127) Stafilokokk toksikozunun ən səciyyəvi klinik simptomları hansılardır?
A) Hərarətin qalxması, səpkilik
B) Baş ağrıları, baş gicəllənməsi
C) Tez-tez üzücü qusmalar, epiqastr nahiyəsində olan ağrılar
D) Udqunmanın çətinləşməsi
E) İflic olma
Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008
128) Botulizmin ən səciyyəvi klinik simptomları hansılardır?
A) Baş ağrısı, baş gicəllənmə
B) Ürəkbulanma, qusma
C) Qıcolma
D) Hərarətin qalxması, səpkilik
E) Görmə qabiliyyətinin pozulması, afoniya (səsin tutulması), udqunmanın cətinləşməsi
Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008
129) Adı cəkilənlərdən hansı zəhərli göbələklərlə qida zəhərlənməsinin simptomlarına aid deyil?
A) Vəbaya oxşar qan qarışığı ilə ishal
B) Ağız sulanması, göz yaşarması və güclü tərləmə
C) “Qəhvə xıltına” oxşar qusma
D) Qarın nahiyəsində kəskin ağrılar
E) Əziyyət verici susuzluq
Ədəbiyyat: Г.Г.Онищенко. «Гигиена питания» Москва, 2008
Dostları ilə paylaş: |