1296) Hansı virus hepatiti yoxdur?
A) F hepatiti
B) G hepatiti
C) A hepatiti
D) E hepatiti
E) D hepatiti
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 704)
1297) Hansı səthi mikozlara aid deyil?
A) Epidermomikozlar
B) Kəpəklənən dəmrov
C) Qara piedra
D) Qara dəmrov
E) Ağ piedra
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 728-730)
1298) Vafus törədicisi hansıdır?
A) Trichophyton tonsurans
B) Epidermophyton floccosum
C) Trichophyton schoenleinii
D) Trichophyton violaseum
E) Trichophyton mentagrophytes
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 735)
1299) "Candida albicans"-ı digər növlərdən differensiasiya etmək üçün hansı üsuldan istifadə edilir?
A) Qan zərdabında mannan polisaxaridlərinin təyini
B) Beta-qlükan polisaxaridlərin qanda müəyyən edilməsi
C) Saburo mühitində kultivasiya etməklə törədicinin kulturasının alınması
D) Yaxmalarda psevdomiselilərin və tumurcuqlanan mayayabənzər hüceyrələrin aşkar edilməsi
E) “Rüşeym borucuğu” testi
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 751-753)
1300) Bəlğəmin mikroskopik müayinəsi zamanı irinli hissəcikləri yuxarı tənəffüs yollarının mikroflorasından azad etmək üçün hansı tədbirlər görülür?
A) Nikiforov qarışığında fiksasiya edilir
B) İzotonik məhlulla yuyulur
C) Otaq temperaturunda 1 saat saxlanılır
D) 30 dəq. soyuducuda saxlanılır
E) Alovdan keçirilir
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 795)
1301) MSS infeksiyalarının diaqnostikası zamanı likvor hansı qidalı mühitlərə əkilmir?
A) Saburo mühiti
B) 5%-li qanlı aqar
C) Vilson-Bler mühiti
D) Şokalad aqarı
E) 1%-li qlükozalı ƏPA
Ədəbiyyat: Ədəbiyyat: Z.Qarayev, A.Qurbanov “Tibbi mikrobiologiya və immunologiya” Bakı-2010. (səh. 824)
Dostları ilə paylaş: |