Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur



Yüklə 2,8 Mb.
səhifə29/176
tarix02.01.2022
ölçüsü2,8 Mb.
#8592
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   ...   176

ƏMANƏT MƏ᾽SULİYYƏT DEMƏKDİR


İndi isə görək əmanət nədir? Biz «yəhmilnəha» kəlməsindən onun mə᾽nasını başa düşə bilərik. Maddi və cismani deyil, məs᾽uliyyətli bir vəzifədir. Rəvayətlərdə deyilir ki, əmanət, məs᾽uliyyət, təklif (dini borc), vəzifə və qanun deməkdir. İnsan həyatı vəzifə və təkliflər əsasında yaşanılmalıdır. Gərək onun üçün qanunlar tə᾽yin olunsun. O da bu məs᾽uliyyəti öz öhdəsinə götürməlidir. Bu xüsusiyyətlər insandan başqa heç bir varlıqda mövcud deyildir. İnsandan başqa bütün varlıqlar gördükləri hər bir işi məs᾽uliyyət hissi keçirmədən və məcburi olaraq görürlər. Yalnız insanlar üçün qanun tə᾽yin edib onları bu qanunlara əməl etməkdə azad buraxmaq olar. Yalnız insanlara demək olar ki, səadət istəyirsənsə bu yolla, bədbəxtlik istəyirsənsə ayrı bir yolla get. Hər hansını seçmək öz ixtiyarındadır. Bu məsələyə təklif və ya dini vəzifə deyilir.

Buna görə də heyvan mükəlləf (dini vəzifəsi olan bir varlıq) sayılmır və onun öhdəsinə heç bir vəzifə və məs᾽uliyyət qoyulmamışdır. Sanki maşına bənzəyən bir varlıqdır. İnsan isə gördüyü hər bir işdən ötrü məs᾽uliyyət daşıyır. Allah-taalanın Qur᾽anda əmanət kəlməsindən məqsədi elə bunlardır. Yə᾽ni dini borc, vəzifə və məs᾽uliyyət hissi. Qur᾽ani-kərimdə buyurulur: «Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər». Əlbəttə göylər, yer və dağlar bir nümunə kimi zikr olunur, amma həqiqətdə əmanət bütün məxluqata təklif olunmuşdu; onlarda onu qəbul etmək üçün iste᾽dad və qabiliyyət yox idi. Təkcə insan bu məs᾽uliyyəti qəbul etməyə hazır oldu. O, dedi: Ey mənim Allahım! Mən bu məs᾽uliyyəti öhdəmə götürürəm. Bu kamal və səadət yolunu öz ayaqlarımla getməyə hazıram. Çünki sən mənə misli olmayan yaradıcılıq və təşəbbüs qüvvəsi bəxş etmisən.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin