Vaqon təsərrüfatının əsas vəzifəsi
Vaqon təsərrüfatı dəmiryol nəqliyyatının əsas aparıcı sahələrindən biri hesab olunur. Vaqon təsərrüfatının əsas fondları (vaqonlar, tikili və qurğular, texnoloji avadanlıqlar, yük qaldırıcı nəqliyyat vasitələri və s.) dəmir yolunun bütün əsas fondlarının təqribən 15%-ni və işçi kontingentinin 12-16%-ni təşkil edir.vaqon təsərrüfatının əsas funksiyası daşıma prosesini fasiləsiz olaraq saz və işəyararlı vaqonlarla təmin etməkdir. Bu məqsədlə onun əsas vəzifəsinə aşağıdakı məsələlər daxildir:
vaqon konstruksiyalarında baş verən dağılma və imtinaları vaxtlı-vaxtında müəyyən edərək aradan qaldırmaq;
reysdə olan vaqonların texniki xidmət və cari təmir işlərini yerinə yetirmək;
vaqonların iri həcmli əsaslı və depo təmiri əməliyyatlarını yerinə yetirmək və vaqonların təftişi;
vaqonların yük və sərnişin daşımalarına hazırlanması;
yeni vaqon konstruksiyalarının və onlara olan sifarişlərin texniki tapşırıqlarının hazırlanmasını təşkil etmək;
köhnə vaqon konstruksiyalarının modernizasiyası və xidmət müddəti başa çatmış vaqonların inventar parkdan silinməsi;
yeni vaqonların alınması, texniki istismarı və onlardan istifadə etmənin səmərəliliyinin artırılması.
Azərbaycan dəmir yolu şəbəkəsində vaqon təsərrüfatına Yük Daşımaları Departamenti rəhbərlik edir.
Dostları ilə paylaş: |