Sərnişin vaqonlarının nömrələri
Sərnişin vaqonlarının inventar nömrəsi səkkiz rəqəmli dövlət qeydiyyat nömrəsi (kod mühafizəsi) ilə işarə olunur. I rəqəm “0” vaqonun növünü (sərnişin) göstərir. II və III rəqəmlər vaqonun qeyd olunduğu dəmir yolunun kodunu (“55” Azərbaycan dəmir yolu) göstərir. IV rəqəm sərnişin vaqonunun tipini göstərir:
0- yumşaq; 1- kupeli; 2 sərt açıq; 3- oturacaqlı kreslolu; 4- poçt; 5- baqaj; 6- restoran; 7- texniki xidmət; 8- nazirliyin xüsusi vaqonu; 9- ehtiyat vaqonu.
V,VI və VII rəqəmlər vaqonun ardıcıl sıra nömrəsini (inventar) göstərir. VIII rəqəm isə nəzarət işarəsi və ya kod müdafiəsinin nömrəsidir və o riyazi olaraq hesablanaraq tapılır. Belə ki, vaqon nömrəsinin tək rəqəmləri 2-yə, cüt rəqəmləri isə 1-ə vurularaq alınan hədlər toplanır. Alınmış cəm onluqlara qədər yuvarlaqlaşdırılır və alınan rəqəm isə 8 -ci yoxlama rəqəmi kimi qəbul edilir. Məsələn 055/2468 nömrəli vaqonun 8-ci rəqəmini müəyyən edək.
0+10+10+2+4+6+8=40. Rəqəmin tam alınması üçün yuvarlaqlaşdırılmalıdır. Bu halda 8-ci müdafiə kodu olan rəqəm 4 olur. 055/24684.
Dostları ilə paylaş: |