«O kəslər ki, Allahı zikr etməklə ürəkləri rahat olduğu halda iman gətirmişlər. Bilin ki, qəlblər [mö᾽minlərin ürəkləri] yalnız Allahı zikr etməklə aram tapar!»
Qur᾽an demək istəyir ki, bəşər heç bir fəlsəfə və ideya ilə rahatlıq tapa bilməz.
Bütün bunlardan mə᾽lum olur ki, ariflərin nəzərində insanlığın əsas me’yarı həqiqətsevərlik və Allaha qovuşmaq dərdidir.
ARİFLƏRİN NƏZƏRİNDƏ HAQQA QOVUŞMAQ
Ariflər son hədəfi və yolun axırını nədə görürlər? Həkim və filosoflar deyirlər ki, insan axırda fikir və düşüncə aləminə çevrilməlidir.
Yə᾽ni, insan həyatının hədəfi aləmin ümumi surətdə ağıl aynasında canlanması və onu olduğu kimi görə bilməsidir.
Amma görək ariflərin nəzəri necədir? Ariflər işin axırını görməkdə deyil, qovuşmaqda görürlər. Nəyə qovuşmaq? Əlbəttə haqqa qovuşmaq!
Ariflər deyirlər ki, insan əgər öz daxilini saflaşdırıb, hədəflə özü arasında olan yolu və özündən üstün bir şəxsin nəzəri altında eşq ilə irəliləsə, onunla Allah arasında olan pərdə götürülər və o, Allaha qovuşar. Yolun sonu bax budur!
Ariflər demirlər ki, mən fikir və düşüncə aləminə çevrilməli və ya aləmi özündə canlandıran bir güzgü kimi olmalıyam. Onlar haqqa qovuşmağı və aləmin mərkəzinə çatmağı öz qarşılarına məqsəd qoyurlar.
Biz «İnşiqaq» surəsinin 6-cı ayəsində Allaha qovuşmaq məsələsi ilə qarşılaşırıq:
«Ey insan! Sən [ölənə qədər] Rəbbinə doğru çalışıb çabalayırsan. Sən ona qovuşacaqsan!...»
«Əl-ubudiyyətu cövhərəhu kunuhuha».
«Ora çatan zaman sənin hər şeyin olar, amma buna baxmayaraq Onun özündən qeyri heç bir şeyi istəmirsən. Hər şeyi sənə təqdim edirlər, amma sən Ondan başqa heç bir şeyə e᾽tina etmirsən».
Əbu Səid Əbulxeyr deyir:
Dostları ilə paylaş: |