Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri



Yüklə 80,73 Kb.
səhifə29/55
tarix10.01.2022
ölçüsü80,73 Kb.
#110484
1   ...   25   26   27   28   29   30   31   32   ...   55
Xüsusi yük vaqonları

Xüsusi yük vaqonları daşınan yüklərin saxlanmağını daha etibarlı təmin etməklə bərabər, yükləmə-boşaltma işlərini sürətləndirir və mexanikləşdirilməsinə imkan yaradır. Xüsusi yük vaqonlarına aşağıdakılar daxildir:

- minik avtomobilləri, mal qaranı, polad materialları daşıyan örtülü vaqonlar;

- sement, taxıl məhsulları, mineral gübrələri daşıyan örtülü vaqonlar;

- kiçik ölçülü ağacları (uzunluğu 2 m-dək), səpələnən yükləri daşıyan dərin kuzovlu 4 oxlu yarımvaqonlar;

- iri parçalı mis filizlərini və səpələnən yükləri daşıyan dərin kuzovlu 8 oxlu yarımvaqonlar;

- konteynerləri, minik avtomobillərini, meşə ağac materiallarını, 25 m-lik uzun relsləri, nəqliyyat vasitələrini daşıyan platformalar.

Yüksək özüllüklü yükləri, süd, spirt, turşular, yüksək təzyiq altında sıxılmış qazlar, sement, maye qətran daşıyan xüsusi təyinatlı sisternalar.

Bundan başqa xüsusi təyinatlı yük vaqonlarına transportyorlar və sənaye nəqliyyatı vaqonları da daxildir. Transportyorlar – dəmiryol nəqliyyatının xüsusi növ hərəkət vasitəsi olub, uzun ölçülü yüklərin, ağır kütləli yüklərin daşınmasında istifadə olunur. Sənaye nəqliyyatı vaqonlarından daş karxanalarda və digər müəssisələrdə istifadə olunur. Sənaye nəqliyyatı vaqonlarına özüboşaldan vaqonlar daxildir.


Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin