512) Koli-indeks nədir?
A) 1 ml suda olan enterobakteriyaların miqdarı
B) tərkibində 1 bağırsaq çöpü olan suyun minimal miqdarı
C) 1 litr suda olan bağırsaq çöplərinin miqdarı
D) tərkibində 3 bağırsaq çöpü olan suyun maksimal miqdarı
E) 10 litr suda olan bağırsaq çöplərinin miqdarı
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
513) Difteriyaya görə müayinə zamanı 10 nəfərdən material götürdükdə nə qədər tampon sifariş vermək lazımdır?
A) 40 tampon
B) 1 tampon
C) 10 tampon
D) 5 tampon
E) 20 tampon
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 2016
514) Aşağıdakılardan hansı vəbanın törədicisidir?
A) Vibrio thyphi
B) Vibrio parahaemolyticus
C) Vibrio cholerae El-tor biovarı O1 seroqrupu
D) ETEC
E) NAQ-fibrionlar (O1 zərdabı ilə aqqlütinasiya etməyən)
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə. Epidemiologiyadan təjrübə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984.
515) Salmonelyozun törədicisini hansı materialda aşkar etmək olar?
A) qanda
B) öddə
C) nəcisdə
D) sidikdə
E) tüpürcəkdə
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
516) Göyöskürəyin olmasından şübhələndikdə bakterioloji müayinə üçün hansı materialdan götürmək lazımdır?
A) qan
B) burundan selik
C) ağızudlaqdan selik
D) nəcis
E) öskürək zamanı selik damcıları
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
517) Malyariya diaqnozunu təsdiq etmək və törədicinin növünü aşkar etmək üçün hansı müayinə lazımdır?
A) qanın biokimyəvi analizi
B) ödün əkilməsi
C) onurğa beyni mayesinin mikroskopiyası
D) qanın əkilməsi
E) qalın qan yaxmasının mikroskopiyası
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
518) Vəba törədicisinin morfologiyası necədir?
A) kapsula yaradır
B) volyutin dənəciklərinə malikdir
C) monotrix
D) mərkəzdə spor yerləşir
E) peritrix
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
Dostları ilə paylaş: |