Global Fond
Açıq Cəmiyyət İnstitutu
Qrantın alınması üçün müraciət forması
Əlaqə məlumatı və layihə haqqında qısa məlumat
Layihənin adı
|
Zərərin Azaldılması Şəbəkəsinin institusional inkişafına yardım
|
Təşkilatın adı, yaranma ili
|
Sağlam Həyat Tərzinin Təbliği (Zərərin Azaldılması Şəbəkəsi), 2008
|
Təşkilatın poçt ünvanı
|
Akademik Həsən Əliyev küç. 94a, Bakı, Azərbaycan
|
Təşkilatın hüquqi ünvanı
|
Məmmədyarov küç. 18, İçəri Şəhər, Bakı AZ1010, Azərbaycan
|
Telefon
|
+99412 465 41 84
|
Faks
|
+99412 465 41 84
|
Elektron ünvan
|
office@hrn-az.org
|
Əsas
|
tarixli Şəbəkənin İdarə Heyətinin iclasının qərarı
|
Layihənin həyata keçirilməsinə məsul şəxs
|
Nəsibov Rüfət İcraçı katib
|
Adı soyadı təşkilatda vəzifəsi
+99450 3276103 rufat@hrn-az.org
|
Telefon e-mail
|
Qrant müqavilasini imzalamaq hüququna malik təşkilat təmsilçisi
|
Mehriban Zeynalova İdarə Heyəti sədri
|
Adı soyadı təşkilatda vəzifəsi
+99412 4971058 tamizdunyasu@gmail.com
|
Telefon e-mail
|
Ümumi məlumat
Müraciətdə göstərilən ümumi məbləğ: 38 467,87 AZN
Layihənon başlama və yekunlaşma tarixi: 01/04/2012 - 31/12/2012
Layihənin təqdim etmə tarixi: 09/03/2012
Layihə 9 ay müddətinə yəni ilin sonuna qədər olan yəni GF layihəsinin 2-ci fazasina qədər olan dövrü əhatə edəcəkdir.
-
Təşkilat haqqında ümumi məlumat
Təşkilatın missiyası
Zərərin azaldılması strategiyasının tətbiqi, üzv təşkilatlarının səylarinin birləşməsi və əlaqələndirməsi yolu ilə ölkədə HİV/AİDS-ın yayılmasının qarşısının alınması məqsadilə.
Təşkilatın strukturu
ZAŞ-ın yaranması zərərin azaldılması ilə məşğul olan QHT-lərin Forumunda qərara alınmışdır. 30-dan artıq təşkilatın iştirakı ilə keçirilən Forum 2008-ci ilin mart ayında ACİ dəstəyi ilə həyata keçirilmişdir.
Nizamnaməyə əsasən Ali İdarəedici orqan üzvərin Ümumi Yığıncağıdır. Hər bir tam hüquqlu üzv 1 səsə malikdir.
Ümumi yığıncağın səlahəyyitlərinə aşağıdakilar malikdir:
-
Şəbəkənin nizamnaməsini təsdiq etmək, ona əlavə və dəyişikliklər etmək
-
Şəbəkənin fəaliyyətinin strateqiyasını müəyyənləşdirmək
-
Şəbəkənin İdarə Heyətini seçmək və ona rəy vermək
-
Şəbəkənin Nəzarət təftiş komissiyasını seçmək və ona rəy vermək
-
İdarə Heyətinin hesabatlarına baxmaq və ona rəy vermək.
Şəbəkənin icraedici orqanı - 7 nəfərdən ibarət İdarə Heyətidir. İdarə Heyəti üzvləri Ümumi Yığıncaq tərəfindən 2 il müddətinə seçilir. İdarə Heyəti təşkilatın cari məsələlərin həlli ilə məşğul olur. İH işinə İH sədri cavabdehdir.
Şəbəkənin 02 Oktyabr 2010-cu ildə kecirilmiş Ümumi Yığıncağında Şəbəkənin 2010-2012-ci illər üçün IH, nəzarət təftiş komissiyası üzvləri və 7 regional nümayəndəliklərinin yaradılması qərara alınmışdır.
Seçim zamanı Şəbəkə üzvlərinin idarəetmə organlarında və təşkilatın gündəlik fəaliyyətində aktiv iştirak, təmsilçilik və şəffavlıq prinsipləri əsas götürülmüşdür.
Müvafiq gərarları Ümumi yığıncağın 02.10.2010 tarıxli 2 saylı protokolunda əks olunmuşdur.
İH üzvləri:
Mehriban Zeynalova – Təmiz Dünya Təşkilatı – Bakı (İH sədri)
Elmira Ələkbərova – El mərkəzi (Bakı) (vəfat etdi, yeni üzv seçiləcək)
Nofəl Şərifov – AİDS-lə mübarizə mərkəzi (Bakı)
Ceyhun Eminbəyli – Sağlam Həyat və inkişaf (Gəncə)
Zülfiyyə Mustafayeva – Hüquqi yardım və demokratiya (Bakı)
Vüqar Əliyev – Lənkəran şəhəri narkoloji dispanseri (Lənkəran)
Məhəmməd Rzayev – Sağlam Gələcək uğrunda İctimai Birliyi (Naxçıvan)
29 sentyabr 2011 tarixli İH-nin iclasında təsdiq edilmiş 2011-2013 cü illər üçün Strateji planın əsas istiqamətləri:
1. İnkişaf və idarəetmə
2. Qanunvericilik və həssas qrupların hüquqları barəsində siyasətin yaxşılaşmasının müdafiəsi
3. Məqsədli qruplar üçün zərərin azaldılması üzrə xidmətlərin inkişafı
-
Layihə haqqında
Mövcud problemlər.
1992-ci ildə aşkar edilərək hal hazırda Azərbaycanda yayılmaqda davam edən İİV epidemiyasının əsas yoluxma hallarının 62,9%-i inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir. 01.12.2011 tarixinə olan Respublika AİDS-lə mübarizə mərkəzinin məlumatına əsasən ölkədə 3199 İİV-ə yoluxma halı qeyd olunmuşdur.
Zərəin Azaldılması konsepsiyası Azərbaycanda da 2002-ci ildən şprislərin mübadiləsi layihələrinin icrasından heyata kecirilməyə başlamışdır. Qeyd etmək lazımdır ki, o zaman HİV/AİDS-in profilaktikası məqsədilə tətbiq edilən ZA proqramlarına münasibət çox mənfi idi. Hal-hazırda münasibət pozitivə doğru dəyişib, proqramlar yalnız Bakida yox, diqər regionlarda da həyata keçirilir və proqramların benefisiarlarının sayı artmaqdadır. Bundan əlavə bu proqramların həyata keçirilməsi üçün hüquqi-normativ baza da yaranmışdır - Zərərin Azaldılması proqramları Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 11 may 2010-cu il tarixində qəbul edilmiş “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanunda öz əksini tapmışdır.
Həmçinin ZA proqramları 2012-2017-ci illər üçün hal hazırda tərtib edilən AİDS-lə mübarizə üzrə Milli Strateji Planına da daxil edilmişdir.
Lakin müəyyən uğurların əldə olunmasına baxmayaraq ZA proqramlarının effektiv inkişafı üçün kifayət qədər çox çətinliklər mövcuddur, məsələn cəmiyyətin narkoistifadəçilərə qarşı kəskin mənfi münasibəti, narkoistifadənin ətrafdakı insanlar tərəfindən xəstəlik kimi yox kriminal element kimi qəbul edilməsi, risk qrupları nümayəndələrinin hüquqlarının çox zaman pozulması, ZA proqramlarına dövlətin maliyyə və texniki dəstəyinin olmaması, KİV-lər tərəfindən ZA proqramının çox zaman düzgün olmayan şəkildə təqdim edilməsi və s.
Bu qanuna əsasən ZA proqramlarının ölkədə həyata keçirilməsini və genişlənməsini təmin edə biləcək təcrübəli təşkilatların və insanların iştirakı mütləqdir. Hal-hazida ZA proqramların həyata kecirilməsində iştirak edən ən təcrübəli təşkilatlar ZA Şəbəkəsində cəmləşmişdir. Bunlar ən yüksək risk qruplarını əhatə edir – inyeksion narkoistifadəçilər, seks xidməti göstərən insanlar, küçə uşaqları, HİV-ə yoluxmuş insanlar və s. Qeyd etməliyik ki, 24 üzv təşkilatdan əlavə Şəbəkə ZA layihələri icraçiları olan digər təşkilatlarla da əməkdaşlıq edir, onları tədbirlərə dəvət edərək və e-mail yazışmalar vasitəsilə onları müxtəlif problemlərin müzakirəsinə, çətinliklərin və uğurların bölüşməsinə cəlb edir.
Bu məsələlərdə biz düşünürük ki, ZA sahəsində çalışan təşkilatların səylərinin ZA ideyalarını cəmiyyət, sosial əhatə və qərar qəbul edənşəxslər arasında yayılmasına, yəni advokasiya işlərinə yönəltmək daha məqsədəuyğun olardı. Əlbəttə, bu sahədə müəyyən işlər ayrı-ayrı təşkilatlar tərəfindən aparılmışdir, lakin düşünürük ki, bu işin daha intensiv, geniş və təşkilatlanmış şəkildə aparılması vaxtı gəlib çatmışdır.
Fəaliyyət
Şəbəkə Zərərin Azaldılması sahəsində çalışan yüksək risk qruplarına aid olan inyeksion narkoistifadəçilər, seks biznes işçiləri, HİV-lə yaşayan insanlar, uşaqlar və s. şəbəkəyə daxil olan təşkilatlar ölkənin 14 reqionunda fəaliyyət göstərir.
2010-2011-cu illər ərzində yeni formalaşan Şəbəkənin bir sıra uğurları olmuşdur.
Aşağıdakı cədvəldə Şəbəkənin son 1 il ərzində ğörülmüş işlər və təqdim edilən layihə üzrə tədbirlər haqqında qısa məlumat verilir.
Tədbirlərin adı
|
Hazırki institusional layihə
Aprel 2011-Mart 2012
|
Təklif olunan layihə
Aprel 2012-Dekabr 2012
| -
Şəbəkənin administrativ resurslarının inkişafı
|
Şəbəkə ofisinin təchizatının yaxşılaşdırılması: avadanlıq –noutbuk, fax, printer/skanerin alınması; üzvlər üçün ofisin texniki imkanlarından, konfrans zaldan istifadə.
Müxtəlif mövzularda 3 təlimin keçirilməsi. Təlimlərin təşkili və həyata keçirilməsi, təlimçi və texniki dəstək məqsədilə xarici ekspertin ölkəyə səfəri.
|
Beynəlxalq səfərlər - diqər beynəlxalq şəbəkələrlə təcrübə mübadiləsi. Şəbəkənin GF subresipienti kimi təcrübəyə yeyələnmək üçün Rusiya və ya Ukrayna şəbəkələrinə ezamiyyət.
Layihə icraçıları üçün sub-resipient öhdəlik/vəzifələri, GF-un layihələrinin və vəsaitlərinin idarəedilməsi mövzusunda 30 nəfərlik təlim.
Xarici ekspertin dəvət olunması.
| -
Şəbəkənin işinin informasiya komponenti, Təşkilatı inkişaf.
|
Aylıq informasiya bulletenin tərtibatı və Şəbəkə üzvləri arasında yayılması, web səhifənin yaradılması, tezis və abstraktların yazılması mövzusunda təlimatın hazırlanıb çap edilməsi. Şəbəkə üzvləri (24 təşkilat) üçün və daha geniş tərkibdə maraglı təşkilatlar və insanlar üçün (54 üzv) e-group mövcuddur ki, bunlar mütamadi olarag Şəbəkənin tədbirləri və bashqa xəbərlər haqqında məlumatlanirlar. Yaxın illər üçün təşkilatın inkişafına yönəldilən strateji plan tərtib edilmiş və təsdiq edilmişdir.
|
Aylıq bülletenin tərtibatı və yayılmasının davamı, web səhifənin saxlanması və illik təminatı. E-group məlumatlandırmanın davamı. Müxtəlif mövzuların/tədbirlərin mediada işıqlandırılması.
Strategiya üzrə fəaliyyətlətin həyata keçirilməsi. Şəbəkənin struktur qrupların fəaliyyətinin dəstəklənməsi. Cari təşkilatı fəaliyyət - İH iclasların keçirilməsi, qərarların icrası. Müəyyən mövzularla bağla üzv və qeyri üzv təşkilatlarla görüş və məsləhətləşmələrin keçirilməsi.
| -
GF 9-cu raund, CCM-in fəaliyyəti.
|
Təxniki ekspert dəstəyi,
CCM-ə üzv kimi qəbul edilməsi (noyabr 2011), CCM-in fəaliyyəti haqqında üzvlərin məlumatlandırması. Üzv təşkilatlar üçün hüquqşunas məsləhəti göstərilmişdir, həmçinin uyğun hüquqi sənədlərin baxılması və rəyin verilməsi (məs. İİV haqqında qanun, Sosial xidmət haqqında qanun)
|
CCM-də Şəbəkə üzvlərinin maraqlarının təmsilçiliyin davamı. CCM-in AİDS üzrə işçi qrupunda fəaliyyətin davamı. Layihələrin icrasında üzv təşkilatlara texniki məsləhət və mentorluq fəaliyyətinin davamı
|
|
Regionlarda ZA proqramları ilə məşğul olan təşkilatlarla görüşlər, ehtiyacların öyrənilməsi, ekspert məsləhətlərin verilməsi. HİV probleminin sosial əhatəsində olan insanlarla ZA programları üzrə vəkillik işləri. UNGASS ölkə hesabatının tərtibatında iştirak. GF 11-ci raundu üzrə layihə təklifinin hazırlanmasında iştirak.
|
Qərar qəbul edən şəxslərlə görüşlər. ZA proqramlarına dövlət maliyyə dəstəyinin vəkilliyi. Şəbəkə olaraq müxtəlif uyğun tədbirlərə qatılmaq, lazımi sənədlər/normativ aktlara rəy vermək, məsələlərin müzakirasində iştirak etmək və s.
|
-
2010-2011-ci illərdə Şəbəkənin formalaşmasının ilk illəri idi, buna görə əvvəlki layihələrdəki fəaliyyət daha çox Şəbəkənin struktur inkişafına, təşkilatlanma, üzvlərlə və digər təşkilatlarla sıx və müntəzəm əlaqələrin qurulmasına, həmçinin ZA proqramların təbliği üçün tədbirlərin keçirilməsinə yönəlmişdir. Hal hazırda təqdim edilən layihədə məqsəd şəbəkənin ölkədə İİV/AİDS profilaktikası sahəsində ekspert təşkilat kimi formalaşması üçün imkanların möhkəmləndirilməsidir. Bunun üçün təlim, digər şəbəkələrlə təcrübə mübadiləsi, vəkillik işləri, qanunvericilik və digər məsələlərlə bağlı ekspert rəylərin verilməsi, tərəfdaşlar və partnyorlarla əlaqələndirmə. Buraya həmçinin Şəbəkənin sub-resipient kimi formalaşması, ZA səhəsində çalışan təşkilatlara texniki və malumatı dəstəyin göstərilməsi məsələləri həmçinin vacib istiqamətlərdən olacaqdır.
-
Şəbəkə fəaliyyət göstərdiyi qısa müddət ərzində özü haqda səhiyyə problemləri ilə məşğul olan müəyyən qurumlar və təşkilatlar arasında bildirmişdir. Bunlara bir çox əlaqəli beynəlxalq təşkilatlar (UNICEF, UNAIDS, World Vision, USAID, UNODC) və eyni zamanda dövlət qurumları aid edilə bilər. ÖƏK və onun tərkibində olan İİV komissiyasında təmsil edilərək Şəbəkənin İİV-lə bağlı məsələlərin müzakirəsində iştirak etmək imkanı vardır. Keçən layihə zamanı əvvəlki illərlə müqayisədə Şəbəkə daha yüksək səviyyəli tədbirləri regionlarda keçirmişdir ki, bu tədbirlərin təşkilini və keçirilməsini yerli İH orqanları bilavasitə təmin etmişlər. Geniş ictimayyət üçün kampaniyaların aparılması Şəbəkənin prioritet sahəsi deyil, lakin müəyyən adresli auditoriya üçün mediada və web-səhifə vasitəsilə informasiya məlumatı gedir. İlin sonunda Səs TV ilə memorandum imzalanmış. Şəbəkədaxili sabitlik mövcuddur, qanunverici və icraçı mexanizmlər vardır. Lakin keçmiş layihələr ərzində insan resursları az olduğuna görə bu mexanizmlərin tam effektiv işləmək imkanı az idi. İndiki layihədə həm mövcud olan ştat üçün əmək haqqlarının artırılması həm də əlavə 1 nəfər ofis menecerin layihənin icrasına cəlb edilməsi nəzərdə tutulur.
-
Nəzərdə tutulurdu ki, GF layihəsinin ikinci fazasında Şəbəkə sub-resipient kimi çıxış edəcəkdir. Doğrudur ki, Şəbəkə ilk 2 ildən sonra ACİ YF dan subresipient ffunksiyalarını götürərək QHT lərlə işi öz özərinə götürməli idi. Son 2 ildə maddi və texniki resursların az olması və layihələrin eyni maliyyə səviyyəsində olması ilə əlaqədar (təxminən 60-70 min AZN civarında) Şəbəkə QHT-lərlə iş üzrə subresipient olmaq imkana malik ola bilməmişdir. Bunun üçün nə maliyyə imkanları nə də administrativ resurslar (kadr çatışmazlığl) mövcud deyil. Buna görə də Şəbəkədaxili müzakirələrdə qərara alınmışdır ki, Şəbəkə QHT lər üçün subresipient olmasın, lakin hər bir təşkilat birbaşa əsas resipientdən vəsait almaq imkanına malik olsun. Bundan belə Şənəkə özünə məxsus fəaliyyətlərin görülməsi üçün əsas resipientdən vəsait alacaqdır, yəni sub-resipient rolunda çıxış edəcəkdir.
-
16-17 Mart – Şəbəkənin Qlobal Fondun gələcək illər üzrə layihələrin həyata keçirilməsində iştirak formaları. Strateji maraqlar -Təlim A. Tsexanovic tərəfindən aparılmışdır.
Təlimdə qoyulan məsələlər:
-
GF-un strukturu, iş formaları, ölkələrdə təmsilçilik
-
ÖƏK, LƏB – onların funksiyaları və iş formaları. Sub-resipient anlayışı
-
QHT-lərin GF layihəsində indiki statusu, iş üsulları, yaxın zaman üçün gözlənilən dəyişikliklər.
Bundan əlavə Strateji maraqların bir hissəsi kimi digər məsələlər də Martın 17-i təlim zamanı müzakirə olunmuşdur.
-
LƏB-in tövsiyyə etdiyi GF layihələri çərçivəsində QHT-lərin birləşməsi
-
QHT-lərin layihələri birbaşa əsas resipientdən alınması, yəni Subresipient rolunda çıxış etməsi
-
Şəbəkənin bu fəaliyyətlərdə iştirakı
-
Hədəf qruplarına xidmətlərin daha effektiv və keyfiyyətli aparılması üçün multidissiplinar komanda və etibar həkimlərin şəbəkəsinin yaradılması imkanları. Şəbəkənin bu işdə apara biləcək rolu.
Təlimdə 11 təşkilatdan 14 nəfər iştirak etmişdir. Nəticə olaraq
- Yuxarıda göstərilən mövzularda bilik səviyyəsi artırılmış, və yaxın illər üçün Strateji fəaliyyət imkan və formaları müzakirə edilmişdir.
- Multidissiplinar komandanın yaradılması layihəsi üzərində işin aparılması nəzərdə tutulmuşdur. Təlimçi A. Tsexanoviçin layihənin tərtibatında aktiv iştirakı nəzərdə tutulur.
-
Hər bir marağı olan təşkilat Şəbəkəyə üzv olmaq üçün yazılı üzvlük anketi ilə katibliyə müraciət edə bilər. Mürəciətlər İH tərəfindən baxılır
İH 14.11.2009 tarixli iclasın qərarına əsasən
Üzvlük üçün aşağıdakı kriteriyalar təklif olundu:
-
Şəbəkəyə üzv olmaq istəyən təşkilatlar hər hansı bir formada zərərin azaldılması програмларында, yəni şəbəkənin hədəf qruplarına (venadaxili narkotik istifadəçilərinə, seks biznes işçilərinə və diqər) xidmət göstərən, мцвафиг resurslara malik olan və 2 ildən az olmayan iş stajı, ya da birbaşa işlədiyi ən azı 50 nəfər hədəf qrupuна малик olmalıdır;
-
Təшкилатын цзвлцк мцраcиятляри дахили експертлярин бахышындан кечирилсин, онларын фяалиййяти вя təcrцбяси гиймятляндириляряк, daxili ekspertlərin rəyi ясасында ИЩ тяряфиндян тясдиг едиля биляр.
3. Нювбяти дяфя гябул едилян тяшкилатлара бу щагда rəsmi məlumat verilsin;
-
İnformasiya dəstəyi məqsədilə aylıq informasiya bülletenləri, keçirilən tədbirlər haqqında press relizlər, statistik məlumatlar və s. məlumatlar həm üzv həm də qeyri üzv təşkilatlar arasında yayılmaqdadır. E-mail vasitəsilə yazışmalar baş verir,müxtəlif suallar və məsələlər müzakirə edilir. Əlaqələrin saxlanması, gücləndirilməsi və inkişafı, məlumatların bölüşməsi üçün 2 yahoogrouplar yaradılmışdır: birincisi geniş tərkibli grup olaraq 60 üzv və qeyri üzv təşkilatlar, fəaliyyətdə maraqlı insanları əhatə edir və müxtəlif məsələlərin, problemlərin müzakirəsi, həmçinin fikir mübadiləsini aparmaq məqsədini daşıyır. İkinci group yalnız 24 üzv təşkilatları əhatə edir, prosedur məsələləri, iclasları və s. məlumatları verir və müvafiq məsələlər üzrə fikir mübadiləsi aparır.
Layihə haqqında
Layihənin məqsədi – şəbəkənin İİV/AİDS profilaktikası sahəsində ekspert təşkilat kimi formalaşması üçün imkanların möhkəmləndirilməsi
Metodologiya
-
İnstitusional inkişaf və şəbəkə daxili/xarici əlaqələrin inkişafı
-
Şəbəkənin maddi-texniki imkanların möhkəmlənməsi – təchizat
Şəbəkə ofisinin təchizatının yaxşılaşdırılması: ofis mebelinin bir qisminin təzələnməsi. 3 il fəaliyyət ərzində ofis mebelin bir qisminin yararsız vəziyyətə düşməsi ilə əlaqədar 6 stol və 15 stulun alınması zəruridir.
-
Şəbəkənin potensialının gücləndirilməsi və informasiya-kommunikativ əlaqələrin inkişafı
-
Layihə icraçıları üçün sub-resipient öhdəlik/vəzifələri, GF-un layihələrinin və vəsaitlərinin idarəedilməsi mövzusunda 30 nəfərlik təlim.
QHT-lərlə iş üzrə subresipient olan ACI-nun ofisinin ölkədə bağlanması ilə əlaqədar ZA proqramları icraçıların birbaşa subresipient kimi fəaliyyət göstərəcəyini nəzərə alaraq layihə icraçısı olan Şəbəkəyə üzv və qeyri üzv təşkilatlar üçün təlimin keçirilməsi nəzərdə tutulur. Təlimin məqsədi sub-resipientin öhdəlik/vəzifələrini, GF-un layihələrinin və vəsaitlərinin idarəedilməsi, hesabatlılıq qaydaları ilə bağlı bilik və bacarıqları 30 icraçı təşkilat nüməyəndələrinə çatdırmaqdır. Təlimin Bakıda keçirilməsi nəzərdə tutulur. Maliyyə və proqram hesabatlığı mövzusunda Şəbəkə, LƏB, ACİ İSP nin nümayəndələri çıxış edəcəklər.
-
Diqər beynəlxalq şəbəkələrlə təcrübə mübadiləsi. Şəbəkənin GF subresipienti kimi təcrübəyə yeyələnmək üçün Rusiya və ya Ukrayna şəbəkələrinə ezamiyyət.
Səfərlərin dəqiq zamanı qəbul edən tərəfdaşla müzakirələrdən sonra müəyyənləşdiriləcəkdir.
-
GF 9 layihəsində Şəbəkənin üzv təşkilatlarının iştirakına dəstək
-
Şəbəkə üzvlərinin Qlobal Fonda təqdim edilən qrant layihələrinin həyata keçirilməsinə texniki dəstək
-
QHT Təşkilatların qrantın 2-ci fazasından başlayaraq subresipient kimi iştirak edəcəklərini nəzərə alaraq onlara məlumat, texniki ekspert dəstayi. Müxtəlif məsələlər üzrə əsas resipientlə müzakirələr, məsələlərin Şəbəkə daxilində araşdırılması, rəylər və təkliflərin verilməsi, qərarların qəbul edilməsi.
-
informasiya dəstəyi – aylıq informasiya bülleteni, press relizlər, statistik məlumatlar. Məlumatlar həm periodik informasiya materialları şəklində Şəbəkə üzvləri arasında yayılacaq və həmçinin hər hansı bir məlumata ehtiyac olarsa Şəbəkə layihə icracılarına yardımmçı olacaqdır
-
mentorluq fəaliyyəti – donor tərəfindən aparılan monitorinqin nəticələrinə əsasən icraçı təşkilatlar üçün layihənin effektivliyini artırmaq üçün verilən tövsiyyələrin həyata keçirilməsində yardım məqsədilə Şəbəkə üzvlərindən olan və əvvəlki ildə fəaliyyət göstərən mentorlar həmin təşkilatlara ezam olunacaqlar və praktiki məsləhətlər verəcəklər. 9 ay müddət zamanı 2 mentorun 3 səfəri planlaşdırılır, səfərlər müxtəlif təşkilatlara ediləcək, fəaliyyət ACİ İSP-ı ilə əlaqədə aparılacaq.
-
ZA proqramlarının həyata keçirilməsi ilə bağlı icra modullarının tərtib edilməsi.
Layihə icracıları işinin əsaslı və ümumi qaydalara uyğunlaşması məqsədilə ZA proqramının praktiki icra modullarını tərtib etməyə ehtiyac duyulur. Modullarda bir çox praktiki məsələlər öz əksini tapacaqdır, misal üçün məntəqələr və işçilərin münasib iş rejimi, əhatə dairəsi və sayı, xidmət paketləri və digər məsələlər. Burada bir cox və donor təşkilatının tələblərini əsaslı
-
ÖƏK-də təmsilçilik vasitəsilə Şəbəkə üzvlərinin maraqlarının qorunması
Şəbəkə 2011-ci ilin sentyabr ayında ÖƏK-də təmsil olunmaq üçün sənədləri müvafiq katibliyə təqdim etmişdir və ÖƏKin tam hüquqlu üzvü kimi təsdiq edilmişdir. Şəbəkə nümayəndələri mütamadi keçirilən ÖƏK iclaslarında iştirak edir və orada təmsil etdiyi QHT-lərin maraqlarını qoruyur.
Bundan əlavə ÖƏK nəzdində yaradılan İİV komitəsinin üzvü kimi komitənin hər ay keçirilən iclaslarında iştirak edir, görülən işlər haqqında məlumat verir, digər tərəfdaşlarla əlaqədə olur və bu haqda üzvlərə məlumat verir.
Bu fəaliyyət göstərilən dövr ərzində də həmçinin davam edəcəkdir.
-
IIV qanunvericiliyin vəkilliyi
-
ZA proqramlarına dövlət maliyyə dəstəyinin verilməsinin vəkilliyi
-
Azərbaycanda İİV qanunun qəbulundan sonra ZA proqramlarına dövlət büdcəsindən maliyyənin ayrılması məsələsi ortaya çıxmışdır. Bununla əlaqədar 2010-2011–ci illərdə Şəbəkə və Sağlamlığa Çağırış alyansı ilə birgə aparılan tədqiqat zamanı alınan nəticələrdən istifadə olunaraq qərar qəbul edən şəxslərlə birbaşa və media vasitəsilə müraciət edərək dövlət büdcəsindən ZA proqramlarına müəyyən vəsaitin ayrılmasına nail olmaq istiqamətində fəaliyyət aparılacaqdır.
Əsas tərəfdaş strukturlar – Səhiyyə Nazirliyi, Maliyyə nazirliyi, Narkotiklərlə Mübarizə üzrə Dövlət Komissiyası
-
“Pasiyetin Hüquqları haqda”, “Əhalinin Sağlamlığının Qorunması haqda” qanun layihələrinin işlənilməsində və bu qanun layihələrinə İİV-dən zərərə məruz qalmış əhali qruplarına aid bəndlərin salınması məsələsi layihədə öz əksini tapacaqdır.
- Göstərilən qanunların araşdırılması və hüquqşunas tərəfindən rəyin verilməsi. Həmin rəylərin və QHT-lərin təklifləri əsasında MM-sə müraciət edərək vətəndaş cəmiyyətinin mövqeyinin bildirilməsi. Media həmin vəkillik işlərinə cəlb ediləcəkdir.
1 аy
|
2 аy
|
3 аy
|
4 аy
|
5 аy
|
6 аy
|
7 аy
|
8 аy
|
9 аy
|
İnstitusional inkişaf və şəbəkə daxili/xarici əlaqələrin inkişafı
|
Şəbəkənin maddi-texniki imkanların möhkəmlənməsi – təchizat
|
|
|
|
|
|
|
|
|
Layihə icraçıları üçün sub-resipient öhdəlik/vəzifələri, GF-un layihələrinin və vəsaitlərinin idarəedilməsi mövzusunda 30 nəfərlik təlim.
|
|
|
|
|
|
|
|
Şəbəkənin GF subresipienti kimi təcrübəyə yeyələnmək üçün Rusiya və ya Ukrayna şəbəkələrinə ezamiyyət.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
GF 9 layihəsində Şəbəkənin üzv təşkilatlarının iştirakına dəstək
|
informasiya dəstəyi – aylıq informasiya bülleteni, press relizlər, statistik məlumatlar. Məlumatlar həm periodik informasiya materialları şəklində Şəbəkə üzvləri arasında yayılacaq və həmçinin hər hansı bir məlumata ehtiyac olarsa Şəbəkə layihə icracılarına yardımmçı olacaqdır
|
|
mentorluq fəaliyyəti – donor tərəfindən aparılan monitorinqin nəticələrinə əsasən icraçı təşkilatlar üçün layihənin effektivliyini artırmaq üçün verilən tövsiyyələrin həyata keçirilməsində yardım məqsədilə Şəbəkə üzvlərindən olan və əvvəlki ildə fəaliyyət göstərən mentorlar həmin təşkilatlara ezam olunacaqlar və praktiki məsləhətlər verəcəklər.
|
|
|
|
|
ZA proqramlarının həyata keçirilməsi ilə bağlı icra modullarının tərtib edilməsi.
|
|
|
ÖƏK-də təmsilçilik vasitəsilə Şəbəkə üzvlərinin maraqlarının qorunması. Təşkilatların LƏB ilə birbaşa qrant almaq üçün texniki/məlumati dəstək, iş formaların, sub-resipientlərin sayının əsas resipientlə müzakirəsi
|
|
|
|
|
|
|
|
|
|
IIV qanunvericiliyin vəkilliyi
|
|
ZA proqramlarına dövlət maliyyə dəstəyinin verilməsinin vəkilliyi
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Aralıq hesabat
|
|
|
|
Yekun hesabat
|
Gözlənilən nəticələr
Biz gözləyirik ki, bu layihə ZAŞ-ın müstəqil və güclü bir təşkilat kimi formalaşmasında töhvə verəcəkdir. Layihə təşkilatın prioritet fəaliyyətləri həyata keçirilməsinə şərait yaratmaqla strateji inkişafına imkan yaradacaqdır. GF 9-cu raundun 2-ci fazasında QHT-lərin subresipient kimi çıxış etməsi mümkünlüyünü nəzərə alaraq Şəbəkə özünü subresipient funksiyasını həyata keçirməyə hazır olması üçün tədbirlər görəcəkdir və həmçinin ZA layihələrinin icraçılarına bu bilikləri ötürmək niyyətindədir. Bununla yanaşı üzv təşkilatların GF9 grant raundunda iştirakına və layihələrin icrasına yardım, həmçinin hədəf qrupların hüquqlarının qorunması istiqamətində də nailiyyətlərin əldə olunmasını gözləyirik.
Qiymətləndirmə
Qiymətləndirməyə layihə rəhbərliyindən əlavə Şəbəkənin İdarə Heyati və Nəzarət Təftiş komissiyasının da cəlb edilməsi gözlənilir. Qiymətləndirmənin asanlaşması üçün indikatorlar müəyyən edilir və GF9cu raund layihəsində nəzərdə tutulmuş indikatorlara əsasən hesabatlar hazırlanıb donor təşkilata təqdim ediləcəkdir.
Kəmiyyəti indikatorlar
-
İH görüşlərin sayı
-
Təlim keçmiş təşkilat/insanların sayı
-
Araşdırılan, rəy verilən hüquqi sənədlər, hüquq pozuntuların və onların həll olunmasına yardımların sayı
-
Hazırlanmış modullar
-
Mentor səfərləri
-
Vəkillik mürəciət, tədbir, görüşlərin sayı
Keyfiyyəti indikatorlar
-
Vəkillik tədbirlərin nəticələri (QHT lər tərəfindən təklif olunan dəyişikliklərin dövlət qurumları tərəfindən qəbul edilməsi)
-
Hazırlanmış modulların müvafiq dövlət qurumları tərəfindən tanınması
-
Mentor səfərlərinin nəticələri
Davamlılıq
Düşünürük ki, Şəbəkə bu layihə ərzində subresipient kimi çıxış etmək üçün hazır olacaqdır və GF 9-cu grant raundu 2-ci fazası çərçivəsində fəaliyyətini davam etdirəcəkdir. Eyni zamanda təşkilat diqər təşkilatlarla da əməkdaşlıq etmək və fandrayzinq işini aparmaqdadır.
Layihə personalının iş vəzifələri
-
Layihə əlaqələndiricisi – Mehriban Zeynalova (50%):
-
İşin layihə əlqaələndiricisi ilə birgə planlaşdırılması
-
Layihənin gedişatı və nəticələrini donor və partnyorlarla bölüşməsi
-
Təşkilatın donor qarşısında təmsil edilməsi
-
Layihənin gedişatının daxili monitoringi
-
Keçirilən tədbirlərdə təşkilatın rəhbərliyini təmsil etmək
-
Vəkillik tədbirlərini planlaşdırmaq və təşkil edilməsində əlaqələndiriciyə dəstək
-
Şəbəkənin yerli və beynəlxalq tədbirlərdə təm
-
Proqram meneceri – Rüfət Nəsibov (75%):
-
Fəaliyyətlərin planlaşdırılması
-
Layihənin ümumi idarə edilməsi, vəzifələrin yerinə yetirilməsinə nəzarət
-
Layihə ştatının idarə edilməsi
-
Şənəkənin carı fəaliyyətinin həyata keçirilməsi
-
Şəbəkənin strategiyasına uyğun digər fəaliyyətlərin planlaşdırılması və həyata keçirilməsinin təmin edilməsi
Ofis meneceri Tural Musayev – hazırki ofis menecer (100%)
-
layihə üzrə tədbirlərin təşkilatçılığı
-
layihənin planlaşdırılması və həyata keçirilməsində layihə əlaqələndiricisinə yardım
-
layihə üzrə sənədlərin aparılması
-
hesabatların hazırlanması
Maliyyə meneceri (75%)– maliyyə əməliyyatları, maliyyə hesabatların aparılması
Azər Əliyev – Şəbəkənin hazırki maliyyə meneceri.
PR meneceri (50%) – şəbəkənin media ilə işlərinin əlaqələndirilməsi, Şəbəkənin fəaliyyətinin mediada işıqlandırılması, vəkillik tədbirlətində iştirak, periodik e-mail göndərişlər, press relizlər, veb səhifə üçün materialların toplanması.
Zülfiyyə Mustafayeva
Hüquqşunas (30%) – hüquqi sənədlərin baxılması, rəylərin və töhvələrin verilməsi, vəkillik tədbirlərində iştirak.
Dostları ilə paylaş: |