3. FİTRƏT
Fitrət yalnız insanlara aid olan bir xüsüsiyyətdir. Qur᾽ani-kərim bu kəlməni ilk dəfə insan barəsində işlətmişdir. İnsanlarda olan bu xüsusiyyət, sonradan özləri tərəfindən qazanılmayıb və təbii olaraq qabaqcadan xəlq olunmuş zati bir qüvvədir.
İnsan heyvanlardan fərqli olaraq, öz fitri qüvvələrindən agah olub daxilində mövcud olan bütün təbii xüsusiyyətlərdən xəbərdardır. Amma heyvanlar bu cür deyillər. Onlar instinktual istəklərdən doğan işləri agahlıq olmadan, ya da yarımagah bir halda görürlər.
Fitrət və instinkt arasında başqa bir fərq də vardır. Qərizə qüvvəsi heyvan həyatının maddi məsələləri qarşısında dövr edən, fitrət isə insanın həm özü, həm də onun fövqündə duran məsələlərlə bağlı olan təbii bir qüvvədir.
Fitrət insan vücudunun iki nahiyəsində zahir olan bir sıra xüsusiyyətlər və tə᾽siredici qüvvəyə malikdir. Bu xüsusiyyətlərin zahir olan nahiyələrindən birincisi anlayışlar (agahlıqlar), yə᾽ni ağıl, o birisi isə istəklərdir. Agahlıqla bağlı olan bəhslər birinci üsulda açıqlandı. İndi isə istəklərlə bağlı olan məsələlər barəsində danışaq.
Dostları ilə paylaş: |