Giriş. Dəmiryol nəqliyyatının rolu və vəzifələri


Hərəkət qrafikinin təsnifatı



Yüklə 80,73 Kb.
səhifə52/55
tarix10.01.2022
ölçüsü80,73 Kb.
#110484
1   ...   47   48   49   50   51   52   53   54   55
Hərəkət qrafikinin təsnifatı

Hərəkət qrafiki müxtəlif əlamətlərə görə aşağıdakı qaydada təsnif olunur.

Qatarların hərəkət sürətindən asılı olaraq, qrafiklər paralel və qeyri-paralel qrafiklərə bölünür. Paralel qrafiklərdə bütün qatarlar eyni sürətə malik olur. Buna görə də qatarların hərəkət xətləri bir-birinə paralel yerləşir. Qeyri-paralel qrafiklərdə müxtəlif sürətlərə malik yük və sərnişin qatarları buraxılır.

Paralel qrafik sahələrin qatarburaxma qabiliyyətindən daha tam istifadə etməyə imkan verir.tək və cüt istiqamətlərdəki hərəkət ölçüsündən asılı olaraq qrafiklər tək və cüt qrafiklərə bölünür. Cüt qrafiklərdə hər iki istiqamətdəki qatarların sayı eyni, tək qrafiklərdə müxtəlif olur. Qatarların eyni istiqamətdə buraxılması qaydasından asılı olaraq , qrafiklər dəstəli, paketli və qismən paketli olur. Dəstəli qrafikdə qatarlar stansiyalar arası mənzilin ayırması ilə hərəkət edirlər. Paketli qrafikdə qatarlar paket şəklində vaxta görə və yaxud blok-sahələrə ayrılan mənzildə hərəkət edirlər. Qismən paketli qrafiklərdə qatarların birhissəsi tək, digər hissəsi isə paketli hərəkət edirlər. Sahədəki baş yolların sayından asılı olaraq, qrafiklər biryollu və ikiyollu olur.




Yüklə 80,73 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin