Qatarların hərəkət qrafikinin tərtib edilməsi
Qatarların hərəkət qrafiki dəmiryol nəqliyyatının istismar işinin qabaqcıl normaları və dispetçerlərin, maşinistlərin, stansiya işçilərinin qabaqcıl iş təcrübəsi əsasında tərtib edilir və dəmiryol nəqliyyatının texniki vasitələrindən daha səmərəli istifadəni nəzərdə tutmalıdır.qrafikin qurulmasının başlıca vəzifələri istismar göstəricilərinin (sahə və marşrut sürətlərinin, lokomotivlərin orta sutkalıq yürüşünün və s.) yüksək qiymətlərinə nail olmaqdan, stansiyaların ritmik işini təmin etməkdən və qatarburaxma qabiliyyətindən maksimum istifadə etməkdən ibarətdir. Hərəkət qrafiki aşağıdakı ilkin verilənlərin əsasında tərtib edilir:
Qrafikdə, ilk növbədə sərnişin qatarları, sonra isə təcili yük və digər qatarlar buraxılır. Yolun və digər qurğuların təmiri üçün qrafikdə ayrılan “texnoloji pəncərə”lərin müddəti hərəkət intensivliyindən asılı olub, yolun əsaslı təmiri zamanı 4-6 saat təşkil edir.
Dostları ilə paylaş: |