Giriş: Nümunəvi Hadisə və ya Asiya Böhranının (1997) düşündürdükləri
1997-ci ilin yayında Şərqi Asiyada iqtisadi böhran çıxdı. Tailandda başlayan böhran sonra İndoneziya, Malaziya, Filippinlər və Cənubi Koreyaya yayıldı. Valyutalar dəyərdən düşdü, kapital bazarları iflas etdi və kreditlər kəsildi. Müxtəlif ölkələr fövqəladə borclar üçün Beynəlxalq Valyuta Fonduna (BVF) müraciət etdi və 1997-ci ilin sonlarına qədər BVF bu ölkələrə yardımın şərtlərini gözdən keçirməyə başladı. Təcili müdaxilə edilməli problem olmasına baxmayaraq, bu qlobal xarakter aldı. Belə ki, Yaponiya və Avropa bankları regiona verilən böyük həcmli ümidsiz borclarla (bad loans) qarşı-qarşıya qaldı. Şimalı və Cənubi Amerika kapital bazarları təlaşlı investorların təzyiqini hiss etdi və Amerikan firmaları depresiyaya uğramış Asiya valyutaları ilə həyata keçirilən ucuz idxal dalğasının zərərlərinə hazırlaşırdı.Göründüyü kimi artıq hər hansı bir bölgədə ortaya çıxan böhran bütün dünyanın iqtisadi stabilliyini poza bilir və bu tendensiya son bir neçə on ildə ortaya çıxmışdır.
Giriş
Beynəlxalq iqtisadın tədrisi indiki kimi heç vaxt əhəmiyyətli olmamışdır.
XXI əsrin əvvəllərində millətlər əmtəə və xidmətlər ticarəti, valyuta axınları və investisiyalar yolu ilə bir-birilərilə əvvəlki dövrlərlə müqayisədə daha geniş münasibətlər sistemi qurmuşdur.
II Dünya müharibəsindən bu günə, başqa sözlə son 60 ildə dünya məhsul istehsalı və ya dünya gəliri 6 dəfə artdığı halda, dünya ticarəti 12 dəfə artmışdır.
Şəkil 1.1 göstərir ki, ABŞ üçün beynəlxalq ticarətin əhəmiyyəti bütövlükdə ABŞ iqtisadiyyatı ilə müqayisə etdikdə təxminən 3 dəfədən çox artmışdır.
Giriş: Dünya iqtisadiyyatında əsas müasir tendensiyalar
Qloballaşma;
Ölkələrarası qarşılıqlı iqtisadi asılılığın (interdependency) dərinləşməsi;
Xarici iqtisadi münasibətlərdəki proseslərin demək olar ki, bütün ölkələrdə çox yaxından və həssaslıqla müşahidə edilməsi;
Transmilli Korporasiyaların (TMK) dünya iqtisadiyyatında sürətlə yayılmaları;
Regional iqtisadi inteqrasiyaların getdikcə geniş yayılması;
Beynəlxalq qurumların rolunun artması.
Beynəlxalq İqtisadın (International Economics) predmeti nədir?
Beynəlxalq İqtisad müstəqil dövlətlər arasında mövcud olan qarşılıqlı iqtisadi münasibətləri öyrənir və öyrədir.
Hazırda Beynəlxalq İqtisadın tədrisilə bağlı təkrar düşünməmizə sövq edən müxtəlif hadisələr və nəşrlər mövcuddur.
Beynəlxalq İqtisad və Beynəlxalq İqtisadi Münasibətlər
Beynəlxalq iqtisadi münasibətlərin formaları:
Malların və xidmətlərin beynəlxalq ticarəti
Kapitalın beynəlxalq hərəkəti
Texnologiyanın beynəlxalq transferti
İş qüvvəsinin beynəlxalq miqrasiyası
Beynəlxalq İqtisadi Münasibətlər (International Economic Relations) = Beynəlxalq ticarət + İş qüvvəsinin beynəlxalq miqrasiyası + Kapitalın beynəlxalq hərəkəti + Texnologiyanın beynəlxalq transferti
Beynəlxalq İqtisad, iqtisad elminin Beynəlxalq İqtisadi Münasibətləri öyrənən bir sahəsidir.
Beynəlxalq İqtisadın Strukturu
Beynəlxalq İqtisad və Ümumi İqtisad
Beynəlxalq İqtisad Ümumi İqtisadın mikro və makro iqtisadi təhlil metodlarından istifadə edir. Ancaq onları fərqli bir çərçivəyə, yəni ən azı iki ölkədən ibarət bir modelə tətbiq edir.
Ümumi İqtisad yalnız bir qapalı iqtisadiyyatın problemləri ilə məşğul olduğu halda, beynəlxalq iqtisad iki və daha çox açıq iqtisadiyyatın problemlərini öyrənir.
Qısacası, Beynəlxalq İqtisad Ümumi İqtisadın öyrəndiyi məsələləri beynəlxalq müstəvidə araşdırır.
Beynəlxalq İqtisadın 12 problemi
James Gerber, International Economics, 2005:
Xarici ticarətin faydaları (Gains from trade)
Əmək haqqları, İş yerləri və Proteksionizm (Wages, Jobs and Protection)
Xarici ticarət kəsirləri (Trade deficits)
Regional ticarət sazişləri (Regional trade agreements)
Xarici ticarət konfiliktlərinin həlli (The Resolution of Trade Confilicts)
Beynəlxalq qurumların rolu (The Role of International Institutions)
Valyuta kursları və makroiqtisadiyyat (Currency rate and macroeconomy)
Maliyyə böhranları və qlobal infeksiya (Financial crises and global contagion)
Kapital axınları və inkişaf etməkdə olan ölkələrin borcları (Capital flows and the debt of developing countries)
Böhranlar və Latın Amerikasında reformlar (Crisis and reform in Latin America)
Şərqi Asiyada ixraca əsaslanan iqtisadi artım (Export-led growth in East Asia)
Post-sovet ölkələrinin Dünya İqtisadiyyatına inteqrasiyası (The integration of Ex-Socialist Countries into World Economy)
Beynəlxalq Ticarət və Monetar Münasibətlər Arasındakı Əsas Fərq
Beynəlxalq Ticarət və Monetar Münasibətlər Arasındakı Əsas Fərq
Beynəlxalq monetar təhlil beynəlxalq iqtisadiyyatın monetar tərəfi üzərində dayanır.
ABŞ dollarının beynəlxalq satınalma gücü kimi maliyə əməliyatları.
Məsələn: ABŞ dollarının beynəlxalq mübadilə dəyərinin onun sərbəst hərəkətinə və ya hökümət fəaliyyətilə stabilləşdirilməsinə imkan verib-verməməsilə bağlı müzakirə.
Beynəlxalq Ticarət ve Monetar Siyasətlər Arasında Koordinasiya Problemi
Beynəlxalq siyasətin koordinasiyası
Beynəlxalq İqtisadın əsas problemi, ölkələrə nə etməli olduqlarını söyləyəcək dünya hökumətinin (world government) olmadığı indiki şəraitdə, müxtəlif ölkələrin ticarət və monetar siyasətləri arasında məqbul səviyyədə harmoniyanın necə təmin ediləcəyidir.
Beynəlxalq Kapital Bazarı (The International Capital Market)
Beynəlxalq kapital bazarlarında risklər mövcuddur:
Pulun dəyərdən düşməsi
Milli Öhdəliklərin Yerinə Yetirilməməsi Vəziyyəti (National default)
I Bölmənin əsas anlayışları
Beynəlxalq iqtisad (international economics)
Beynəlxalq iqtisadi münasibətlər (international economic relations)
Qloballaşma (globalization)
İnteqrasiya (integration)
Açıqlıq indeksi (index of openness)
Mənbələr
P. Krugman and M. Obstfeld, International Economics: Theory and Policy, Seventh Edition Pearson – Addison Weasley.
James Gerber, International Economics, Third Edition, Pearson Education , 2005.
Raymond Miller, International Political Economy: Contrasting World Views, Routledge, 2008
H. Seyidoğlu, Uluslararası İktisat: Teori, Politika ve Uygulama, XV. Baskı, İstanbul, 2003.
R. Karluk, Uluslararası Ekonomi: Teori ve Politika, VI. Baskı, İstanbul, 2002.