681) Viruslu C hepatit zamanı əsas yoluxma yoludur:
A) torpaq
B) inyeksion
C) hava-damcı
D) su
E) qida
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Dərslik, Bakı, 2011
682) B hepatiti virusunun ən yüksək miqdarı müəyyən olunur:
A) tüpürcəkdə
B) bəlgəmdə
C) sidikdə
D) qanda
E) spermada
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Dərslik, Bakı, 2011
683) Viruslu B hepatit zamanı ən effektiv tədbirlər:
A) karantin tədbirləri
B) vaksinoprofilaktika
C) suyun zərərsizləşdirilməsi
D) rejim-məhdudlaşdırıcı tədbirlər
E) antibiotikoprofilaktika
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Dərslik, Bakı, 2011
684) A hepatiti zamanı yoluxma riski qrupları:
A) narkomanlar
B) sağıcılar
C) baytarlar
D) təmizləyici qurğuların işçiləri
E) cərrahlar
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Dərslik, Bakı, 2011
Dostları ilə paylaş: |