27
tam, yeddi bəndin isə qismən yerinə yetirildiyinin qeyd edildiyi iclasda 11 bəndin də icra edildiyi
diqqətə çatdırılmışdır. Ümumilikdə, görülən işlər müsbət qiymətləndirilmişdir.
Son iki il yarım ərzində 300 minə qədər əmək müqaviləsi imzalanmışdır. Bu 300 min əmək
müqaviləsi ümumi fəal əhalinin 21.2 %-ni təşkil edir. Xüsusi olaraq qeyd etmək lazımdır ki,
2020-ci ilin ilk yarısında əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1661692 nəfər təşkil
etmişdir. Həmin bu müddət ərzində qeyri-dövlət sektorunda əmək müqaviləsinin
rəsimləşdirildiyi şəxslərin sayı isə 110 min nəfər olmuşdur.
Bu, pandemiya ilə əlaqədar yaranan çətinliklərə baxmayaraq, qeyri-dövlət sektorunda əmək
müqavilələri və bərpa olunan sosial hüquqlar vasitəsilə nəinki işçiləri saxlamağın, hətta onların
sayının artırılacağının da mümkün olduğunu göstərir.
Altı ay ərzində sahibkarlıq fəaliyyətinə cəlb edilən vətəndaşların sayının 466 min nəfər olduğunu
qeyd etmək lazımdır. Dövlət Sosial Sığorta Fonduna edilən ödənişlərin 37 %-dən çox artması
Tədbirlər Planı çərçivəsində həyata keçirilən işlərin əyani sübutudur. Yalnız 2019-cu ildə özəl
sektorda 99 min əmək müqaviləsi imzalanmışdır.
Qeyd edək ki, qeyri-formal sektorun ləğvi istiqamətində vergi nəzarəti ilə bağlı əməliyyat-axtarış
tədbirləri həyata keçirilir. Təkcə keçən il 7294 qanun pozuntusu faktı aşkar edilmiş və qanuna
uyğun olaraq ilk qanun pozuntularına cavab olaraq yazılı xəbərdarlıqlar edilmişdir. Lakin
dəfələrlə pozuntulara yol vermiş şəxslərə qarşı 268.000 manat məbləğində cərimə tətbiq edilmiş,
27 fakt üzrə cinayət işi başlanmışdır. İl ərzində vergi orqanlarından, habelə sosial sığorta
haqlarından əldə edilən gəlir 26 faiz artaraq 2 milyard 931 milyon manat təşkil etmişdir.
Dövlət Statistika Komitəsi, beynəlxalq mütəxəssislərin iştirakı ilə İqtisadiyyat, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdıraraq hazırlanmış metodologiya əsasən qeyri-
formal məşğulluğun səviyyəsini qiymətləndirmək üçün araşdırma aparır.
Dostları ilə paylaş: