Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri


Stansiya yolları və onların təyinatı



Yüklə 80,73 Kb.
səhifə15/55
tarix10.01.2022
ölçüsü80,73 Kb.
#110484
1   ...   11   12   13   14   15   16   17   18   ...   55
Stansiya yolları və onların təyinatı

Müəyyən yol inkişafına malik olan və texniki, yük, kommersiya və sərnişin əməliyyatlarını yerinə yetirmək imkanı olan bölmə məntəqələrinə stansiyalar deyilir. Stansiyaların sərhədləri daxilindəki bütün yollar stansiya yolları adlanır. Terinə yetirilən əməliyyatlardan asılı olaraq, stansiya yolları aşağıdakı qaydada ixtisaslaşır: baş, qəbuletmə-göndərmə, çeşidləmə, yükləmə-boşaltma, depo yolları. Eyni təyinatlı, ümumi boğazlarla birləşən stansiya yolları park adlanır.

Stansiya yolları bir qayda olaraq, heç bir mailliyi olmayan üfüqi sahələrdə yerləşdirilir ki, bu da qatarların göndərmə zamanı hər iki istiqamətdə yerindən tərpənməsinı asanlaşdırır və vaqonların küləyin təsirindən və manevrlər zamanı zərbələrdən öz-özünə hərəkət etməsinin qarşısını alır. Dəmir yollarının texniki istismar qaydalarına (TİQ) görə, bölmə məntəqələrinin mailliyi 0,0015-dən, mürəkkəb relyefə malik sahələrdə isə 0,0025-dən çox olmayan sahələrdə yerləşdirilməsinə icazə verilir. Planda stansiya yolları düz sahələrdə yerləşdirilir. Şəraitdən asılı olaraq stansiyaların radiusu 1200 m-dən, mürəkkəb relyefə malik sahələrdə isə 600 m-dən az olmayan əyrilərdə yerləşdirilməsinə icazə verilir. Işin səmərəli təşkili üçün stansiya yollarına və yolçevrici qurğulara nömrələr verilir. Baş yollar roma rəqəmləri, digər yollar isə növbəti ərəb rəqəmləri ilə nömrələnir. Stansiya yollarının tam və faydalı uzunluqlarını fərqləndirirlər. Yolun tam uzunluğu yolçevrici qurğuların rama relslərinin birləşmələri arasında ölçülür. Yolun faydalı uzunluğu isə tam uzunluğun sərhəd dirəkcikləri arasında ölçülən və hərəkət ətrkibi yerləşən hissəsinə deyilir. Qəbuletmə göndərmə yolları üçün 850, 1050 və 1250 m olan standart faydalı uzunluqlar müəyyən edilmişdir.


Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin