GiRİŞ. I nitq mədəniyyətinin tədqiqi, inkişafı və təbliği. Mədəni nitqə verilən başlıca tələblər. Nitqin aydınlığı


VIII Ədəbi dil və onun normaları. Leksik norma



Yüklə 84,33 Kb.
səhifə10/20
tarix01.01.2022
ölçüsü84,33 Kb.
#104057
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   20
VIII Ədəbi dil və onun normaları. Leksik norma

Dildə (eləcə də nitqdə) norma tənzimləyici, nizamlayıcı funksiyanı yerinə yetirir. Ədəbi dilin normaları mütləq deyil, müəyyən tarixi şəraitdən asılı olaraq bu və ya digər dərəcədə dəyişikliyə uğrayır. Bu hal dilin orfoepik və leksik normalarında daha çox özünü göstərir. Orfoqrafiya qaydalarında dəfələrlə edilən dəyişikliklər, onlarla sözün yeni qaydalara uyğun yazılması, eləcə də dilin lüğət tərkibində bir sıra sözlərin ünsiyyətdən çıxması, yeni sözlərin dilə gəlməsi halları bu dəyişikliyə sübutdur.

Ədəbi dilin normaları kütləvi xarakterdədir. Yəni hamı tərəfindən anlaşılan, hamının dil ünsiyyəti üçün yararlıdır. “Ədəbi dilin normalaşdırılması o demədir ki, onun lüğət tərkibi ümumxalq dilinin zəngin söz xəzinəsindən seçilir,.... tələffüz tərzi və yazılış qaydası müəyyən prinsiplərə tabe edilir....” (M.İ.Adilov və b.)

Ədəbi dilin normaları onun bütün səviyyəsini əhatə edir: foneyik normalar, leksik normalar, qrammatik normalar, orfoqrafik normalar, orfoepik normalar, üslub normaları. Bu normalardan, xüsusilə dilin leksik vahidlərindən yerində, məqamında məqsədəuyğun istifadə edildikdə mədəni nitqə nail olmaq mümkündür.

“Danışan və yazan şəxs öz fikirlərinin ifadəsində dil vasitələrindən məqsədəuyğun istifadə edirsə, onun nitqi aydın, dəqiq, məntiqi, zəngin olacaqdır. Nitq fəaliyyətində dil normalarının və məqsədəuyğunluq normasının ittifaqı nitqdə aşağıdakı üslubi keyfiyyətləri yaradır: düzgünlük, dəqiqlik, aydınlıq, məntiqilik, ifadəlilik, ahəngdarlıq.” (48.167)

Leksik normalar sölərin incəlik, zəriflik cəhətdən daha geniş işlənməsi, mənasının asan dərk olunması və s. baxımından uyğunluğunun müəyyənləşdirilməsi və ədəbi dilə gətirilməsinə xidmət edir. Bu normalara görə sözlərin ədəbi dildə işlənməsi aşağıdakı hallarda məqbul sayılmır:


  1. sözlərin yerli şivə və dialektlərdə işlənən və az anlaşılan variantları. Məs: cəviz(qoz), qəlbi (hündür), sərək( ağılsız) və s.

  2. köhnəlmiş, ünsiyyətdə az işlənən sözlər. Bura tarixizmlər və arxaizmlər daxildir. Məs: çuxa, xış, badya, suc, kəndxuda və s. Loru sözlər və ifadələr. Məs: zırğı, qağa, lələş və s.

  3. Söyüş xarakterli sözlər və ifadələrin lüğətə daxil edilməsi dilimizin müasir leksikası normaları baxımından məqbul sayılmır.



Yüklə 84,33 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin