Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur


Yeki porsid əz on qomkərde fərzənd



Yüklə 2,8 Mb.
səhifə81/176
tarix02.01.2022
ölçüsü2,8 Mb.
#8592
növüYazı
1   ...   77   78   79   80   81   82   83   84   ...   176
Yeki porsid əz on qomkərde fərzənd

Ke ey roşən qohər pire xerədmənd

Zemesrəş buye pirahən şenidi

Çera dər çahe kən᾽anəş nə didi?
Bir nəfər oğlunu itirmiş şəxsdən (həzrət Yə᾽qubdan) soruşdu ki, ey parlaq cövhərli, dərrakəli qoca: Misirdən (Yusifin) köynəyinin iyini aldın, bəs nə üçün onu Kən᾽an quyusunda olanda görmədin?

Yusif Misirdə özünü qardaşlarına təqdim etdi və köynəyini onlara verdi ki, onu özləri ilə aparsınlar. Onlar Kən᾽ana çatmamış həzrət Yəqub belə dedi: «...Əgər məni səfeh hesab etməsəydiniz [və ya yalançı hesab edib danlamasaydınız], deyərdim ki, Yusifin ətrini alıram!» (Yusif-94).

Şe᾽rdə də kimsə Yə᾽qub peyğəmbərə xitab edərək deyir: Sən Misirdən Yusifin köynəyinin ətrini necə hiss edirsən, halbuki o, öz kəndinizdə Kən᾽an quyusunda idi, amma sən bunu hiss etmədin? Nə üçün onu quyuda olanda görmədin?
Be qoft əhvale ma bərqe cəhanəst

Dəmi peydavo digər dəm nihanəst

Gəhi bər tarəm ə᾽la neşinim

Gəhi bər poşte paye xod nəbinim.


Bizim halımız ildırım parıltısı kimidir, bir an görünür və bir an yoxa çıxır, bə᾽zi vaxtlarda çox yüksəklikləri seyr edərik və bə᾽zi vaxtlarda öz ayağımızın altını görmərik.
Hafizin dili ilə desək:
Bərqi əz mənzili leyli be derəxşid səhər

Vəh ki ba xərməni məcnun dele əfkar çekərd.
Leylinin evindən bir şimşək çaxdı, bədbəxt Məcnunun xarmanına gör necə od vurdu.
Bura kimi Yə᾽qubdan soruşulan sualın davamı və onun verdiyi cavab idi. Bundan sonra Sə᾽di belə deyir:
Əgər dərviş dər hali bemandi

Səro dəst əz do aləm bər fəşandi.
Əgər arif onun üçün yaranmış hal və vəziyyətdə qalsa iki dünyadan da yuxarı qalxar.

Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin