Yükləmə qabariti – eninə, yolun oxuna perpendikulyar istiqamətdə yönəlmiş elə qapalı sahəyə deyilir ki, onun daxilində düz üfüqi yol üzərində yerləşən üstü açıq hərəkət tərkibinə yüklənmiş yük kənara çıxmamaq şərti ilə yerləşsin.
Yükün hansı hündürlükdə yükləmə qabaritindən kənara çıxmasından asılı olaraq, qbaritsizliyin 3 növü fərqləndirilir:
relsin başcığından 1400 mm-ə qədər hündürlükdə- aşağı qabaritsizlik;
relsin başcığından 4000-5300 mm hündürlükdə- yuxarı qabaritsizlik.
Aşağı və yan qabaritsizliklərin 6 dərəcəsi mövcuddur. Qatarların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə dəmir yollarının oxları arasındakı məsafə “Dəmir yollarının texniki istismar qaydaları”na görə stansiyalarda 4800 mm-dən, mənzillərdə isə 4100 mm-dən az olmamalıdır.