Yol distansiyasının strukturu
Yol distansiyaları məntəqələrə, onlar isə öz növbəsində işçi bölmələrə (briqadalara) bölünürlər. Məntəqələrə yol ustası (YU), briqadalara yol briqadirləri (YB) rəhbərlik edir. Məntəqələrdə adətən 2 briqada təşkil edilir:
Mexanizmlərlə təchiz olunmuş, iriləşdirilmiş, paln xəbərdarlıq işlərini görmək üçün iri briqada;
Təcili işləri yerinə yetirmək üçün 4-6 nəfərlik kiçik briqada.
Bəzən məntəqə 2-3 mexanikləşdirilmiş briqadadan ibarət olur ki, (10-12 nəfər) onlar da öz bölmələrində bütün işləri yerinə yetirirlər. Iri stansiyalarda işçi bölmələrin əvəzinə əksər hallarda məntəqə-mexanikləşdirilmiş (17-20 nəfər) və xüsusi (5-6 nəfər) briqadalar yaradılır ki, bunlar da yol çeviricilərinin saz saxlanmasını təmin edirlər.
Distansiyaların çevrilmiş uzunluqları ikixətli və çoxxətli sahələrdə 200-300 km, tək xətli yollarda isə 150-200 km təşkil edir. Yol distansiyalarını məntəqələr təşkil edir ki, onların da uzunluqları 2 və çoxxətli sahələrdə 22-30 km, təkxətli yollarda isə 20-25 km olur. Bu uzunluqlar profildə və palnda yolun mürəkkəbliyindən, istismar şərtlərindən və digər yerli xüsusiyyətlərdən asılıdır.
Mexanikləşdirilmiş yol distansiyalarında mənzil hüdudunda və kiçik stansiyalararası distansiyanın xətti bölmələrində qəbul edilən 3 əsas formaları tətbiq edilir.
Yolun gətirilmiş uzunluğu aşağıdakı kimi təyin edilir: 1 km- birinci baş yol üçün 1 km;
1 km ikinci baş yol üçün – 0,75 km;
1 km stansiya yolu üçün – 0,33 km;
20 ədəd yoldəyişən üçün- 1km.
Dostları ilə paylaş: |