Böyük ruh sahibinin cismi də istər-istəməz həmişə əzab-əziyyət içindədir. Təkcə kiçik ruhlu və qədir-qiyməti olmayan şəxslər rahat yaşayış tərzi keçirir, rahat yatır, yeyir və bə᾽zən də uzun ömür sürürlər. Amma ruhun böyük olması, ruh sahibinin zəhmətlə qarşılaşmasına və bə᾽zən də onun ömrünün qısa olmasına səbəb olur.
Mütənəbbi deyir:
İza kanətin nüfusu kubara
Tə᾽ibət fi muradihil əcsam.
Mə᾽nası: Ruhun böyük olması, cismin zəhmət çəkməsinə səbəb olur.
Elə buna görə də böyük ruh sahibləri həmişə zəhmət içində olmuşlar. İsgəndər də belə şəxslərdəndir. O rahatlıqla yaşasaydı, İsgəndər ola bilməzdi. Şan-şöhrət dəlisi olan Nadir şah da əgər rahat yaşasaydı, Nadir ola bilməzdi. O, bə᾽zən on günlərlə ayaqqabısını ayağından çıxarmırdı. Belə insanlar, artıq rahat yorğan-döşəkdə yatıb ləzzətli xörək yeyə bilmirlər.
Hansı sahədə olursa-olsun, böyük ruha yiyələnən şəxslər cismi rahatlıqdan məhrum olacaqlar.
Dostları ilə paylaş: |