Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri



Yüklə 80,73 Kb.
səhifə28/55
tarix10.01.2022
ölçüsü80,73 Kb.
#110484
1   ...   24   25   26   27   28   29   30   31   ...   55
Yük vaqonları

Universal yük vaqonları

Yük vaqon parkına geniş nomenklaturalı yükləri daşıyan universal vaqonlar və eyni adlı ümumi xassəli yükləri daşıyan xüsusi vaqonlar daxildir. Universal yük vaqonları xüsusi vaqonlara nisbətən az miqdarda yükləmə-boşaltma əməliyyatlarının tam mexanikləşdirilməsi tərtibatlarına malik olurlar. Bir çox hallarda universal vaqonların yükgötürməsindən və kuzovunun tutumundan tam istifadə etmək olmur. Dəmiryol nəqliyyatının universal yük parkına örtülü, yarımvaqon, platforma (ümumi təyinatlı sisternalar və izotermik vaqonlar) daxildir.



Örtülü vaqonlar ətraf mühitdən qorunan və atmosfer çöküntülərindən mühafizə olunan ədədi, paketləşdirilmiş və səpələnən (taxıl məhsulları, gübrə) daşınmasında istifadə olunur. Vaqon örtülü kuzova malik olub, çərmivə, yan və ön tin divarlardan, krışa, yan qapılardan, yüklərin doldurulması və boşaldılması lüklərindən ibarətdir.

Yarım vaqonlar daş kömür, filiz materialları, meşə materialları və həmçinin atmosfer təsirindən mühafizə olunmayan səpələnən və ədədi yükləri daşımaq üçün istifadə olunurlar. Yarımvaqonun kuzovunda örtük üst hissənin olmaması yükləmə və boşaltma əməliyyatları zamanı mexanikləşdirmə vasitələrindən geniş istifadə etməyə imkan verir.

Platformalar – təkərli və tırtıllı maşınları, qutulara qoyulmuş yükləri, konteynerləri, metal konstruksiyaları, uzun ölçülü (aöac materialları, tikinti materialları) daşımaq üçün istifadə olunur. Dəmiryol nəqliyyatında platforma anlayışı iki mənada işlənir: dəmir yolunun hərəkət vasitəsi vaqon və sərnişinlərin minib döşməsi üçün yer və ya meydança.


Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin