22
artıq olmadı. Xarici ticarət dövriyyəsi 2020-ci ilin yanvar-iyul ayları arasında 2019-cu ilin birinci
yarısına nisbətən real olaraq 22,5% (idxal 43,4%, ixrac 7,1% azalıb) azalıb.
Azərbaycan sabit valyuta məzənnəsini saxlayan ölkələrdən biri olduğu üçün gəlirlərin itirilməsi
dövlət büdcəsinə sarsıdıcı zərbə vur. İlin birinci və ikinci rübündə, ölkə 7,3 milyard ABŞ dolları
olaraq hesablanan Azərbaycan Dövlət Neft Fondunun 2,8 milyard ABŞ dolları
məbləğinixərcləmişdir. Eyni zamanda, Azərbaycanın maliyyə sektorunda likvidlik və maliyyə
sabitliyi baxımından çətinliklər yaranmışdır.
Bu il ölkənin məşğulluq idarələri tərəfindən işsiz statusu alanların sayı 365,4 min nəfər olub
(2019-cu illə müqayisədə 5 dəfə çox) və bunun da 37,1%-i qadınlar təşkil edir. Halbuki, bunlar
yalnız reallıqdan fərqli olan rəsmi məlumatlardır. Bürokratik baxımdan işsiz statusunu almaq elə
də çətin proses deyil. Təəssüf doğuran hal odur ki, insanlar (əsasən bölgələrdə) işsiz statusunu
almaq hüquqları barədə məlumatsızdırlar və özünüməşğulluq hüququ barədə kifayət qədər
məlumatlı deyillər.
Dostları ilə paylaş: