Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri


Dartı hərəkət vasitələrinin təyinatı və təsnifatı



Yüklə 80,73 Kb.
səhifə20/55
tarix10.01.2022
ölçüsü80,73 Kb.
#110484
1   ...   16   17   18   19   20   21   22   23   ...   55
Dartı hərəkət vasitələrinin təyinatı və təsnifatı

Dəmiryol nəqliyyatında (DYN) qatarların hərəkəti dartı hərəkət tərkibinin (DHT) köməyi ilə yerinə yetirilir. DHT-nə lokomotivlər və motor-voqonlu hərəkət vasitələri (tərkibləri) daxildir. Lokomotiv özü hərəkət edən dəmir yolunun dartı hərəkət tərkibi olub, rels xətləri üzrə hərəkətverici qüvvə-dartı qüvvəsi yaradaraq, onun təsirilə qatarların yerdəyişməsi təmin olunur. “Lokomotiv” beynəlmiləl termin olub, mənşə etibarilə ingilis sözüdür. Onun mənası “yerindən tərpədirəm” və ya “yerdəyişmə” deməkdir. Lokomotivlər aşağıdakı xüsusiyyətlərə görə təsnif olunurlar: energetik qurğusunun tipinə və yerinə görə - avtonom və qeyri avtonom; yerinə yetirilən işin xarakterinə görə - qatar (magistral) və manevr lokomotivləri; enerjinin ilkin mənbəsinə görə - istilik və elektrik.



Avtonom lokomotivlərədə müxtəlif energetik qurğulardan istifadə olunur ki, bununla da lokomotivlərin tipi müəyyən olunur. Avtonom lokomotivlərə paravoz, teplovoz, teploparavoz və s. daxildir. Qeyri-avtonom lokomotivlərə isə elektrovozlar və digər kontaktlı elektrik nəqliyyatı vasitələri daxildir.

Yerinə yetirilən işin xarakterinə görə lokomotivlər qatar və manevr lokomotivlərinə bölünürlər. Qatar lokomotivləri dəmir yolu xətlərində qatarların hərəkəti və yaxud dəmir yol nəqliyyatının əsas işini daşıma prosesini yerinə yetirir. Manevr lokomotivləri isə köməkçi əməliyyatların, manevr işlərinin-tərkiblərinin formalaşdırılması prosesində, stansiya və sənaye müəssisələrin dalan yollarında bir vaqonun və ya bir qrup vaqonun yerdəyişməsi və vaqonların yüklənmə-boşaltma əməliyyatlarının yerinə yetirilməsində istifadə olunur. Qatar lokomotivləri təyinatına görə yük, sərnişin və universal lokomotivlərə bölünürlər. Yük lokomotivləri kütləsi 3-5 min ton olan qatarları idarə etmək üçün tələb olunduğundan onların gücü və dartı qüvvəsi böyük olmalıdır. Belə lokomotivlər əsasən iki seksiyalı olurlar. Sərnişin lokomotivləri adi və yüksək hərəkət sürətlərində (160-200 km/saat) sərnişin qatarlarının aparılmasında istifadə olunduğundan, onların gücündən daha səmərəli istifadə etmək üçün bir seksiyalı hazırlanır və təkərlərinin diametri daha böyük olur. Manevr lokomotivləri qatar lokomotivlərə nisbətən kiçik qabaritə və daha az gücə malik olurlar. Manevr lokomotivləri bütün stansiya və dalan yollarında sərbəst hərəkət etməklə bərabər, dəyişən hərəkət rejimlərində səlist hərəkət edirlər və yüksək yerdəyişmə imkanına malikdirlər. Manevr lokomotivlərinin gücü 800-1000 kVt hədlərində dəyişir. Gücü 500 kVt-dan az olan manevr lokomotivləri sənaye müəssisələrində texnoloji məqsədlər üçün istifadə olunan vaqonların yerdəyişməsində istifadə olunurlar. Belə lokomotivlər zavoddaxili və dalan yollarında daşımaları yerinə yetirərək, magistral dəmir yollarında hərəkət etmə imkanlarına malik olmurlar. Bu lokomotivlərə çox zaman sənaye nəqliyyatı lokomotivləri də deyirlər.

Lokomotivlər ilkin enerji mənbəsinə görə istilik və elektrik lokomotivlərinə bölünürlər. Enerjini hasil etmək üçün özünün sərbəst energetik-güc qurğusu olan dartı hərəkət tərkibinə istilik lokomotivləri deyilir. Istilik lokomotivlərinə paravozlar, teplovozlar, teploparavozlar və s. daxildir. Deməli, istilik lokomotivlərinin bütün xüsusiyyətləri avtonom lokomotivlərdə olduğu kimidir. Elektrik lokomotivlərinə isə kontaktlı və akkumlyatorlu elektrovozlar daxildir. Kontaktlı elektrovozun özünün sərbəst enerji mənbəyi olmur. Onlar elektrik enerjisini kontakt şəbəkəsi vasitəsilə stasionar mənbədən (elektrik stansiyası) qəbul edeərək, dartı elektrik mühərrikinin köməyi ilə onu mexaniki enerjiyə çevirir. Akkumulyatorlu elektrovozlarda elektrik enerji mənbəsi kimi batareyalardan istifadə olunur. Deməli, elektrik lokomotivlərinin bütün xüsusiyyətləri qeyri-avtonom lokomotivlərdə olduğu kimidir.


Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin