Yolun cari təmiri
Yolun cari təmiri yol işləri içərisində ən əsası və və vacibi sayılır. Cari təmir işləri bütün il boyu yolun daima saz saxlanması, nasazlıqları əmələ gətirə biləcək səbəblərə əvvəlcədən aradan qaldırmaq və yolun bütün elementlərinin saz vəziyyətdə olmasınıtəmin edir. Yolun cari təmirində əsas məqsəd qatarların təhlükəsiz və fasiləsiz hərəkətini təyin olunmuş sürətlə təmin etməkdir.
Yol işlərini və cari təmiri yerinə yetirmək üçün qatarların hərəkət cədvəlində texnoloji “pəncərə” nəzərdə yuyulur. Istər yol təmir işləri, istərsə də yolun cari saxlanması yüksək məhsuldarlıqlı yol maşınlarının köməkliyi ilə yerinə yetirilir.
Əvvəlcədən boşaldılıb yayılmış ballastın üzərinə rels-şpal çərçivəsini lazım olan səviyyəyə qaldırmaq üçün elektroballastyordan istifadə edirlər. Qırmadaşı balklastı qırmadaş təmizləyən ŞOM-4M, ŞOM-1200, SÇ-600, SÇ-601 ilə təmizləyirlər. Şpalın cinahlarından ballastı təmizləmək üçün YM-C və YM-M maşınlarından istifadə olunur.
Yolun uzununa profilində və planda üçün məhsuldarlığı 3000 m/saat olan VPO-3-3000 və həmçinin Rusiya-Avstriya istehsalı olan Duomatic 09-32 CSM maşınından istifadə olunur. Cari təmir işlərində və yolun orta təmirində VPR-02 və VPR-03 maşınlarından istifadə olunur.
Yol dəyişənləri düzləndirmək qaydaya salmaq üçün VPRS-02, VPRS-03 və Unimat -08-27535 maşını əlverişli sayılır. Torpaq yatağının yamacını hazırlamaqda Slovakiya istehsalı olan SZP-600 və Rusiyanın MNK-1 maşını əlverişli sayılır.
Dostları ilə paylaş: |