Yolun təmiri və cari saxlanması
Dəmir yolunda yol işlərinin əsas növləri və onların xarakteristikası Nəqliyyat Nazirliyinin “Dəmir yolları süni qurğularının, torpaq yatağının və yolun quruluşunun planlı-xəbərdaredici təmirinin keçirilməsinə dair Təlimatlar və Qaydalar” üzrə müəyyənləşir. Yolun saxlanması və təmiri üzrə işlər aşağıdakı əsas növlərə bölünürlər:
Yolun gücləndirilmiş əsaslı təmiri, yolun əsaslı təmiri, yol dəyişənlərin metallik hissəsinin və relslərin bütövlükdə dəyişdirilməsi, yolun gücləndirilmiş orta təmiri, yolun orta təmiri, yolun qaldırma təmiri, yolun planlı xəbərdaredici düzləndirilməsi (təmiri), relslərin pardaxlanması, yolun cari təmiri, keçidlərin əsaslı təmiri.
Dəmir yolunda yuxarıda göstərilmiş əsas işlərdən başqa “Azərbaycan DY” QSC-nin hər ildə müəyyən etdiyi aşağıdakı işlər də yerinə yetirilir:
yol dəyişənlərin yenisi ilə əvəz olunması, ötürücü tirlərin dəyişdirilməsi, yol dəyişənlərin qırmadaşlarının təmizlənməsi, baş və stansiya yollarında relslərin qaynaqlanması, relslərin pardaqlanması;
şpalların, ötürücü və körpü tirlərinin təmiri, yol boyu çəpərləmə qurğularının saxlanması və təmiri, yol dəyişənlərin qardan və digər çöküntülərdən təmizlənməsi.
Dostları ilə paylaş: |