Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur



Yüklə 2,8 Mb.
səhifə113/176
tarix02.01.2022
ölçüsü2,8 Mb.
#8592
növüYazı
1   ...   109   110   111   112   113   114   115   116   ...   176

QÜDRƏT MƏKTƏBİ


Kamil insan barəsində söz açan məktəblərdən biri də əql və eşqə deyil, yalnız qüdrətə əsaslanan məktəbdir. Bu məktəbin fikrincə kamil insan qüdrətli insandır və kamal, qüdrətin hansı mə᾽nada nəzərdə tutulmasından asılı olmayaraq güc və qüvvətdir.

Qədim Yunanıstanda sufistlər adlandırılan bir qrup olub. Onlar tam aşkar şəkildə deyirlərmiş ki, haqq gücdən ibarətdir. Onlar həmçinin iddia edirmişlər ki, harada güc varsa, haqq da var və harada qüdrət varsa haqq həmin qüdrətdir və zəiflik haqsızlıq və haqqa malik olmaqla bərabərdir. Ümumiyyətlə onlar üçün ədalət və zülmün heç bir mə᾽nası olmayıb. Buna görə də haqqa zor haqqı, yə᾽ni gücdən yaranan haqq deyiblər. Yə᾽ni hər bir haqq güc və zordan yaranır. Bunların fikrincə insanın bütün sə᾽y və cəhdi yalnız güc, zor, qüvvət və qüdrət əldə etmək istiqamətində olmalıdır və o, öz güc və qüdrətini heç bir şeylə məhdudlaşdırmamalıdır.

Məşur alman filosofu Nitse son bir-iki əsrdə bu məktəbi dirildərək davam etdirib və həmin nəzəriyyələri tam aydınlıqla bəyan edib. Bunların fikrincə «düzgünlük yaxşıdır, doğruluq yaxşıdır, əmanətə xəyanət etməmək yaxşıdır, xeyirxahlıq yaxşıdır və yaxşılıq etmək yaxşı işdir» kimi sözlərin hamısı boş şeylərdir. Deyirlər ki, «acizlərin əlindən tutmaq lazımdır» fikri nə deməkdir? Onun əlindən tutmaq yox, başına bir təpik vurmaq lazımdır. Onun zəif olmasından böyük günahı yoxdur. Əgər zəifdirsə, sən də başına bir daş vur. Karl Marks deyib ki, dini, güclülər zəifləri öz əllərində saxlamaq üçün ixtira ediblər. Nitse isə onun əksinə olaraq deyib ki, dini zəiflər güclülərin qüdrətlərini məhdudlaşdırmaq üçün ixtira ediblər. Onun fikrincə, dinin bəşəriyyətə olan xəyanəti güzəşt, rəhm, mürüvvət, insanlıq, bağışlamaq, yaxşılıq, ədalət və bu kimi kəlmələri insanlar arasında yaymasıdır ki, güclülər sonralar həmin kəlmələrə aldanaraq ədalət, səxavətlilik, mürüvvət, insanlıq və başqa şeylər naminə güclərini bir az məhdudlaşdırmaq məcburiyyəti qarşısında qalıblar.

Nitse deyir ki, dinlərin ehtiras və nəfsani istəklərlə mübarizə aparması nə deməkdir? Onlarla nəinki mübarizə aparmaq lazım deyil, hətta onları daha da gücləndirmək və yetişdirmək lazımdır. Həmçinin, dinlərin dedikləri bərabərlik fikri də çərənçilikdir. Bərabərlik nədir? Həmişə bir qrup güclü və istismarçı olmalı, digər bir qrup isə onların əli altında işləməlidir. Əl altında olanların canları çıxmalıdır və başları üstündə olanlar üçün işləməlidirlər ki, onlar inkişaf edərək böyüsünlər və aralarından üstün bir şəxs çıxsın. Dinlərin kişi ilə qadın bərabərdir şüarı da boş və mə᾽nasızdır. Kişi üstün və güclü bir cinsdir və qadın ona xidmət etmək üçün yaranıb və onun yaranmasının bundan başqa digər bir hədəfi yoxdur. Kişi ilə qadının bərabərliyi fikri səhv bir fikirdir.

Bu məktəb qüdrətli və güclü insanı kamil insan hesab edir və kamalın qüdrət və gücdən ibarət olduğunu bildirir.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin