Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur


İnsanın öz-özünü danlaması (məzəmmət etməsi)



Yüklə 2,8 Mb.
səhifə14/176
tarix02.01.2022
ölçüsü2,8 Mb.
#8592
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   176
İnsanın öz-özünü danlaması (məzəmmət etməsi);

İnsanın öz-özünə nəsihət verməsi;

İnsanın öz-özü ilə haqq-hesab aparması;

İnsanın öz ətrafında olan məsələləri ölçüb biçməsi;
Bütün bunlar onun şəxsiyyətinin mürəkkəb olmasına dəlildir. Bu mürəkkəb şəkildə olan şəxsiyyət iki qismə bölünür: onlardan biri onun insanlığına, o biri isə heyvanlığına (heyvanlarda olan xüsusiyyətlərə) aid olan hissədir.

Deməli, insan həqiqətən təzadlı sifətlərin təzahür etdiyi bir məkandır. Heç bir varlığın vücudunda insanda olan qədər daxili ziddiyyətlər hökm sürmür. Başqa sözlə desək, insana xas olan xüsusiyyətlərdən biri, onun mələkut və səmavi aləmlə məhdud və dünyəvi aləm arasında hökm sürən ziddiyyətləridir. Qədim alimlər insanın daxilində baş verən bu prosesi, ağıl və nəfs arasında olan çəkişmələr adlandırmışlar. Odur ki, insan daimi olaraq cəzbedici maddi və təbii istəklərin tə᾽sirinə mə᾽ruz qalır.

Yeməyə olan meyl, cinsi məsələlər, istirahət etmək və bu kimi sair işlər insanı maddiyyat və təbiətə doğru çəkib aparır. Amma insanı özünə doğru çəkən cəzbedici qüvvələr tək bunlar deyil. Onu qeyri-maddi şeylərə tərəf çəkib aparan ayrı cəzbedici qüvvələr də vardır. Bu gün artıq bütün insanlar tərəfindən qəbul olunan bir sıra mə᾽nəvi baxışlı, cəzbedici qüvvələr kəşf olunmuşdur. Onlar aşağıdakılardır:

1. Elm və bilik (həqiqət istəyi);

2. Əxlaqın xeyirli olması (fəzilət və dəyər istəyi);

3. Gözəllik və camal;

4. Yaradıcılıq və ixtira;

5. Eşq və pərəstiş.

İnsanın bütün bu istəkləri, onun ilahi yaradılışından doğur. Çünki İslam dini baxımından, insanın ilahi xilqət və zatında bu şeylər mövcuddur. Onun başqa canlılarla əsas fərqi, fitrət məsələsində, yə᾽ni aləmə baxış və istəklərindəndir.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin