594) Uşaq bağçalarının körpələr qrupuna (1-3 yaşlı) hansı otaqlar daxildir?
A) Soyunub-geyinmə otağı, tədris otağı, ayaqyolu, bufet
B) Həkim otağı, oyun otağı, paylama otağı, ayaqyolu
C) Musiqi zalı, yeməkxana və ya bufet, yataq otağı, ayaqyolu
D) Qəbul otağı, oyun otağı, qrupun yeməkxana və ya bufeti, ayaqyolu, şüşəbənd və ya yataq otağı
E) İzolyator, musiqi məşğələləri üçün otaq, ayaqyolu, yataq otağı, bufet
Ədəbiyyat: В.Р.Кучма “Гигиена детей и подростков” M., 2008
595) Məktəbəqədər uşaq müəssisəsində layihələşdirmə və ya yenidən qurma zamanı hansı prinsipə üstünlük verilir?
A) Ümumi giriş və çıxış prinsipi
B) Kölgəlik meydançalarının yerləşməsi prinsipi
C) Qrupların təcrid edilməsi prinsipi
D) Əhəmiyyəti yoxdur
E) Qrup meydançalarının yerləşdirilməsi prinsipi
Ədəbiyyat: В.Р.Кучма “Гигиена детей и подростков” M., 2008
596) Atmosfer havanın çirklənməsinin dərəcəsi 1-ci növbədə hansı müəssisələrin tullantılarından asılıdır?
A) Zibil emalı müəssisələri
B) Qazla işləyən elektrik stansiyaları
C) Sənaye müəssisələri
D) Avtonəqliyyat vasitələri
E) İstilik elektrik stansiyaları
Ədəbiyyat: В.Р.Кучма “Гигиена детей и подростков” M., 2008
597) Suyun epidemioloji təhlükəsizliyini qiymətləndirmək üçün hansı göstəricilər əsas götürülür?
A) Orqanoleptik və sanitar-toksikoloji
B) Orqanoleptik
C) Orqanoleptik və mikrobioloji
D) Mikrobioloji
E) Sanitar-toksikoloji
Ədəbiyyat: В.Р.Кучма “Гигиена детей и подростков” M., 2008
Dostları ilə paylaş: |