Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev -100



Yüklə 71,2 Kb.
tarix26.05.2018
ölçüsü71,2 Kb.
#51718

Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi

Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Mərkəzi kitabxananın Metodika və biblioqrafiya şöbəsi

qara qarayev.jpg

Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev -100

(metodik məktub)

Zərdab-2018

Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin

100 illik yubileyi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2018-ci ilin fevral ayında Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Əbülfəz oğlu Qarayevin anadan olmasının 100 illiyi tamam olur.



Qara Qarayev Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi özünəməxsus nadir fitri istedada malik şəxsiyyətlərdəndir. Novator sənətkar kimi o, uzun əsrlik qədim milli musiqi irsinin ənənəvi klassik və ən müasir musiqi formalarıyla son dərəcə ahəngdar vəhdətində çox sayda monumental əsərlər meydana gətirmişdir. Həyat, insan və zaman haqqında dərin fəlsəfi düşüncələri bütün vüsəti ilə yüksək professional səviyyədə əks etdirən həmin ecazkar sənət nümunələri daim əxlaqi-mənəvi kamilliyə çağırır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan musiqi mədəniyyətinin tarixi nailiyyətlərlə zənginləşdirilməsi və dünya miqyasında tanıdılmasında müstəsna xidmətlər göstərmiş görkəmli sənətkar Qara Qarayevin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 oktyabr 2017-ci il

Qara Qarayev -100

1918- 1982

Həyatı:

Görkəmli Azərbaycab bəstəkarı Qara Qarayev 1918-ci il fevralın 5-Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin və Sona xanım İskəndər qızının ailəsində anadan olmuşdur. Qara Qarayev nəslində özünü musiqi sənətinə həsr eləmiş ilk adamdır.Ata tərəfi Abşeronun Fatmayı kəndindən, ana babası İskəndər bəy Axundov isə Şamaxının məşhur nəsillərindən idi. Bu ailə 20-ci əsrin Bakı ziyalıları kimi çox da zəngin deyildi.

1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilmiş, 1930cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfinin tələbəsi, 1935–ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq (Leopold Rudolf) və Azərbaycan xalq musiqisinin əsasları (Üzeyir Hacıbəyov) siniflərinin tələbəsi olmuşdur. 1938–ci ildən 1940-cı ilədək P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin (A.N.Aleksandrov) tələbəsi olmuşdur. Bir müddət Bakıya qayıtdıqdan sonra 1946-cı ilədək yenidən Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin (Dmitri Şostakoviç) tələbəsi olmuşdur.

1982- ci il mayın 13-də Moskva şəhərində dünyasını dəyişmişdir. Bakıda dəfn olunmuşdur.

Fəaliyyəti:

1937- ci ildən Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilmişdir.

 Moskvadan qayıtdıqdan sonra 1941-ci ildə Müslüm Maqamayev



 adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsini tutmuşdur.

1944- cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyəti sədrinin müavini olmuşdur.

1946–cı ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində müəllim kimi işə başlamış, elə həmin il SSRİ Bəstəkarlar İttifaqı təşkilatı komitəsinin üzvü seçilmişdir.

1948–ci ildə SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü seçilmiş, Azərbaycan

Dövlət Konservatoriyasının dosenti, Azərbaycan Elmlər Akademiyasının memarlıq və incəsənət İnstitutunun musiqi bölməsinə rəhbərlik etməyə başlamışdır. 1949-1953-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının

direktoru olmuşdur. 1950-ci ildə SSRİ Nazirlər Soveti yanında SSRİ Dövlət

mükafatları üzrə komitənin üzvü təyin edilmiş, 1952–ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri seçilmişdir.

1953- cü ildə Leninqrad Dövlət Kiçik ("Malıy") opera teatrında "Yeddi gözəl" baletinin ilk tamaşası qoyulmuşdur.

19541982-ci illərdə SSRİ Lenin və Dövlət mükafatları komitəsinin üzvü olmuşdur.

1956-1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi işləmiş, 1957–ci ildə SSRİ kinematoqraf işçilər ittifaqının üzvü 1962-ci ilədək SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü olmuşdur. 1955-1976-cı illərdə IV-IX çağırış SSRİ Ali Sovetlərinin deputatı olmuşdur.

1959- cu ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasının professoru, Azərbaycan Elmlər Akademiyasının akademiki. 1960–cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilmişdir.

1961-ci ildə Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı əsəri əsasında yazdığı "İldırımlı yollarla" baletindən İkinci süitanın ifası ilə bağlı Los-Ancelesdə I beynəlxalq çağdaş musiqi festivalının iştirakçısı olmuşdur.

1963–ci ildə Leninqrad Kiçik ("Malıy") opera teatrının qastrolları zamanı Qahirədə "Yeddi gözəl" baletinin tamaşaya qoyulması ilə bağlı Misir Ərəb Respublikasında səfərdə olmuşdur. 1964-cü ildə SSRİ Böyük teatrının qastrolları zamanı "İldırımlı yollarla" baletinin tamaşaya qoyulması ilə bağlı "Varşava payızı" çağdaş musiqi festivalında iştirak etmişdir.

1965- ci il aprelin 21-i Moskvada, iyunun 2-i Bakıda Üçüncü simfoniyanın ilk ifası baş tutmuşdur.

1966-cı ildə Dirijorların İkinci Ümumittifaq müsabiqəsində münsiflər heyətinin sədri olmuş, sovet mədəniyyət və incəsənət ustaları arasında İspaniyaya səfər etmiş, Bakıda "Klassik süitanın" ilk ifası olmuşdur.

1968-ci il aprelin 21- də Qorki (indiki Nijni Novqorod) şəhərində, aprelin 28 Moskvada Violino ilə simfonik orkestr üçün Konsertin ilk ifaları olmuşdur.

1969-cu ildə "Yeddi gözəl" baletinin və "Leyli və Məcnun" simfonik poemasının musiqisinə balet tamaşasının göstərilməsi ilə bağlı Parisdə keçirilən ümumdünya rəqs festivalına, sovet mədəniyyət və incəssənət ustaları arasında Yaponiyaya səfər etmişdir.

1971- ci ildə "Qoysa" filmininə yazdığı musiqi ilə bağlı çəkiliş bölüyü ilə Almaniya Demokratik Respublikasında səfərdə olmuşdur.

1972- ci ildə "Varşava payızı" çağdaş musiqi festivalında və bəstəkarlar ittifaqları katibliklərinin toplantılarında keçirilən balet artistlərinin İkincı beynəlxalq musabiqəsində münsiflər heyətinin üzvü olmuşdur.

1973-cü ildə P. İ. Çaykovski adına V beynəlxalq musiqi musabiqəsinin münsiflər heyətinin üzvü, modal musiqi məsələləri ilə bağlı Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak etmişdir.

1976-cl ildə "Gənc bəstəkarların yetişdirilməsi" simpoziumunun işində iştirak etmiş, sovet və italyan bəstəkarlarının ikitərəfli iştirakı ilə bağlı İtaliyanın Pezaro şəhərinə səfər etmişdir.

1978-ci ildə Ümumdünya müəllif hüquqları agentliyi konqresinin iştirakçısı kimi Parisdə səfərdə olmuş, Moskva operetta teatrında "Çılğın qaskoniyalı" müziklinin ilk tamaşası qoyulmuşdur.

Qara Qarayev həmçinin gözəl müəllim olmuş, neçə-neçə gözəl bəstəkarlar yetişdirmiş, Azərbaycan musiqisinin tədqiqinə dair məqalələr dərc etdirmişdir.

Milli musiqimizin və Azərbaycan bəstəkrlıq məktəbinin inkişafında əvəzsiz xidmətlər göstərmiş bəstəkarın əməyi dövlət tərəfindən yüksək qiymətləndirılmiş , Qara Qarayev fəxri adlar və mükafatlarla təltif olunmuşdur:

  • "Əməkdə igidliyinə görə" medalı (1946)

  • Stalin mükafatı (1946)

  • "Vətən" operasına görə SSRİ Dövlət mükafatı (1946)

  • "Leyli və Məcnun" simfonik poemasına görə Dövlət mükafatı (1948)

  • Stalin mükafatı (1948)

  • Azərbaycan SSR-in əməkdar incəsənət xadimi (1955)

  • " Bir məhəlləli iki oğlan" filminin musiqisinə görə birinci Ümumittifaq sovet filmləri festivalının laureatı (1957)

  • Azərbaycan SSR xalq artisti (1958)

  • SSRİ Xalq Artisti (1959)

  • "Uzaq sahillərdə" filminin musiqisinə görə Kiyevdə Ümumittifaq kino festivalında II Mükafat (1959)

  • Qırmızı Əmək Bayrağı ordeni (1961)

  • "Antoni və Kleopatra" tamaşasına yazdığı musiqiyə görə M.F.Axundov adına Mukafat (1965)

  • "İldırımlı yollarla" baletinə görə Lenin mükafatı (1967)

  • "İldırımlı yollarla" baletinə görə Lenin ordeni (1967)

  • Oktyabr İnqilabı ordeni (1971)

  • Sosialist Əməyi Qəhrəmanı (1978)[2]

  • "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Görkəmli bəstəkarın xatirəsi əbədiləşdirilmişdir.1982-ci ildən Azərbaycan Dövlət kamera orkestrinə bəstəkarın adı verilmişdir.1984- cü ildə “ Qara Qarayev “ gəmisi dənizə buraxılmışdır.1989- cu ildən Bakıda musiqi məktəbinə onun adı verilmişdir(hazırda Mərkəzi İncəsənət Mərkəzi onun adını daşıyır).

1991-ci ildə Bakıda metro stansiyalarının birinə, prospektə onun adı verilmiş, 1998- ci ildə “ Qara Qarayev “ poçt markası buraxılmışdır. 2014- cü ildə Bakının “ 28 May “ küçəsində bəstəkarən abidəsi ucaldılmışdır.Moskvada Q. Qarayevin adına musiqi məktəbi fəaliyyət göstərir. Moskvada yaşadığı evin divarına xatirə lövhəsi vurulmuşdur .2007- ci ildən hər il Q. Qarayev adına Beynəlxalq Musiqi Festivalı keçirilir.

Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar

kitabxanalarda keçiriləcək tədbirlər

Bu il fevral ayında sevimli bəstəkarımız Qara Qarayevin 100 illik yubileyi qeyd olunacaq.Yubiley dədbirlərinin yüksək səviyyədə qeyd olunması ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti 17oktyabr 2017 - ci iltarixli sərəncam imzalamışdır. Sərəncama əsasən respublikamızın hər bölgəsində Qara Qarayevə olan sevginin, ehtiramın nəticəsi olaraq onu bir daha yada salmaq üçün yubileylə bağli tədbirlərin keçilməsinə geniş hazırlıq işləri görülür. Yubileylə əlaqədar kitabxanalarda tədbirlər planı hazırlanmalıdır. Tədbirlər planında əyani və şifahi ədəbiyyatın bütün formaları: kitab sərgiləri, stend, musiqi gecələri, oxucu konfransı ,dəyirmi masa, xatirə gecəsı, məlumat günü, anket sorğusu, məruzə və sair tədbirləri öz əksini tapmalıdır. Tədbirləri aşağıdakı başlıqlar altında keçirmək olar:“ Dünya şöhrətli bəstəkar “, “Əbədi bir ömür yaşayan sənətkar “,“ Görkəmli bəstəkar və ictimai xadim “,”Azərbaycan musiqi mədəniyyətinin tərənnümçüsü”, “Azərbaycan musiqisinin iftixarı” ,“ Qara Qarayevin musiqi dünyası “, “ Qara Qarayevin yaradıcılığında janrlar “, “Görkəmli Azərbaycan Bəstəkarı Qara Qarayev “, “Azərbaycan mədəniyyətində Qara Qarayev zirvəsi”, “Zamanın böyük bəstəkarı “, “ Görkəmli bəstəkar Qara Qarayev -100”, “ Qara Qarayevin pedoqoji fəaliyyəti “, “ Müəllim, sənətkar,insan” ,” Unudulmaz sənətkar” və sair.

İlk öncə kitabxanalarda görkəmli bəstəkarın 100 illik yubileyi ilə bağlı sərginin təşkili vacibdir. Sərgidə Qara Qarayevin əsərləri ,haqqında ədəbiyyat, , görkəmli şəxslərin Qara Qarayev haqqında söylədikləri sitatlar öz əksini tapmalıdır. Sərgini müxtəlif başlıqlar altında təşkil etmək olar. Məsələn: “Qara Qarayev-100”, “Dünya şöhrətli bəstəkar”, “ Zamanın böyük bəstəkarı “ və sair.

Ədəbiyyat:

Musiqi əsərləri

Operalar

  • "Vətən" (1945) - Cövdət Hacıyevlə birgə

  • "Zəriflik" (1972) - fransız yazıçısı Anri Barbüsün əsəri əsasında qadın səsi və kamera orkestri üçün monodrama (1972)


Baletlər

  • "Yeddi gözəl" (1952)

  • "İldırımlı yollarla" (1958) - Cənubi Afrika yazıçısı Piter Abrahamsının romanı əsasında yazdığı

  • "Leyli və Məcnun" (1969) - eyniadlı simfonik poema əsasında birpərdəli xoreoqrafik poema

  • "Don Kixot" simfonik qravürləri (2000) - eyniadlı simfonik qravürlər əsasında birpərdəli balet

Orkestr üçün əsərləri

  • Leyli və Məcnun simfonik poeması (1947) - Nizaminin poeması əsasında

  • "Yeddi Gözəl" simfonik süita (1949)

  • "Don Kixot " simfonik qravürləri (1960) - ispan yazıçısı Nigel de Servants əsəri əsasında

  • Üç simfoniya (1943, 1946, 1965) - III simfoniya Azərbaycan musiqisinə dodekfoniya yazı üsulunun gətirilməsi ilə əlamətdardır

  • "Azərbaycan süitası" (1939)

  • "Vyetnam süitası"

  • Alban rapsodiyası (1952)

  • Klassik süita (1966)

  • Fortepiano və orkestr üçün " Gənclik " poeması (1937)

  • Skripka və orkestr üçün konsert (1967)


Kamera əsərləri

  • İki simli kvartet

  • Kvartettino

  • Skripka və fortepiano üçün sonata

  • Fortepiano üçün iki sonatina (1940, 1943), 24 prelüdiya (1951—1963)

  • Nəfəsli və Estrada orkestri üçün əsərlər, kinofilmlər, teatr tamaşaları üçün musiqilər.


Kamera vokal əsərləri

  • Ömər Xəyyamın şeirlərinə səs və fortepiano üçün 6 rübai (1946)

  • Aleksandr Puşkinin şeirlərinə səs və fortepiano üçün "Mən sizi sevirdim" və

  • "Gürcüstan təpələrində" romansları (1949)


Vokal - simfonik əsərləri

  • "Könül mahnısı" kantatası (1938)

  • "Sevinc mahnısı" kantatası (1947)

  • Səs və caz orkestri üçün 3 noktürn (1958)

  • "Partiyamız" kantatası (1959)

  • "Dostluq himni" (1972)

Haqqında:

  • Qara Qarayev-tələbələrinin xatirəsində. Esse, oçerk, portret cizgiləri və foto sənədlər toplusu /Təttib.edən N. Şəfiyeva .- Bakı : “Şərq -Qərb”, 2009.-224 s.

  • Qara Qarayev. Qçerklər /Tərtib ed. Ş.Mahmudova; Red.G .Mahmudova.- Bakı: “ Çinar-Çap”,2003.- 280 s.

Tərtib etdi : Metodika və bibloqrafiya şöbəsinin müdiri - G. Qasımova

Redaktor: Şöbənin baş biblioqrafı -B.Fətəliyeva
Yüklə 71,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin