Gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında MÜqaviLƏ №



Yüklə 54,9 Kb.
tarix21.06.2018
ölçüsü54,9 Kb.
#54366

Gömrük təmsilçilik xidmətlərinin göstərilməsi haqqında

MÜQAVİLƏ № __/___

Bakı şəhəri: «___»________ 2018-ci il

Bakı şəhəri Binəqədi ray. 7-ci MKR. ev 3, mən.121 ünvanında qeydiyyatdan keçmiş və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən direktor Əliyev Rəşad Məmməd oğlu şəxsində təmsil olunan, sonradan “Təmsilçi” adlandırılacaq “My Broker” MMC (VÖEN: 1004222961) birtərəfdən, ________________________________________________________________________ ünvanında qeydiyyatdan keçmiş öz Nizamnaməsi əsasında fəaliyyət göstərən rəhbər _____________şəxsində təmsil olunan sonradan “Sifarişçi” adlandırılacaq


________________________ digər tərəfdən aşağıdakılar barədə hazırkı müqaviləni (“Müqavilə”) bağladılar.

Bundan sonra Təmsilçi və Sifarişçi ayrı-ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırılacaqdır.



1. Müqavilənin predmeti

1.1. Təmsilçi öz nizamnaməsinə uyğun olaraq, Sifarişçinin tapşırığı ilə onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində olan məlumatlar əsasında broker xidmətlərini göstərir.

1.2.Sifarişci Təmsilçi tərəfindən göstərilən xidmətlərin haqqını bu Müqaviləyə əlavə edilmiş 1 №-li protokolda (“Protokol №1”) göstərilən məbləği razılaşdırılmış müddətdə (gecikdirilmədən) köçürmə yolu ilə ödəməlidir.

1.3. Göstərilən xidmətlərin adları, miqdarı və qiyməti hazırkı Müqavilənin tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması Protokol №1-də öz əksini tapır (əlavə olunur).



2. Tərəflərin öhdəlikləri

2.1 Təmsilçinin öhdəlikləri:

2.1.1 Elektron Yük Gömrük Bəyannaməsinin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis tərəfindən doldurulması və Sifarişçinin istəyinə uyğun olaraq Müqavilənin tərkib hissəsi sayılan Protokol №1-də qeyd olunan digər xidmət növlərini göstərmək;

2.1.2 Sifarişçini gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti mexanizmi barədə məlumatlandırmaq və gömrük prosedurundan keçmək üçün lazım olan sənədlər siyahısı barədə Sifarişçiyə məlumat vermək;

2.1.3 Sifarişçinin sənədlərini təhlil etmək və qəbul aktı üzrə icra olunmağa qəbul etmək;

2.1.4 Sifarişçiyə gömrük qanunvericiliyinin tələbləri barədə məlumat vermək və məsləhət xarakterli xidmətlər göstərmək;

2.1.5 Sifarişçini onun kommersiya maraqları çərçivəsində gömrük qanunvericiliyində baş vermiş son dəyişikliklər haqqında məlumatlandırmaq;

2.16 Mallların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanları üçün tələb olunan sənədlərin tərtib olunmasında köməklik göstərmək;

2.1.7 Mallara və nəqliyyat vasitələrinə aid olan sənədləri gömrük rəsmiləşdirilməsi məqsədilə gömrük orqanlarına təqdim etmək üçün sənədləri tam şəkildə komplekləşdirmək;

2.1.8 Sifarişçi tərəfindən təqdim edilən məlumatlarda və sənədlərdə olan kommersiya sirrinin konfidensiallığını qorumaq.



2.2 Sifarişçinin öhdəlikləri:

2.2.1 Təmsilçinin göstərdiyi bütün xidmətlərin haqqını bu Müqavilə ilə müəyyən edilmiş müddətdə bank köçürməsi yolu ilə ödəmək;

2.2.2 Bəyan edilən mallar və nəqliyyat vasitələri barədə dəqiq məlumatları, sənədləri, malı müşayiət edən və digər sənədləri (qaimə, xarici ticarət müqaviləsi, spesifikasiyalar, hesab-faktura və s.), həmçinin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda icazələr, lisenziyalar, sertifikatlar və gömrük məqsədləri üçün lazım olan digər sənədləri Təmsilçiyə təqdim etmək;

2.2.3 Sifarişçinin mallarının və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə və ödənişlərin həyata keçirilməsinə hüquq verən etibarnaməni Təmsilçiyə vaxtında və lazımi qaydada təqdim etmək;

2.2.4 Bəyan edilən mallara və nəqliyyat vasitələrinə münasibətdə Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, həmçinin digər qanunvericilik aktlarında nəzərdə tutulan gömrük ödənişlərinin və digər ödənişlərin ödənilməsini təmin etmək;

2.2.5 Bu Müqavilənin 2.2.4-cü bəndində qeyd olunan ödənişlərin ödənilməsini təsdiq edən sənədləri Təmsilçiyə təqdim etmək;

2.2.5 Öz niyyətindən (malları və nəqliyyat vasitələrini keçirən şəxsin niyyətlərindən) çıxış edərək mallara və nəqliyyat vasitələrinə münasibətdə onların Azərbaycan Respublikasının gömrük ərazisində və ya bu ərazidən aparılması zamanı onun hüdudlarından kənarda istifadə olunmasına dair gömrük rejimini qeyd etmək;

2.2.6 Mallara və nəqliyyat vasitələrinə tətbiq edilən qeyri-tarif tənzimlənməsi barədə tələblərə riayət etmək;

2.2.7 Lazım gələrsə (Təmsilçinin tələbi əsasında), malların mənşə ölkəsinin və onların gömrük dəyərinin müəyyən edilməsi üçün bütün lazımi tədbirləri həyata keçirmək;

2.2.8 Təmsilçini onun tələb etdiyi məlumat və/ və ya sənədlərlə tam şəkildə təmin etmək, həmçinin əvvəllər təqdim edilmiş məlumat və sənədlərdə dəyişikliklər olarsa, yaxud yeni (əlavə) məlumat və/və ya sənədlər aşkara çıxarsa, Təmsilçini bu barədə dərhal məlumatlandırmaq.


3. Hesablaşma qaydası

3.1 Təmsilçi Sifarişçiyə Müqaviləyə əlavə Protokol №1-də göstərdiyi xidmət növünə əsasən hesab faktura təqdim edir. Ödəniş növü bank köçürmə əməliyyatı zamanı hesab fakturada göstərilən məbləğ 3 (üç) iş günü ərzində köçürmə yolu ilə Təmsilçinin hesabına ödənilməlidir.

3.2 Təmsilçinin göstərəcəyi əlavə xidmətlər Sifarişçi tərəfindən əlavə tarif üzrə ödəniləcəkdir.

3.3 Təmsilçi kontragent tariflər dəyişdirildiyi halda Müqaviləyə edilmiş əlavədə göstərilən qiymətləri ikitərəfli razılıq əsasında dəyişdirmək hüququnu özündə saxlayır.

3.4 Göstərilən xidmət və onların haqqı Müqaviləyə əlavə Protokol №1-də öz əksini tapır (əlavə olunur).
4.Tərəflərin məsuliyyəti

4.1. Təmsilçinin məsuliyyəti:

4.1.1 Təmsilçi gömrük sənədlərinin vaxtında və düzgün doldurulmamasına görə məsuliyyət daşıyır.

4.1.2 Tərəflər arasında bağlanmış müqaviləyə əlavə Protokol №2-yə əsasən Sifarişçidən tələb olunan zəruri sənədlər toplusu Təmsilçiyə vaxtında tam təqdim edildiyindan etibarən Sifarişçiyə məxsus yükün 12 iş saatı (istirahət və bayram günləri daxil deyil) ərzində bütün müvafiq gömrük əməliyyatlarından keçirilməsi və Sifarişçinin ünvanına çatdırılmasına görə Təmsilçi məsuliyyət daşıyır.

4.1.3 Yükün Təmsilçi tərəfindən Sifarişçinin ünvanına çatdırılması zamanı yükün sığortalanmaması halında yükün zədələnməsi, xarab olması, itkisi və məhvinə görə Təmsilçi məsuliyyət daşımır.

4.1.4 Təmsilçi tərəfindən Sifarişçiyə bu Müqavilə üzrə hər hansı xidmətin göstərilməsi zamanı vurulmuş zərərin məbləği Sifarişçi tərəfindən sifariş verilmiş müvafiq xidmətin göstərilməsi ilə əlaqədar ödənilmiş və ya ödəniləcək məbləğ ilə məhdudlaşdırılır.

4.1.5 Təmsilçi Sifarişçinin Azərbaycan Respublikası qanunvericiliyinə əməl etməməsi nəticəsində yaranmış itki və ya zərərə görə məsuliyyət daşımır.

4.1.6 Sifarişçinin, onun rəhbər işçilərinin və ya digər aidiyyəti olan şəxslərin səhlənkarlığı və ya etinasızlığı, saxtakarlığı, səhv təqdimatı, yaxud qəsdən və ya ehtiyatsızlıqdan öhdəliklərini yerinə yetirməməsi nəticəsində Sifarişçiyə dəymiş zərərə görə Təmsilçi məsuliyyət daşımır. Təmsilçi eyni zamanda onun işçiləri olmayan şəxslərin səhlənkarlıqları, səhvləri və ya hər hansı hərəkətləri nəticəsində törətdikləri hərəkətlərdən irəli gələn zərər üçün məsuliyyət daşımır.

4.1.7 Təmsilçi digər dövlət orqanları da daxil olmaqla, gömrük orqanının və ya onun vəzifəli şəxslərinin hüquqazidd hərəkət və ya hərəkətsizliyi nəticəsində Sifarişçiyə vurulmuş zərərə görə məsuliyyət daşımır.

4.1.8 Sifarişçi tərəfindən Təmsilçiyə təqdim olunan müşayiət sənədləri (hesab faktura) ilə mala faktiki baxış zamanı hər hansı bir uyğunsuzluq olduqda və ya Azərbaycan Respublikası ərazisinə idxal və ixracına qadağa qoyulmuş mallar aşkar olunarsa, buna görə Təmsilçi məsuliyyət daşımır.

4.2. Sifarişçinin məsuliyyəti:

4.2.1 Aşağıdakı hallar baş verdiyi zaman Sifarişçi hazırkı Müqavilə üzrə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır:

(i) malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün lazım olan məlumatların vaxtında verilməməsi və ya Təmsilçiyə yanlış məlumatların verilməsi;

(ii) gətirilməsi və aparılması Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmuş malların Sifarişçi tərəfindən göndərilməsi və ya alınması;

(iii) Təmsilçinin xidmətlərinin haqqının razılaşdırılmış müddətdə ödənilməməsi və ya ödənilməsindən imtina olunması;

(iv) bu Müqavilə və ya Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi.

4.2.2 Elektron Gömrük Bəyannaməsini doldurulması üçün gömrük rəsmiləşdirilməsi zamanı zəruri hesab olunan Sifarişçi tərəfindən Təmsilçiyə təqdim olunmalı olan sənədlərin sihahısı (təsnifatı) Müqavilənin tərkib hissəsi sayılan Protokol №2-də öz əksini tapır (əlavə olunur).

4.2.3 Gömrük rüsumunun ödənişi Sifarişçı tərəfindən Təmsilçinin hesabına köçürmə yolu ilə ödənildikdə yükün çıxarılması və çatdırılmasını 1 (bir) gün gecikdirmə ilə qəbul edir.


5. Fors-major

5.1 Qarşısıalınmaz qüvvə halları Tərəflərin əvvəlcədən görə bilmədikləri və ya görülə biləcək tədbirlərlə təsir etməyə qadir olmadıqları elə hadisələrdir ki, Tərəflər onların meydana gəlməsinə görə məsuliyyət daşımırlar. Məsələn, zəlzələ, daşqın, yanğın, habelə tətil, dövlət orqanlarının qərarları, bu Müqavilənin yerinə yetirilməsinə mane olan hər hansı bir xarakterli hərbi əməliyyatlar, üsyanlar, təxribatlar, terror aktları.

5.2 Qarşısıalınmaz qüvvə hallarına istinad edən Tərəf bu halların baş verdiyi haqqında digər Tərəfə dərhal yazılı məlumat verməlidir. Əgər qarşısıalınmaz qüvvə halları tez başa çatmazsa, Tərəflər 10 (on) günlük öhdəliklərini müvəqqəti olaraq yerinə yetirmirlər. Əgər bu hal 10 (on) gündən artıq davam edərsə, hər bir Tərəf digər Tərəfə yazılı müraciət etməklə birtərəfli qaydada müqaviləni ləğv etmək hüququna malikdir.

6. Mübahisələrin həll edilməsi

6.1 Tərəflər hazırkı müqavilə üzrə mübahisələrin həll edilməsi ilə bağlı bütün lazımı tədbirləri danışıqlar yolu ilə həyata keçirirlər.

6.2 Əgər Tərəflər öz aralarında danışıqlar yolu ilə razılığa gəlməzlərsə, mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəmələrində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir.

7. Müqavilənin fəaliyyət müddəti

7.1 Hazırkı Müqavilə Tərəflərin onu imzaladığı andan qüvvəyə minir və “___” ______ 2019-cu il tarixinədək qüvvədə olacaqdır. Hazırkı Müqaviləyə xitam verilməsi barədə yazılı bildiriş Müqavilənin qüvvəsinin bitməsi tarixinə 2 (iki) ay qalanadək göndərilməlidir.

7.2 Müqavilənin müddətinin bitməsinə 2 (iki) ay qalanadək Tərəflərdən biri digər Tərəfə Müqavilənin xitamına dair yazılı bildiriş təqdim etməzsə, bu Müqavilə eyni şərtlərlə növbəti bir il müddətinə uzadılmış hesab olunur.

7.3. Müqaviləyə Tərəflərdən hər hansı birinin təşəbbüsü ilə vaxtından əvvəl xitam verilə bilər. Müqaviləyə vaxtından əvvəl xitam vermək istəyən Tərəf bu barədə qarşı Tərəfə 2 (iki) ay əvvəlcədən yazılı bildiriş verməlidir.

7.4. Müqaviləyə xitam verilməsi Tərəfləri onların icra etmədiyi maliyyə öhdəliklərindən azad etmir.
8. Digər şərtlər

8.1 Hazırkı Müqavilənin müddəaları Tərəflərin yazılı şəkildə tərtib etdiyi qarşılıqlı razılıq əsasında dəyişdirilə bilər.

8.2 Müqaviləyə edilən bütün dəyişikliklər və əlavələr yalnız onlar yazılı şəkildə tərtib edildikdə və Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqda etibarlı sayılır. Əlavə razılaşmalar Müqavilənin ayrılmaz tərkib hissəsi sayılır.

8.3 Hazırkı Müqavilə Tərəflərin hər biri üçün bir nüsxədə olmaqla, eyni hüquqi qüvvəyə malik olan, iki nüsxədə Azərbaycan dilində tərtib edilmişdir.



9. Tərəflərin rekvizitləri

TƏMSİLÇİ”

SİFARİŞCİ”

My Broker” MMC

____________________________

Ünvan: Bakı şəhəri. Binəqədi ray. ray.,

7-ci mkr, ev 3, mən 121



Ünvan:

VÖEN: 1004222961

VÖEN:

H/H: AZ36AZFI00000107000587010001

H/H:

Bankın adı: AFB BANK” ASC-nin Nərimanov

Filialı


Bankın adı:

Kodu:501446

Kodu:

M\H: AZ81NABZ01350100000000091944

M\H:

S.W.I.F.T BİK.: AZFİAZ22

SWIFT BİC:

Direktor: Əliyev R.M

Direktor:







M.Y. __________________

M.Y. __________________

Müqaviləyə əlavə

_____” _______ 2018-cı il tarixli, ____№-li müqavilənin zəruri sənədlərin adları (təsnifatı)

protokolu № 2




Sənədin adı, təsnifatı.

Sənədin zəruriliyi

1

Broker xidmətləri göstərilməsinə dair iki tərəfli müqavilə və ya birdəfəlik müqavilə (sifariş).

Zəruri__8'>Zəruri__6'>Zəruri__4'>Zəruri__2'>Zəruri

2

Broker xidmətləri göstərilməsinə dair etibarnamə (fiziki şəxslər notarial qaydada təsqi olunmuş).

Zəruri

3

Nəqliyyat daşınma sənədi (Avia qaimə, Tır karnet, və s...).

Zəruri

4

Malların dəyərini təsdiq edən sənəd (İnvoys, (Hesab faktura) ) Müvafiq gömrük idarəsi tərəfindən təsdiqlənən (sistemə daxil olunan).

Zəruri

5

Mənşə sertifikatı. Malın mənşəyini (istehsal edən ölkə) təsdiq edən sənəd. (Mənşə sertifikatının alınması mümkün olmadığı hallarda invoysda qeyd edilməsi).

Zəruri

6

Mal alıcı və satıcı arasında razılaşma, şərtləri.

(Müqavilə, saziş, sifariş) Azərbaycan dilində tərcümə.



Zəruri

7

Malın daşınma fakturası: (invoys)

Faktura olmadığı hallarda malın daşınma məbləği malın invoysunda ayrıca qeyd edilməlidir.




Zəruri

8

Malın çəkisi barədə sənəd (Çəki listi, Paking list).

Zəruri

9

İdxal - İxrac zamanı icazəsi tələb olunan malların müvafiq dövlət orqanlarından icazə sənədləri.

(İcazə, rəy, sertifikat....).



Zəruri

10

İdxal zamanı yük göndərən ölkə tərəfindən malların İxrac bəyannaməsinin surəti (İxrac GB).

Tövsiyə



TƏRƏFLƏRİN İMZASI


“TƏMSİLÇİ”

“SİFARİŞCİ”

My Broker” MMC-nin

__________” MMC-nin

direktoru: Əliyev R. M

direktoru:













M.Y. ____________

M.Y.______________

Yüklə 54,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin