Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri



Yüklə 80,73 Kb.
səhifə17/55
tarix10.01.2022
ölçüsü80,73 Kb.
#110484
1   ...   13   14   15   16   17   18   19   20   ...   55
Sərnişin stansiyası

Sərnişin stansiyaları iri şəhərlərdə, sənaye mərkəzlərində və istirahət rayonlarında tikilir. Bu stansiyalarda sərnişinlərə xidmət, hərəkət tərkibinin daşımaya hazırlanması və sərnişin qatarlarının hərəkətinin təşkili yerinə yetirilir.

Sərnişin stansiyaları təyinatına, qəbul-göndərmə yollarının sayına və qovuşma xətlərinin sayına görə təsnif olunurlar. Əsas təyinatından asılı olaraq sərnişin stansiyalarının 3 növü mövcuddur:


  1. Uzaq sərnişin, şəhərətrafı və yük daşımalarına xidmət edən birləşmiş stansiyalar;

  2. Təkcə uzaq reysli daşımalara və yaxud təkcə şəhərətrafı daşımalara xidmət edən ixtisaslaşmış stansiyalar;

  3. Şəhərətrafı sərnişin daşımalarına xidmət edən sahələr də daxil olmaqla, metropoliten xətlərinin kəsişməsi və ya qovuşması məntəqələrində yerləşən zona stansiyaları.

Uzaq, yerli və şəhərətrafı hərəkətə xidmət edən sərnişin stansiyalarında əsas aşağıdakı qurğular olur: sərnişinlərə xidmət edən sərnişin binası (vağzal); vağzalı və vaözalyanı meydanı birləşdirən eyni və fərqli səviyyədə yerləşən (tunellər, piyada körpüləri) sərnişin platforma və keçidləri; manevr əməliyyatlarını və ayrı-ayrı vaqonların müvəqqəti dayanmasını yerinə yetirən qatarların qəbul-göndərmə yolları; lokomotiv və vaqon təsərrüfatı; baqaj və poçt qurğuları və s.

Vağzal – sərnişinlərə, qatarların hərəkətinin idarə olunmasına xidmət etmək üçün nəzərdə tutulan bina, qurğu və tikililər kompleksidir. Vağzallar bütün bölmə məntəqələrində tikilərək, sərnişinlərin minib-düşməsini yerinə yetirir. Qəbul edilən sərnişinlərin sayına görə vağzallar kiçik (200 sərnişinə qədər), orta (201-700), böyük (701-1500) və iri (1501-dən çox) tutumlu növlərə bölünürlər. Qəbul göndərmə yollarının və eləcə də vağzalların yerləşməsi prinsipinə görə sərnişin stansiyaları birbaşa, dalan və həmçinin kombinə tipli ola bilərlər.


Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin