2. NƏZƏRİ VƏ ƏMƏLİ AĞIL
Hələ qədim zamanlarda bəhs olunan məsələlərdən biri də, insan ağlının iki hissədən, yə᾽ni nəzəri və əməli hissələrdən ibarət olmasıdır. Başqa sözlə desək, əqli hökmlər iki hissədən təşkil olunur: Nəzəri və əməli. İnsan ağlının bir hissəsi aləmdə mövcud olan şeyləri dərk etməyə həsr olunur və bu növ dərketmə nəzəri ağıl adlanır. Ağılın başqa bir hissəsi isə insan nə etməli və necə yaşamalı ünvanı altında olan qalan işlərini dərk etməyə həsr olunur və əməli ağıl adlanır.
Kantın fəlsəfəsi başdan-başa nəzəri və əməli ağılı tənqid etmək və bu iki növ ağılın hansı işi görə bilməsi haqqında olan açıqlamalardır. O, nəhayətdə bu nəticəyə gəlir ki, nəzəri ağılın əlindən çox iş gəlmir və əsas işləri vicdana yetişə bilən əməli ağıl görür.
Dostları ilə paylaş: |