Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri


Stansiyalarda manevr işləri



Yüklə 80,73 Kb.
səhifə16/55
tarix10.01.2022
ölçüsü80,73 Kb.
#110484
1   ...   12   13   14   15   16   17   18   19   ...   55
Stansiyalarda manevr işləri

Qatarların qəbulu, göndərilməsi və dayanacaqsız buraxılması əməliyyatlarındakı hərəkətindən savayı, hərəkət tərkibinin stansiya daxilindəki hərəkəti manevrlər adlanır. Manevrlər daşıma prosesinin zəruri tərkib hissəsidir. Stansiyaların işinin müvəffəqiyyətlə yerinə yetirilməsi və əsas keyfiyyət göstəricisi olan vaqonların stansiyalarda dayanma müddətinin normasına riayət edilməsi, əsas etibarilə manevr işlərinin səmərəli təşkilindən asılıdır.

Manevr əməliyyatları xarakterinə, təyinatına və mürəkkəbliyinə görə fərqləndirilir. Xarakterinə görə manevrlər çeşidləmə, qruplaşdırma və xüsusi manevrlər kimi təsnif edilir. Çeşidləmə manevrləri vaqonların təyinat yolları üzrə yerləşdirilməsindən, yerdəyişmə manevrləri tərkibin və ya ayrı-ayrı vaqonların bir yoldan digərinə verilməsindən, qruplaşdırma manevrləri vaqonların müxtəlif əlamətlərə görə qruplara yığılmasından, xüsusi manevrlər isə vaqonların çəkisinin müəyyən edilməsi, yuyulması və s. zamanı hərəkət etdirilməsindən ibarətdir. Təyinatına görə manevrlər vaqonların çeşidlənməsi, təşkil olunması, qoşulması, açılması, verilməsi və s. əməliyyatlara bölünür. Mürəkkəbliyinə görə manevrlər sadə və mürəkkəb olurlar. Sadə maevrlər zamanı manevr tərkibinin və yerdəyişmə məsafəsinin qiymətləri demək olar ki, dəyişmir. Mürəkkəb manevrlər zamanı isə bu kəmiyyətlər dəyişir. Manevrlər kiçik, orta və ya böyük gücə malik çeşidləmə təpələrində, xüsusi yollarda lokomotivlər və ya digər dartı vasitələri ilə yerinə yetirilir.

Manevr reysi və yarımreysi manevr işinin elementlərini təşkil edir. Lokomotivin vaqonlarla və ya ayrılıqda stansiya yolları üzrə istiqaməti dəyişmədən hərəkəti manevr yarımreysi adlanır. Hərəkət tərkibinin stansiya daxilində bir yoldan digər yola istiqaməti dəyişməklə hərəkətinə manevr reysi deyilir. Lokomotivin vaqonlarla birlikdə hərəkəti zamanı yarımres və reyslər işçi, təklikdə hərəkəti zamanı boş adlanır. Manevr əməliyyatları yerinə yetirən vaqonlara manevr tərkibi deyilir.

Yarımreys aşağıdakı elementləri özündə birləşdir: sürətlənmə (S), tormozlama (T), əldə edilmiş sürətlə hərəkət (Ə), inersiya üzrə hərəkət (İ).

Stansiyada manevr işləri yalnız bir işçinin – manevr dispetçerlərinin, stansiya üzrə növbətçinin, çeşidləmə təpəsi və ya park üzrə növbətçinin, dispetçer mərkəzləşdirilməsi ilə təchiz edilmiş sahələrdə isə qatar dispetçerinin göstərişi ilə yerinə yetirilir. Bu işçilər arasında vəzifə bölgüsü stansiyanın texniki sərəncam aktı (TSA) ilə müəyyən edilir.




Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin