DÖRDÜNCÜ FƏSİL KAMİL İNSAN KAMİL İLƏ TAM ARASINDA FƏRQ VARMI?
Burada belə bir sual ortaya çıxır ki, «kamil» kəlməsinin mə᾽nası nədir? Kamil insan nə deməkdir?
Ərəb dilində iki müxtəlif kəlmə vardır ki, onların antonimi eyni bir kəlmədir. Belə ki, bu bir kəlmə bə᾽zən o iki kəlmədən birinin, bə᾽zən də digərinin zidd və antonimi kimi işlədilir. Fars dilində isə həmin iki kəlmənin heç biri yoxdur və onların yerinə digər bir kəlmə vardır. Ərəb dilində olan həmin iki sözün biri «kamal», digəri isə «tamam» kəlməsidir. Bu dildə bə᾽zən «kamil», bə᾽zən isə «tam» kəlməsi işlədilir və onların antonimi kimi «naqis» kəlməsindən istifadə edilir. Bu işlədilmə forması fars dilində də ərəb dilində olduğu kimidir. Məsələn, burada deyilir: Bu «kamil»dir, o isə «naqis»; bu «tam» və ya «tamam»dır, o biri isə «naqis».
Qur᾽an ayələrinin birində bu iki kəlmənin hər ikisindən istifadə edilib.
«Əlyovmə əkməltu ləkum dinəkum və ətməmtu ələykum ne᾽məti»
Dostları ilə paylaş: |