Yük stansiyalarının layihələndirilməsi
Yük stansiyaları layihələndirilən zaman yol inkişafı, yükləmə-boşaltma cəbhəsinin anbarları və meydançası, platformalar və konteyner meydançaları hesablanmalıdır. Yolların sayı qatarların hərəkət ölçülərindən, vaqonların yük həyətinə və ya çeşidləmə stansiyasına verilməsindən əvvəl qəbul, göndərmə və yığılması zamanı yolların tutulma vaxtından asılıdır. Yük qurğularının (anbarlarının, meydançalar) sahələri aşağıdakı düsturla hesablanır:
burada Qil – illik yük dövriyyəsi, tonla;
α -
ts – yükün saxlanma vaxtı;
k-anbarda yükün qalaqları arasında gediş və keçidləri nəzərə alan əmsal;
p- yükün növündən asılı olaraq 1 m2 sahəyə düşən yükləmə norması, tonla.
Dəmir yolu xətti boyunca yükləmə-boşaltma cəbhəsinin uzunluğu (m-lə), sutka ərzində verilən vaqonların n – sayından, vaqonun uzunluğundan və sutka ərzində cəbhəyə verilən vaqonların sayından asılı olaraq hesablanır:
Dostları ilə paylaş: |