Üçüncü növ təyini söz birləşməsinin şərti olaraq naqis forma
adlandırdığımız şəklinə hətta bu gün də dialekt və şivələrimizdə təsadüf etmək
mümkündür.
b) Qədim və orta əsrlərin dilində üçüncü növ təyini söz birləşmələrində belə bir
xüsusiyyətə də rast gəlirik ki, birinci tərəfdə hər üç şəxsin mənsubiyyət şəkilçisi
iştirak edirsə, o zaman tərəf yiyəlik şəkilçisi (-ın
4
) qəbul etmir. İkinci
tərəfdə
mənsubiyyət şəkilçisi bir qayda olaraq işlənilir. Belə hallarda birinci tərəf
mənsubiyyət şəkilçisilə ifadə edildiyi üçün ikinci tərəflə birlikdə konkret məzmun
kəsb edir, mücərrədlikdən və ümumilikdən uzaqlaşır.
Dədə Qorqud dastanlarının dilindən, XIX
əsrə qədər mövcud əsərlərin
dilində ardıcıllıqla müşahidə etdiyimiz bu cəhətin inkişaf prosesi, həmin formanın
daha qədim olmasını bir daha göstərir. Demək olar ki, bu xüsusiyyət yalnız
mənzum əsərlərə deyil, nəsr əsərlərinin də dilində mövcuddur.
Bu cəhət Xətai
dilində də müşahidə edilir.
Yaralı
bağrım qanın tökdü gözümdən dəmbədən,
Gör nələr qıldı mana şol nərgisi-xunxarələr.(9,48)
Xar oldu yürəgim hicrində ey gül yüzlü yar,
Yar
bağrım arasın, gör kim, necə xor anda var.(9,52)
Müddəilər tənəsindən sanmanız kim, mən dönəm,
Ol
canım içində cani canandır mana.(9,31)
Birinci şəxsin tək və cəmində olduğu kimi, birinci tərəfi ikinci şəxsin təki ilə
düzələn üçüncü növ təyini söz birləşmələrində də yiyəlik şəkilçisi düşür. Bu
vəziyyətdə də əmələ gələn birləşmə ikinci növ təyini söz birləşməsinə bənzəyirsə,
lakin məzmun etibarilə üçüncü növ təyini söz birləşməsi sayılır:
Axan ol sərvin yanında su degil yaşmıdır ol,
19
Ayağın altındakı başmaq deyil, başmıdır ol.(9,128)
Bilməz idim xətti-rüxsarın sifatın
söyləmək,
Fitnə
çeşmin qəmzəsi öyrətdi ilhami mana.(9,32)
Pərtövü-hüsni ziyasından sürəyyadır xəcil,
Sürətin tabından ol xurşidi-taban münəfil.(9,130)
Birinci tərəfi isimlə ifadə edilən və üçüncü şəxs mənsubiyyət şəkilçisi qəbul
etmiş üçüncü növ təyini söz birləşməsində yenə yiyəlik şəkilçisi atılır. Beləliklə,
hər iki vəziyyətdə məzmun üstünlüyü ilə üçüncü növ təyini söz birləşməsi düzəldir.
Məsələn:
İnanma
zülfi əhdinə Xətayi,
Kim anın bir başıvü min dili var.(9,101)
Xatidim məcmu ikən aşüfə qıldım, ey pəri,
Sən
anı zülfin kimi əmdən pərişan eylədin.(9,125)
Həmin formanın qalığına dialekt və şivələrimizdə eləcə də bu gün canlı
danışıq dilində rast gəlirik: Qız atası evinə getmişdir. Uşağı əmisi qızı saxlayır və s
Hər üç şəxsin mənsubiyyət şəkilçisini qəbul etmiş birinci tərəfdən yiyəlik
şəkilçisi düşdüyü kimi, bir çox təsadüflərdə ikinci
tərəfdən də birləşdirici n
ünsüründən sonra ismin təsirlik hal şəkilçisi düşür.
Bu
Xətayi qanın tökməkdə ikən tökmədin,
Anda hər müfti ki, mən etmiş bəsi qan eyləmiş.(9,198)
İlk baxışda belə təsəvvürə gəlir ki, guya bunlar bir məfhumun adını bildirən
mürəkkəb sözlərdir. Halbuki bu birləşmələr nitq içərisində tamamilə başqa şəkildə
təsəvvür edilir.
20
Belə bir xüsusiyyət danışıq dili, dialekt və şivələrimizdə müşahidə
edilməkdədir. Naxçıvan qrupu dialekt və şivələrində eləcə də əksər dialekt və
şivələrimizdə üçüncü növ təyini söz birləşmələrinin ikinci tərəfindəki təsirlik hal
şəkilçisinin saiti düşür. Zolax taxtanın üzun
[u] alır.
Üçüncü növ təyini söz birləşməsinin formal cəhətdən tam forması da
əvvəlkilərdə bir sırada işləmişdir. Birinci tərəfi yiyəlik
şəkilçisi ikinci tərəfi isə
mənsubiyyət şəkilçisi qəbul edir. Bu növ birləşmələrin tarixən də hər iki tərəfi
adlardan düzəldilir. Məsələn:
Müddəilər
tənəsindən sanmanız kim, mən dönəm,
Ol
mənim canım canım içində cani canandır mana.(9,31)
Olmadı bu sirrə məhrəm hər xəsisi-kəcsüxən,
Dostları ilə paylaş: