələri


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
519) Şəhərlərdə istifadə edilən yanacaq növlərinə hansılar aiddir?

A) Bərk yanacaq (daşkömür) , maye yanacaq (mazut) , qaz halında yanacaq (yanacaq qazı)

B) Elektrik yanacağı

C) Buxar yanacağı

D) Odun yanacağı

E) Yeraltı qaynar sular


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
520) Mazut yanacağının yanması nəticəsində əmələ gələn maddələrə hansılar aiddir?

A) Toz hissəcikləri , aerozollar

B) Karbohidrogenlər , karbon oksidləri , vanadium -5 oksidi

C) Kanserogen maddələr-benzipirenlər

D) Fotooksidontlar

E) Qurğuşun birləşmələri


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
521) Təbii qazın yanması nəticəsində əmələ gələn maddələrərə hansılar aiddir?

A) Karbon oksidləri

B) Kükürd oksidləri

C) Azot oksidləri və karbohidrogenlər

D) Fotooksidantlar

E) Aerozollar


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
522) Bərk yanacağın yanması zamanı əmələ gələn külün miqdarı nədən asılıdır?

A) Yanacaq materialının istehsal edilməsi yeri

B) Yandırılma müddəti

C) Yanacaq peçlərinin konstruksiyası

D) Yandırılarkən havada oksigenin miqdarı

E) Yanacaq materialının küllülük dərəcəsi və yandırılmasının növü


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
523) Avtonəqliyyat yanacağı tullantıları içərisində gigiyenik cəhətdən əhəmiyyəti olanlara hansılar aiddir?

A) Andidetonatorlar

B) Karbon oksidi, azot oksidləri, karbohidrogenlər, aldehidlər, qurum, quröuşun aerozolları, benz (a) piren

C) Tüstü və tozlar

D) Kükürd oksidləri, fotooksodontlar

E) Antifrizlər


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
524) Avtonəqliyyatın tullantılarının (işlənmiş qazların) miqdarı və tərkibi nədən asılıdır?

A) Mühərikin işlənməsi müddətindən

B) Mühərrikin yerli istehsalı və ya xaricdən alınmasından

C) Mühərrikin tipi, gücü, texniki vəziyyəti , istifadə olunan yanacağın keyfiyyətindən

D) İstifadə olunan yanacağın qiymətindən

E) Mühərrikə qulluğun səviyyəsindən


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
525) Neft emalı müəssisələrindən atmosferə daxil olan əsas çirkləndiricilərə hansılar aiddir?

A) Hidrigen sulfit, karboidrogenlər, kükürd qazı, karbon oksidi

B) Kanserogen maddələr, oksidontlar

C) Sulfat və sulfid birləşmələri

D) Azot oksidləri, benzpirenlər

E) Karbon qazı, dəm qazı


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
526) Xroniki təsir edən atmosfer çirkləndiriciləri hansı qruplara bölünür?

A) Xəstələndirici və öldürücü təsiri qrupları

B) Yaxın və uzaq müddətli təsiri qrupları

C) Birdəfəlik və çoxdəfəlik təsiri qrupları

D) Xroniki spesifik təsiri və xroniki qeyri spesifik təsiri qrupları

E) Kəskin və xroniki təsir qrupları


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
527) Atmosfer çirkləndiricilərinin sanitariya həyat tərzinə təsiri nədən ibarətdir ?

A) Havanın tozlanmasına şərait yaradır

B) Atmosfer çöküntülərini artırır

C) Havanın temperaturasını yüksəldir

D) Şəffaflığı azaldır, təbii işıqlanmanı azaldır , duman əmələ gətirir ,yaşıllıqları məhv edir

E) Havada karbon qazı və dəm qazının toplanmasına şərait yaradır


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
528) Atmosfer çirklənmələrinin atmosferanın yerüstü təbəqəsində konsentrasiyası və dəyişkənliyi nədən asılıdır?

A) Tullantıların miqdarı, materioloji amillərdən

B) Tullantıdan sonra 3 gün ərzində havanın dəyişkənliyindən

C) Günəş radiasiyasının səviyyəsindən

D) Atmosfer təzyiqinin dəyişməsindən

E) Tullantıların tullandığı yerindən


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
529) Atmosferanın yerüstü təbəqəsində çirkləndirici maddələrin konsentrasiyasına təsir edən əsas materoloji amillərə hansılar aiddir?

A) Hava cərəyanının istiqaməti və sürəti,atmosferanın temperatur strafikasiyası, havanın rütubətliyi

B) Rütubətin vertikal və horizontal dəyişkənliyi

C) Atmosfer təzyiqi və küləksiz günlərin sayı

D) Küləkli günlərin tez-tez təkrarlanması

E) Alçaq və yüksək temperatur şəraiti


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
530) Atmosfer havanın öz –özünə təmizlənməsinin əsasında duran proseslərə hansılar aiddir?

A) Alternativ kimyəvi proseslər

B) Mexaniki təmizlənmə prosesləri

C) Biokimyəvi proseslər

D) Fiziki ,fiziki-kimyəvi ,kimyəvi proseslər

E) Bioloji proseslər


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
531) Atmosfer havanın çirklənməsindən qorunmasının əsas tədbirlər qruplarına hansılar aiddir?

A) Radikal mübarizə tədbirləri

B) Sanitariya – qadağan tədbirləri

C) Texnoloji,planlaşdırma,sanitar–texniki tədbirlər

D) Rejim zonalarına bölünməsi tədbirləri

E) Mühavizə zonalarının təşkili


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
532) Atmosfer çirklənmələri ilə mübaizənin radikal tədbiri?

A) Qapalı texnololoji prosesləi , tullantısız texnologiyanı yaratmaqdır

B) Tullantıları çox yüksək səvviyyədə tullamaqdır

C) Tullantıları istehsal edildiyi yerdə məhv etməkdir

D) Tullantısız xammaldan istifadə etməkdir

E) Tullantıları istifadəyə verməkdir


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
533) Atmosfer çirklənmələri ilə mübaizənin planlaşdırma tədbirlərinə hansılar aiddir?

A) Nəqliyyatın miqdarının azaldılması

B) Yaşayış evlərinin uzaqda tikilməsi

C) Ərazinin zonalara bölünməsi,sanitariya– mühafizə zonaların təşkili,yaşayış rayonların planlaşdırılması və yaşıllaşdırılması

D) Tullantılarda çirkləndirici maddələrin azaldılması

E) Yanacağın tam yandırılması


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
534) Sənaye müəssisələrinin sinifi və sanitar – mühafizə zolağının eni nəyə əsasən təyin olunur?

A) Sənaye müəssisəsində işçilərin sayına əsasən

B) Yerin mikroiqlim şəraitinə əsasən

C) Sənaye müəssisələrində iş rejiminə əsasən

D) Sənaye müəssisəsinin gücü , texnolji prosesin spesifikası, tullantı maddələrin miqdarı və keyfiyyətinə əsasən

E) Temperatura inversiyasının tezliyinə əsasən


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
535) Sənaye tullantılarının qaz halında qarışıqlardan təmizləmək üçün hansı üsul istifadə olunur?

A) Həlletmə üsulu

B) Filtirasiya üsulu

C) Skrubber , köpükləndirmə apparatları , barbaterlər, absorbsiya və adsorbsiya prosesləri

D) Elektrofiltirasiya və ionmübadiləsi üsulu

E) Distilyasiya üsulu


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
536) Hündür borulardan (bacalardan) sənaye tullantılarının havaya buraxılması nəyə gətirir?
A) Tullantıların havaya daxil olmasının qarşısını alır

B) Tullantıların mənfi təsirindən əhalini tam qoruyur

C) Havanı tullantılardan tam təmizləyir

D) Tullantıların konsentrasiyasını havanın aşağı qatlarında azaldır

E) Tullantısız mühit yaradır
Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
537) Su vasitəsi ilə yayılan virus xəstəliyi hansıdır ?

A) Epidemik parotit

B) Poliomielit

C) Qarın yatalağı

D) Lyamblioz

E) Tulyaremiya


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
538) Su vasitəsi ilə yayılan virus infeksiya hansıdır ?

A) Lyamblioz

B) Amyoba dizenteriyası

C) Vəba


D) Hepatit A

E) Epidemik parotit


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
539) Xlor tərkibli preparatların təsirinə daha çox hansı davamlıdır?

A) Patogen enterobakteriyalar

B) Enterviruslar

C) Bağırsaq çöpü

D) Quru bakteriyalar

E) Vəba vibrion


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
540) Paylayıcı şəbəkədən su nümunələrinin götürülmə tezliyi hansı faktorlardan asılıdır?

A) Su mənbəyinin növündən

B) Paylayıcı şəbəkənin nümunəsindən

C) Yaşayış yerinin abadlığı dərəcəsindən

D) Su təchizatının növündən

E) Əhalinin xidməti sayından


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
541) İçməli suda qalıq xlorun təyininə nəzarət nə vaxt aparılır?

A) Paylayıcı şəbəkədə

B) Paylayıcı qovşağa verilməzdən əvvəl

C) Paylayıcı şəbəkədən sonra

D) Paylayıcıya verilməzdən əvvəl və qovsaqla şəbəkədə

E) Paylayıcıya verilməzdən sonra


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
542) Ətraf mühitin amillərinin təsirinə hansılar ən çox davamlıdır?

A) Patogen bakteriyalar

B) Sporalar

C) Saprofitlər

D) Viruslar

E) Şərti patogen bakteriyalar


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
543) Suyun plyonka ilə filtrasiya metodu ayrı metodla müqayisədə suyu nə dərəcədə təmizləyir?

A) Asta, lakin keyfiyyətsiz

B) Tez və keyfiyyətli

C) Asta, lakin keyfiyyətli

D) Gec və keyfiyyətli

E) Tez, lakin keyfiyyətsiz


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
544) Yerüstü içməli su mənbəyinin sanitar-mühafizə zonasının ikinci qurşaq sərhədinin yan ölçüləri nə ilə təyin olunur?

A) Çayın dərinliyi ilə

B) Çayın uzunluğu ilə

C) Küləklərin tezliyi ilə

D) Çayın eni ilə

E) Sahənin relyefi ilə


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
545) Suyun PH çoxaldıqda xlor preparatlarının bakterisid effekti necə dəyişir ?

A) Dəyişilmir

B) Enir

C) Yüksəlir



D) Xlor preparatından asılı deyil

E) Xlor preparatından asılıdır


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
546) Yeraltı su mənbəyinin epidemioloji cəhətdən təhlükəsizliyinin qiymətləndirilməsi hansı göstəricilərə əsaslanır?

A) Heç birinə

B) Termotolerant və ümumi koliform bakteriyalar ümumi nmikrob sayı

C) Termotolerant və ümumi koliform bakteriyalar ümumi lyambli kistaları

D) Termotolerant və ümumi koliform bakteriyalar

E) Termotolerant və ümumi koliform bakteriyalar ümumi kolifaqlar


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
547) İçməli suyun epidemik təhlükəsizliyi və səthi içməli su təchizatı mənbəyinin qiymətləndirilməsi hansı göstəricilərə əsaslanır?

A) Termotolerant və ümumi koliform bakteriyalar

B) Termotolerant və ümumi koliform bakteriyalar ümumi lyambli kistaları

C) Heç birinə

D) Termotolerant və ümumi koliform bakteriyalar ümumi kolifaqlar

E) Termotolerant və ümumi koliform bakteriyalar ümumi mikrob sayı


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
548) Sanitar mühafizə zonasının təşkilinin əsas məsələsi səthi su mənbələri üçün hansılardır?

A) Su mənbəyinin çirklənməsinin qarşısının alınması və su götürücü qurğuların çirklənmədən və nasazlıqdan qorunması

B) Su mənbəyinin çirklənməsinin qarşısının alınması

C) Su mənbətinin çirklənmələrini azaltmaq su götürücü qurğuların çirklənmədən və nasazlıqdan qorunması

D) Heç biri

E) Su mənbəyinin çirklənməsini azaltmaq


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
549) Su təmizləyici qurğuların gigiyenik iş effektivliyi necə təyin olunur?

A) Heç biri ilə

B) Su götürülən yerdən suyun analizi və paylayıcı şəbəkəsində suyun analizi

C) Qurğulardan çıxan su götürülən yerdən suyun analizi

D) Qurğulardan çıxan suyun analizi, su götürülən yerdən suyun analizi və paylayıcı şəbəkədə su analizi

E) Qurğulardan çıxan suyun paylayıcı şəbəkədə analizi


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
550) Tərkibində flüorun yüksək konsentrasiyası olan işməli suyun istifadəsi nəyin inkişafına səbəb olur?

A) Hemosideroz

B) Methemoqlobin sindromu

C) Flüoroz

D) Urolitiazis

E) Endemik zob


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
551) İçməli suda formaldehidin əmələ gəlməsi suyun nə ilə zərərsizləşdirilməsi ilə mümkündür?

A) UB şüalarla zərərsizləşdirmə metodu ilə

B) Xlortərkibli preparatlarla metodu ilə ikili xlorlaşdırma

C) Xlortərkibli preparatlarla sadə xlorlaşdırma

D) Ozonla

E) Heç biri ilə


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
552) Koaqulyasiya prosesi suyun keyfiyyətinin hansı əsas göstəricilərini yaxşılaşdırır?

A) Ümumi mikrob sayını və bulanıqlığını

B) Termotolerant və ümumi koliform bakteriyaların azaldılması

C) Rəngini və mikrob ədədini

D) Bulanıqlığını və rəngini

E) Suyun dadını və iyini


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
553) Bir adam başına düşən suyun istifadə norması harda nəzərə alınır?

A) Komunal xidməti müəssisələrində

B) Yaşayış binalarda

C) Sənaye müəssisələrinin texnoloji tələbatında

D) Mədəni-məişət xidməti müəssisələrində

E) İctimai İAŞƏ müəssisələrində


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
554) İçməli suyun keyfiyyətinə laborator-istehsalat nəzarəti paylayıcı şəbəkədə hansı göstəricilərə əsasən aparılır?

A) Orqanoleptik, mikrobioloji, kimyəvi

B) Mikrobioloji

C) Orqanoleptik, mikrobioloji və reaqentlərin qalıq miqdarına görə

D) Orqanoleptik

E) Heç birinə


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
555) İçməli su təchizatı mənbəyinin sinfi nəyi nəzərə alınaraq təyin olunur?

A) Heç birini

B) Mənbəyin su çoxluğu

C) Su mənbəyinin özünü təmizləmə qabiliyyəti

D) Lazımi işlənmə metodu

E) Su mənbəyinin keyfiyyəti


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
556) Orqanik tullantılarından əmələ gələn torpağın mürəkkəb orqanik məddələri necə adlanır?

A) Kül qalıqları

B) Qumus

C) Ana cinsi

D) Çöküntü, çürüntü

E) Heç biri


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
557) Torpağın sanitar göstəricisi hansıdır?

A) Heç biri

B) Torpaq çürüntüsündə olan azotun ümumi azota nisbəti

C) Azot qumusunun torpaqda olan miqdarı

D) Torpaq çürüntüsündə olan karbonun bitki mənşəli karbona nisbəti

E) Karbon qumusunun torpaqda olan miqdarı


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
558) Torpaq vasitəsi ilə insan yarasına düşən mikrob hansı xəstəliklər əmələ gəlir?

A) Vəba


B) Tetanus

C) Salmonelyoz

D) Bruselyoz

E) Tülyaremiya


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
559) Elmi texniki-normativlərə cavab verən və müəyyən qədər yol verilən konsentrasiya həddi hansıdır?

A) Heç biri

B) Sanitar-müdafiə sahəsinin ərazisində

C) Tikinti üçün ayrılmış yerdə fon çirklənmənin qeyd olunmaması

D) Tullantının atıldığı yer

E) Tikinti üçün ayrılmış yerdə fon çirklənmənin qeyd olunması


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
560) Fotokimyəvi duman əmələ gələn zaman hansı ilkin reaksiya daha vacib sayılır?

A) Ultrabənövşəyi şüalanmanın təsiri altında azot dioksidinin yayılması

B) İnfroqırmızı şüalanmanın təsiri altında karbohidrogenin yayılması

C) Ultrabənövşəyi şüalanmanın təsiri altında karbohidrogenin oksidləşməsi

D) İnfraqırmızı şüalanmanın təsiri altında azot dioksidinin yayılması

E) Ultrabənövşəyi şüalanmanın təsiri altında karbon dioksidinin yayılması


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
561) Əhalinin istirahəti üçün yer seçilən zaman atmosfer havasının hansı normaları nəzərdə tutulur?

A) Yol verilən konsentrasiya həddi

B) 1,2 yol verilən konsentrasiya həddi olmaqla bioloji təsir

C) 0,8 yol verilən konsentrasiya həddi olmaqla bioloji təsir

D) 0,8 yol verilən konsentrasiya həddi

E) Toplanmış bioloji maddələrin qeydə almaqla yol verilən konsentrasiya həddi


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
562) Berilliumun atmosfer havasında yüksək konsentrasiyası nəyə səbəb ola bilər?

A) Heç birinə

B) Dəridə piqment ləkələrinə, səpkilərə və gözün selikli qişasının zədələnməsinə səbəb ola bilər

C) Osteoskleroz tipinə xas olan sümük sisteminin zədələnməsi

D) Ağ ciyərlərdə düyünlərin əmələ gəlməsinə səbəb ola bilər

E) Mərkəzi sinir sisteminin zədələnməsi kimi əsəb xəstəliklərinə səbəb ola bilər


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
563) Orqanizmin enerjiyə olan tələbatını ödəyən və oksidləşmə prosesinin gedişi üçün vacib olan mühit necə adlanır?

A) Atmosfer havası

B) Temperatur

C) Atmosfer təzyiqi

D) Rütubət

E) Şüalanma


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
564) Yaşayış otaqlarına radonun daxil olunmasının əsas mənbəyi nədir?

A) Su kəməri

B) Linoleum

C) Qaz sobası

D) Atmosfer hava

E) Torpaq


Ədəbiyyat: М.М. Гимадеев. « Коммунальная гигиена » . М., 2006
Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin