TƏKLİF ETMƏYİN MƏ᾽NASI NƏDİR?
Təklif etməyin mə᾽nası belə aydınlaşdırılır ki, Allah-taala bütün varlıqlara müəyyən kamillik təqdim edir və onu yalnız iste᾽dadı olanlar qəbul edir. Belə bir sual meydana çıxa bilər: Görəsən Allah-taala tərəfindən bə᾽zi insanların peyğəmbərliyə seçilməsi məhz onlara məxsusdur, yoxsa yox? Başqa sözlə desək, görəsən bu yüksək məqam təkcə peyğəmbərə təklif olunub və başqaları bundan məhrumdur? Əgər mənə təklif olunsaydı, qəbul edərdimmi?
Vəhy və peyğəmbərlik heç kəsdən əsirgənilməyən bir həqiqətdir. O bütün məxluqata təklif olunur. Daş da qəbul edə bilsə, təklif olunur, amma daşda onu qəbul etməyə qabiliyyət yoxdur. Heyvan da həmçinin. Eləcə də insanlar, bə᾽zi şəxslər müstəsna olaraq, bu ağır vəzifəni qəbul edə bilmirlər. Qabaqda zikr etdiyiniz əmanət məsələsi də elə bu cürdür. Allah-taala buyurur: Biz əmanəti bütün məxluqata təklif etdik, amma onu insandan başqa heç biri qəbul edə bilmədi.
Bununla da mə᾽lum olur ki, insan heç bir varlıqda olmayan bir iste᾽dada malikdir. Bu əmanətin məhz insana verilməsi, onda bu iste᾽dadların mövcud olmasından irəli gəlir (bu məsələ qabaqda oxucuların nəzərinə çatdırılmışdır).
Dostları ilə paylaş: |