İSLAMDA AĞILIN HÖCCƏT VƏ DƏLİL OLMASI
Biz islami mənbələrdə heç dində rastlaşmadığımız bir şeylə - ağılın fövqəladə e᾽tibarlı bir sənəd kimi qiymətləndirilməsi ilə qarşılaşırıq. Bu barədə islami mətnlərdə (Qur᾽an və hədislərdə) yüksək mə᾽nalı sözlər söylənilmişdir.
QUR᾽ANDA ƏQLİN E᾽TİBARLI BİR SƏNƏD OLDUĞUNU TƏSDİQ EDƏN DƏLİLLƏR
Qur᾽ani-kərim ağılın e᾽tibarlı bir sənəd olduğunu müxtəlif şəkillərdə imzalamışdır.
a) Təfəkkür və ağıl qüvvəsini işlətməyə də᾽vət;
Qur᾽anda insanları təfəkkürə də᾽vət edən altmışdan çox ayəni qeyd etmək olar. Amma onların içərisindən təəccüb doğuran bir ifadəni burada gətirmək yerinə düşərdi. «Ənfal» 22-ci ayəsində buyurulur:
«İnnə şərrəd-dəvabbi indəllahis-summul bukmul-ləzinə layə᾽qilun».
Dostları ilə paylaş: |