Dəmiryol nəqliyyatında qabaritlər
Bütün tikililər və qurğular dəmir yolundan elə məsafədə yerləşdirilməlidir ki, hərəkət vasitələrinin dəmir yolları üzərində maksimal sürətlə təhlükəsiz hərəkəti təmin olunsun. Dəmiryol nəqliyyatında qabaritlər qatarların və manevr tərkiblərinin təhlükəsiz və maneəsiz hərəkətinin təmin olunmasına xidmət edir. Dəmiryol nəqliyyatında 3 növ qabarit müəyyən olunmuşdur:
tikililərin yola yaxınlaşma (C) qabariti;
hərəkət tərkibi (T) qabariti;
yükləmə qabariti.
Tikililərin yola yaxınlaşma qabariti – eninə, yolun oxuna perpendikulyar istiqamətdə yönəlmiş elə qapalı sahəyə deyilir ki, onun daxilinə hərəkət vasitələrindən başqa, tikililərin və qurğuların heç bir hissəsi daxil olmasın. Dəmir yolunun əsas şəbəkəsi üçün C qabaritinin maksimum hündürlüyü 6400 mm, maksimum eni 4900 mm müəyyən olunmuşdur.
Hərəkət tərkibi qabariti – eninə, yolun oxuna perpendikulyar istiqamətdə yönəlmiş elə qapalı sahəyə deyilir ki, onun daxilində düz üfüqi yol üzərində hərəkət vasitəsi istər yüklü, istərsə də boş şəkildə kənara çıxmamaq şərti ilə tam yerləşsin. Dəmir yollarının əsas şəbəkəsi üçün T qabaritinin maksimum hündürlüyü 5300 mm, maksimum eni 3600 mm təşkil edir.
Dostları ilə paylaş: |