«Biz ona haqq yolu göstərdik. İstər [ne᾽mətlərimizə] minnətdar olsun, istər nankor [bu onun öz işidir]».
İnsan azadlığını və azadlıq mənşəyini, eləcə də onun ixtiyar sahibi olmasını bundan gözəl şəkildə ifadə etmək mümkün deyil. Onu sorğu-sual etdik, onu eşidən, görən və agah yaratdıq, ona haqq yolu göstərdik. Deməli, insan öz aqibət və yolunu özü tə᾽yin etməlidir.
Ona görə də insanın şəxsiyyəti müstəqil və azaddır. Allahın əmanətçisidir, onun yer üzündə olan elçisidir və buna görə də məs᾽uliyyət daşıyır. Ondan öz işi və təşəbbüsü ilə yer üzünü abad etməsi və öz ixtiyarı ilə iki yoldan birini, səadət və ya bədbəxtlik yolunu seçməsi tələb olunmuşdur.
Qur᾽ani-kərim «Əhzab» surəsinin 72-ci ayəsində buyurur:
«Biz əmanəti [Allaha itaət və ibadəti, şər᾽i hökmləri yerinə yetirməyi] göylərə, yerə və dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox zalim və çox cahil olan insan isə onu götürdü. [İnsan bu ağır əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi.]»
Dostları ilə paylaş: |