Dəmir yolunun əsas elementləri
Dəmir yol nəqliyyatının yol təsərrüfatı elementləri qurğu və tikililər ilə həmçinin təsərrüfat müəssisələri və istehsal bölmələri ilə yol aiddir ki, onun da vəzifəsi dəmir yol nəqliyyatının işini fasiləsiz təmin etməkdir. Yol təsərrüfatı dəmir yol nəqliyyatının əsasını təşkil etməklə daşıma prosesinin yerinə yetirilməsində mühüm rol oynayır. Yol təsərrüfatının xüsusi çəkisi dəmir yol nəqliyyatında olduqca böyükdür: dəmir yoluna sərf olunan qoyuluşun 50 %-dən çoxu və işçilərin ümumi sayının 20 % yol təsərrüfatının payına düşür. Yol alt və üst quruluşlardan ibarət olur. Alt quruluşa torpaq yatağı (tökmə, qazma) və süni qurğular (körpülər, tunellər, borular) aiddir. Üst quruluşa ballast qatı, şpallar, relslər və rels bərkidiciləri, yol dəyişənlər, körpqü və ötürücü tirlər aiddir.
Dəmir yolunun bütün elementləri (torpaq yatağı, üst quruluş və süni qurğular) TİQ-ə əsasən möhkəm, davamlı olmaq, texniki vəziyyətinə görə sərnişin və yük qatarlarının təyin olunmuş sürətlə təhlükəsiz hərəkətini təmin etməlidir. Qeyd olunanları yerinə yetirmək hərəkətin fasiləsiz işini təmin etmək, yolun elementlərinin etibarlılığını sabit saxlamaq üçün ağır tipli bərkidilmiş relslər, yeni konstruksiyalı rels bərkidiciləri, dəmir beton şpal, müasir konstruksiyalı yol dəyişdiriciləri və s. geniş yer verilir.
Yol distansiyaları, yol maşın stansiyaları yol təsərrüfatı müəssisələrin qatarların təhlükəsiz və ciddi cədvəl üzrə hərəkətini təmin etmək üçün digər qurğu və tikililərin təmin etməlidir.
Dostları ilə paylaş: |