Görkəmli dövlət xadimi, ana dilində yaranan şeirin inkişafına xüsusi qayğı



Yüklə 164,73 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix29.11.2022
ölçüsü164,73 Kb.
#120131
1   2   3   4   5   6   7
D pdf kurs other

Dərdimin dərmanı doğru yar bir əttar bir.(9,102)
Üçüncü növ təyini söz birləşmələrində birinci tərəf ümumi və ya xüsusi
isimlərdən, sual və şəxs əvəzliklərindən və ya substantivləşmiş sözlərdən, ikinci
tərəf isim və məsdərdən ibarət olur. Cümlədə vəzifələrinə gəldikdə bunlar
mürəkkəb mübtəda, xəbər, tamamlıq və zərflik yerində işlənir. 
Yazılı abidələrin dilində bəzən üçüncü növ təyini söz birləşməsinin ikinci
tərəfi ismin başqa hallarından fərqli olaraq, təsirlik halda bitişdirici samiti və hal
şəkilçisi (-i) qəbul etmir:
Yüzün şövqilə ləlin həsrətindən
Gözüm yaşı belə su çayə bənzər.(9,101)
Birinci tərəf, yəni sahib tərəf iki sözdən ibarət olduğu halda, birinci və ya
ikinci söz bəzən yiyəlik şəkilçisi qəbul edir, bəzən də şəkilçisiz işlənir.
Üçüncü növ təyini söz birləşməsinin quruluşunda nəzərə çarpan belə
müxtəliflik, şübhəsiz, XVIII əsrdən sonra, əsasən itir və hər iki tərəfi bir qayda
21


olaraq formal əlamətləri tam şəkildə sabitləşir. Qədim və orta əsrlərin dilində
mövcud olan ikilik (ikinci və üçüncü növ təyini söz birləşməsinin müvazi
işlənməsi nəzərdə tutulur) xüsusən, birinci tərəfi şəkilçisiz işlənməsi, belə bir
ehtimal doğurur ki, üçüncü növ təyini söz birləşməsinin müasir forması təxminən
bu son əsrlərin məhsuludur. 
Dilimizdə olan belə faktlar göstərdi ki, müəyyənlik və qeyri-müəyyənlik
tarixən formal cəhətdən deyil, daha çox mətndən, ifadəlik məzmunundan asılı
olaraq öz ifadəsini tapmışdır. Başqa sözlə desək, ikinci növ təyini söz birləşməsi
morfoloji əlamətlərin inkişafı nəticəsində üçüncü növ təyini söz birləşməsinə
keçmək üçün bir keçid mərhələsi vəzifəsini görmüşdür. Bu vəziyyəti türk dili
abidələrində gördüyümüz kimi, onların qalıqlarına müasir dialekt və şivələrimizdə
rast gəlirik.(7,255-261)
22


II Fəsil
Təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələr
Yazılı abidələrin dilində işlənən bu tip ismi birləşmələri türkoloji araşdırmaları,
xüsusən də Y.Seyidovun söz birləşmələrinə həsr olunmuş əsərinə istinad edərək
aşağıdakı kimi qruplaşdırmaq olar.
1) Birinci tərəfi ismin adlıq halında olur, həm də daha çox mənsubiyyət
şəkilçili sözlə ifadə olunur, ikinci tərəfi isə əsasən –lı
4
şəkilçili sifətdən
ibarət olur:
Mən gəzərəm dərdli-dərdli,
Ötər firqətli-firqətli,
Bülbül kimi ünü dadlı,
Dili gərək yol əhlinin.(9,344)
2) Birinci tərəf substantiv isimlərlə, ikinci tərəf isə -lı
4
şəkilçili sifətlərlə ifadə
olunur:
Xar oldu yürəgim hicrində, ey gül yüzlü yar,
23


Yar bağrım arasın, gör kim, necə xaranda var.(9,52)
Ahu gözlü bir sənəm aslanları seyd eləmiş,
Ey müsəlmanlar, ahu şiri şikar etmək nədir?(9,106)
Həmdəmin daim rəqib olmuşdur, ey gül yüzli yar,
Xanda bir gül bitsə lazımdır yanında xar olsa.(9,36)
3) Birinci tərəfi isimin yönlük halında olan sözlə ifadə olunur:
Can olmaz isə, sən təki canan yetər mana,
Vəslin bu xəstə könlümə dərman yetər mana.(9,36)
Zülməti-zülfində könlü bu Xətayi xəstənin
Xızıra bənzər kim, görünməz çeşmeyi-heyvan ana.(9,27)
4) Birinci tərəfi isimin yerlik halında olan sözlə ifadə olunur:
Taki sən getdin yanımdan, ey dilaramım mənim
Haləti-vəslin könüldə pasipan qaldı mana.(9,31)
Gər nihan oldu gözümdən ol pəri peykər sənəm,
Gögdə mah onun yüzündən bir nişan qaldı mana.(9,32)
5) Birinci tərəfi isimin çıxışlıq halında olan sözlə ifadə olunur.(8,46-51)
Xətayi der ixtiyarsız
Neyləyim dünyanı yarsız.
Oldur aləmdən xəbərsiz,
Duz tökmək istər yaraya.(9,323)
24


Nəticə
İki və daha artıq müstəqil sözün sintaktik üsulları əsasında birləşməsindən
əmələ gələn söz birləşmələri, bir sintaktik vahid kimi öz dilimizin bütün dövrləri
baxımından səciyyəvidir. Ş.İ.Xətainin dilində rast gəlinən ismi birləşmələr, eləcə
də təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələr əsasən, müasir ədəbi
dilimizdəki kimidir. Ədəbi dilimizdə olduğu kimi birinci növ təyini söz
birləşmələrinin hər iki tərəfi isimlə ifadə olunanlar; birinci tərəfi sifət, ikinci tərəfi
isimlə ifadə olunanlar; birinci tərəfi say, ikinci tərəfi isimlə ifadə olunanlar; birinci
tərəfi əvəzlik, ikinci tərəfi isimlə ifadə olunanlar; birinci tərəfi feli sifət, ikinci
tərəfi isimlə ifadə olunanlar kimi qruplaşdırması Xətai dilində də müşahidə edilir.
İkinci və üçüncü növ təyini söz birləşmələri də Xətai dilində ədəbi dilimizdəki
kimi işlənmişdir. Xətai dilində işlənən nümunələrdən görünür ki, birləşmələrin
əmələ gəlmə üsul və qaydaları ilə müasir dili arasında o qədər də ciddi bir fərq
yoxdur. Qanunauyğun inkişaf prosesi, onların bütün sahələrində öz ifadəsini
tapmışdır. Lakin buna baxmayaraq təyini söz birləşmələrinin bəzən şəkil cəhətdən
oxşarlığı mənaca birinin digərinin yerində işlənməsi halları da olmuşdur. Zaman
keçdikcə belə oxşarlıq itmiş, şəkilçilərin yerində işlənməsi, dəqiq şəkil alması
həmin birləşmələrin məna dəqiqliyinə səbəb olmuşdur. 
25


Yusif Seyidovun təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələrin
birinci tərəfi ismin adlıq halında olub, ikinci tərəfi isə əsasən -lı
4
şəkilçili
sifətlərdən ibarət olan; birinci tərəfi substantiv isimlərdən ibarət olub, ikinci tərəfi
isə -lı
4
şəkilçili sifətlərlə ifadə olunan; birinci tərəfi isimin yönlük halında olan
sözlə ifadə olunan; birinci tərəfi isimin yerlik halında olan sözlə ifadə olunan;
birinci tərəf ismin çıxışlıq halında olan sözlə ifadə olunan deyə qruplaşdırır ki, bu
Xətai nümumələrinin dilində də işlənir.
İstifadə edilmiş ədəbiyyat
1. AMEA. Azərbaycan ədəbi dil tarixi. I cild, Bakı: Şərq-Qərb, 2007, 478s.
2. Cavadova M. Şah İsmayıl Xətainin leksikası. Bakı: Elm, 1977, 213s.
3. Hacıyev T. Azərbaycan ədəbi dilinin tarixi. I cild, Bakı: Elm, 2012, 475s.
4. Hüseynzadə M. Müasir Azərbaycan dili. IV hissə, Bakı: Şərq-Qərb, 2007, 
422s.
5. Xudiyev N. Azərbaycan ədəbi dili tarixi. Bakı: Maarif, 1995, 490s.
6. Məmmədova Ə. Şah İsmayıl Xətai. Bakı: Yazıçı, 1988, 458s.
7. Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı: Azərbaycan 
Universiteti, 1990, 372s.
8. Seyidov Y. Müasir Azərbaycan dili. IV hissə, Bakı: Maarif, 2009, 319s.
9. Şah İsmayıl Xətai. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1988, 342s.
10.
Tanrıverdi Ə. Azərbaycan dilinin tarixi qrammaikası. Bakı: Elm və təhsil, 
2012, 464s.
26

Yüklə 164,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin