Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur


DÖRDÜNCÜ ÜSUL İNSAN «MƏ᾽SULİYYƏTLİ» BİR VARLIQDIR



Yüklə 2,8 Mb.
səhifə26/176
tarix02.01.2022
ölçüsü2,8 Mb.
#8592
növüYazı
1   ...   22   23   24   25   26   27   28   29   ...   176

DÖRDÜNCÜ ÜSUL

İNSAN «MƏ᾽SULİYYƏTLİ» BİR VARLIQDIR


İnsan agah, mürəkkəb və muxtar (ixtiyar sahibi) olduğu üçün məs᾽uliyyət sahibi olan bir varlıqdır. Onda olan bu imkan və xüsusiyyətlər onu məs᾽uliyyətli bir varlıq olmaq, yə᾽ni ona öz gələcək həyatını qurmaq imkanlarını vermişdir. Şəhid Mütəhhəri insanda bu xüsusiyyətlərin onun məs᾽uliyyətli olmasına səbəb olduğunu təsdiqləyərək söyləyir: İnsanın öz gələcək həyatını tə᾽yinetmə xüsusiyyətinə malik olması onda olan üç xislətdən irəli gəlir:

1. Onun dünya və ətraf mühitə baxışı və agahlığın geniş olması; İnsan elm gücü ilə dünyaya baxış və agahlıq dairəsini genişləndirib, təbiətin dərinliklərini dərk etməyə çalışır. O, bu yolla təbiətin qanunlarını tanımağa başlayır. Bununla da o, təbiəti özünə yararlı surətdə qurub düzəltmək imkanlarını genişləndirir.

2. İnsan istəklərinin geniş və tükənməz olması. Bu, insanın mürəkkəbliyinə, yə᾽ni cism və ruhdan təşkil olmasına edilən işarədir. Bu xüsusiyyətin insanda olması, onda olan istəklərin iki qismə bölünməsinə səbəb olmuşdur.

a). Cismə aid olan istəklər;

b). Ruha aid olan istəklər;

3. İnsan bütün varlıqlarla fərqli olaraq özünü qurub yetişdirmək imkanına malikdir.

Qur᾽ani-kərimin «Dəhr» surəsinin 2-3-cü ayələrində söylədiyimiz bu xüsusiyyətlərin hamısı bir yerdə bəyan olunur.

«Həqiqətən, Biz insanı [sonrakı mərhələdə ata-anasının toxumundan ibarət] qarışıq bir nütfədən yaratdıq. Biz onu [dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə] imtahana çəkəcəyik. Biz onu eşidən və görən yaratdıq.»

İnsanı başqa varlıqlarla fərqli olaraq azad və muxtar yaratmışıq. Elə buna görə də görəcəyi işlərə görə sorğu-sual olunacaqlar. Bunun ardınca deyilir:




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin