Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri



Yüklə 80,73 Kb.
səhifə49/55
tarix10.01.2022
ölçüsü80,73 Kb.
#110484
1   ...   45   46   47   48   49   50   51   52   ...   55
Avtomatik bloklama

Avtomatik bloklamada mənzillər avtomatik işləyən keçid svetaforları olan blok sahələrə bölünürlər. Blok sahələrin uzunluğu qonşu işarəvermələr arasındakı məsafələrlə təyin olunur. Avtomatik bloklama tək xətli və iki xətli yollarda qatarların hərəkətini nizamlayan ən əsas sistemdir. Avtobloklama ilə təchiz olunmuş stansiyalar arası mənzillər 1 km-dən 2,6 km-ə qədər məsafədə blok sahələrə bölünür. Hər blok sahə bir-birindən svetaforlarla hüdudlanır. Svetaforların işarə göstəriciləri qatarların hərəkəti zamanı avtomatik dəyişir. Müstəsna hal kimi giriş və çıxış svetaforları stansiya növbətçisi tərəfindən idarə olunur. Avtobloklama iki, üç və dörd əhəmiyyətli olur. Magistral dəmir yollarında üç və dord əhəmiyyətli avtobloklamadan istifadə olunur.

Üç əhəmiyyətli avtobloklamada hərəkətdə olan qatarlar arasında 3-dən az olmayaraq blok sahə olmalıdır. Svetaforun sarı işığı onu bildirir ki, qarşıda dayanmış qatar qırmızı işıqda dayanıb. Yaşıl blok sahə boşdur və sürəti azaltmadan hərəkət etmək olar. Dörd əhəmiyyətli bloklama sistemi istifadə olunan sahələrdə eyni vaxtda yaşıl və sarı işıq yanır və minimal intervalla təyin olunmuş sürətlə hərəkətə icazə verilir. Avtobloklama sistemi bir-birinin ardınca qatarların hərəkətini 8 dəq. minimal vaxtla təşkil edir, şəhərətrafı yollarda isə 3-4 dəq intervalla hərəkəti tənzimləyir.


Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin