117) Bitkiçilik məhsullarında nitratların maksimal dərəcədə yol verilən həddindən artıq olduqda onlardan necə istifadə etmək olar?
A) İaşə müəssisələrində
B) 1 gün saxlandıqdan sonra qida üçün yararlıdır
C) 10 gün saxlandıqdan sonra qida üçün yararlıdır
D) Meyvə-tərəvəz mağazalarında tez bir zamanda realizə olunması
E) Baytarlıq nəzarəti orqanları tərəfindən verilən icazədən sonra heyvan yemi kimi istifadə oluna bilər
Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008
118) Çirklənmiş ərazidə yaşayan insanların orqanizminə radionuklidlərin daxil olunmasının əsas yolu hansıdır?
A) Təmasla
B) Dəri və selikli qişa
C) Su
D) Aerozol
E) Qida
Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008
119) Ərzaq məhsullarında pestisidlərin qalıq miqdarları olduğu halda gigiyenik ekspertiza nəyi nəzərdə tutur?
A) Əhalinin xəstələnmə hallarının öyrənilməsi
B) Ərzaq məhsullarında pestisidlərin qalıq miqdarlarının laborator müayinə zamanı təyini
C) Laborator heyvanlar üzərində toksikoloji müayinənin aparılması
D) Pestisidlərin kumulyasiya xüsusiyyətlərinin təyini
E) Pestisidlərin insan orqanizminə göstərən daimi təsirinin öyrənilməsi
Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008
120) Adı çəkilən əlamətlərdən hansı qida zəhərlənmələrinin səciyyəvi əlamətlərinə aid deyil?
A) Qısa inkubasiya dövrü
B) Kütləvi şəkildə olması
C) Qida qəbulu ilə xəstələnmənin əlaqəsi
D) Təmaslılıq
E) Qəfildən başlanması
Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008
Dostları ilə paylaş: |