361) Tulyaremiya infeksiyasının əsas mənbəyi nədir?
A) Gəmiricilər
B) Quşlar
C) Ev heyvanları
D) Hidrobiontlar
E) Vəhşi heyvanlar
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
362) Sarı qızdırmanın profilaktikası üzrə əsas tədbir hansıdır?
A) Cari dezinfeksiya
B) Deratizasiya
C) Faqoprofilaktika
D) Dezinfeksiya
E) Dezinseksiya
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
363) Sapronozların törədicilərinin rezervuarı nədir?
A) Həşəratlar
B) Qida məhsulları
C) İstiqanlı heyvanlar
D) Torpaq
E) İnsan
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
364) Opistorxozla yoluxma nəyin istifadəsi zamanı baş verir?
A) Molyuskların
B) Göyərçinlərin
C) Balığın
D) Ev quşlarının
E) Xərçəngkimilərin
Ədəbiyyat: Çobanov R.Ə., Jəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
Dostları ilə paylaş: |